اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ خَيْرَهَا، وَخَيْرَ مَا فِيهَا، وَخَيْرَ مَا أُرْسِلَتْ بِهِ وَأَعُوذُ بِكَ مِنْ شَرِّهَا، وَشَرِّ مَا فِيهَا، وَشَرِّ مَا أُرْسِلَتْ بِهِ
Alla:hummə, inni: əs əlukə xayrahə: va xayra mə: fi:hə: va xayra mə: ursilət bihi, va əu:zu bikə min şərrihə: va şərri mə: fi:hə: va şərri mə: ursilət bihi!
Allahım, Səndən onun (küləyin) xeyrini, onda olanın xeyrini və onunla birlikdə göndərilənin xeyrini diləyirəm! Onun şərindən, onda olanın şərindən və onunla birlikdə göndərilənin şərindən Sənə sığınıram!
Hədis
عَنْ عَائِشَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهَا قَالَتْ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا عَصَفَتِ الرِّيحُ قَالَ « اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ خَيْرَهَا وَخَيْرَ مَا فِيهَا وَخَيْرَ مَا أُرْسِلَتْ بِهِ وَأَعُوذُ بِكَ مِنْ شَرِّهَا وَشَرِّ مَا فِيهَا وَشَرِّ مَا أُرْسِلَتْ بِهِ ». قَالَتْ وَإِذَا تَخَيَّلَتِ السَّمَاءُ تَغَيَّرَ لَوْنُهُ وَخَرَجَ وَدَخَلَ وَأَقْبَلَ وَأَدْبَرَ فَإِذَا مَطَرَتْ سُرِّىَ عَنْهُ فَعَرَفْتُ ذَلِكَ فِى وَجْهِهِ. قَالَتْ عَائِشَةُ فَسَأَلْتُهُ فَقَالَ « لَعَلَّهُ يَا عَائِشَةُ كَمَا قَالَ قَوْمُ عَادٍ {فَلَمَّا رَأَوْهُ عَارِضًا مُسْتَقْبِلَ أَوْدِيَتِهِمْ قَالُوا هَذَا عَارِضٌ مُمْطِرُنَا} ».
“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ belə demişdir: “Peyğəmbər ﷺ şiddətli külək gördüyü vaxt belə deyərdi: “Allahım, Səndən onun xeyrini, onda olanın xeyrini və onunla birlikdə göndərilənin xeyrini diləyirəm. Onun şərindən, onda olanın şərindən və onunla birlikdə göndərilənin şərindən Sənə sığınıram!” Səmanın dəyişdiyi və yağışın yağmağa başlamağa hazırlaşdığı vaxt rəngi dəyişər, evə girib-çıxar, get-gəl edərdi. Yağış yağdıqda isə sevinərdi. Mən bunu onun üzündən bilirdim”. Aişə deyir: “Bunun səbəbini ondan soruşduğum vaxt, belə buyurdu: “Ey Aişə, bəlkə bu bulud, Ad qövmünün dediyi kimi (bir əzab) olur. “Onlar vadilərində buludu gördükləri vaxt, “Bu bulud bizə yağış yağdıracaq” dedilər”. (əl-Əhqaf, 24)”.”
Qeyd
Muslim, 1496, 2122; əl-Buxari, 2967, 3206, 4454, 4829.
İstinad
Müsəlmanın qalası, 171 (Kitab 62, 2)
Hədislərlə müsəlmanın qalası — Külək əsərkən edilən dua