Hədislərlə müsəlmanın qalasıRukudan qalxarkən edilən dua

Kitab 19

Rukudan qalxarkən edilən dua

3

hədis

Dua

سَمِعَ اللهُ لِمَنْ حَمِدَهُ

Səmi Alla:hu limən həmidəh!

Allah Ona həmd edəni eşitdi!

Hədis

عَنْ أَبِي هُرَيْرَةَ يَقُولُ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ إِلَى الصَّلاَةِ يُكَبِّرُ حِينَ يَقُومُ، ثُمَّ يُكَبِّرُ حِينَ يَرْكَعُ، ثُمَّ يَقُولُ سَمِعَ اللَّهُ لَمِنْ حَمِدَهُ حِينَ يَرْفَعُ صُلْبَهُ مِنَ الرَّكْعَةِ، ثُمَّ يَقُولُ وَهُوَ قَائِمٌ: رَبَّنَا لَكَ الْحَمْدُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ namaza durarkən “Alla:hu Əkbər”- deyərdi. Habelə, rukuya gedərkən də “Alla:hu Əkbər”- deyərdi. Rukudan qalxıb belini dikəldərkən “Allah Ona həmd edəni eşitdi! – (Səmi Alla:hu limən həmidəh!)”- deyər, qalxıb dikəldikdən sonra isə “Ey Rəbbimiz, Sənə həmd olsun! – (Rabbənə: ləkəl həmd!)”- deyərdi.”

Əbu Hureyra
SəhihMüsəlmanın qalası, 39 (Kitab 19, 1)

Qeyd

əl-Buxari, 747, 789.

Dua

رَبَّنَا وَلَكَ الْحَمْدُ، حَمْدًا كَثِيرًا طَيِّبًا مُبَارَكًا فِيهِ

Rabbənə: va ləkəl-həmd, həmdən, kəsi:ran, tayyibən, mubə:rakən fi:hi!

Ey Rəbbimiz, Sənə həmd olsun; (özü də) çoxlu, xoş, mübarək bir həmd!

Hədis

عَنْ رِفَاعَةَ بْنِ رَافِعٍ الزُّرَقِىِّ قَالَ: كُنَّا يَوْمًا نُصَلِّى وَرَاءَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمَّا رَفَعَ رَأْسَهُ مِنَ الرَّكْعَةِ قَالَ: «سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ». قَالَ رَجُلٌ وَرَاءَهُ رَبَّنَا وَلَكَ الْحَمْدُ، حَمْدًا كَثِيرًا طَيِّبًا مُبَارَكًا فِيهِ، فَلَمَّا انْصَرَفَ قَالَ: «مَنِ الْمُتَكَلِّمُ»، قَالَ: أَنَا، قَالَ: «رَأَيْتُ بِضْعَةً وَثَلاَثِينَ مَلَكًا يَبْتَدِرُونَهَا، أَيُّهُمْ يَكْتُبُهَا أَوَّلُ».

“Rəvayət edilir ki, Rifəa ibn Rafi əz-Zuraqi ﵁ demişdir: “Bir dəfə biz Peyğəmbərin ﷺ arxasında namaz qılırdıq. Rukudan başını qaldırıb: “Allah Ona həmd edəni eşitdi! – (Səmi Alla:hu limən həmidəh!)”- dedi. Arxasında duran bir nəfər isə: “Ey Rəbbimiz! Sənə həmd olsun; (özü də) çoxlu, xoş, mübarək bir həmd! – (Rabbənə: və ləkəl-həmd, həmdən, kəsi:ran, tayyibən, mubə:rakən fi:hi!)”- dedi. Peyğəmbər ﷺ namazı bitirdikdən sonra soruşdu: “Bunu deyən kim idi?” Səhabə: “Mən”- dedi. Onda Peyğəmbər ﷺ buyurdu: “Mən otuzdan çox mələk gördüm ki, bu sözü hansı biri daha tez yazacaq deyə, bir-birini ötməyə çalışırdılar”.”

Rifəa ibn Rafi əz-Zuraqi
SəhihMüsəlmanın qalası, 40 (Kitab 19, 2)

Qeyd

əl-Buxari, 757, 799.

...مِلْءَ السَّمَوَاتِ وَمِلْءَ اْلأَرْضِ، وَمِلْءَ مَا شِئْتَ مِنْ شَيْءٍ بَعْدُ. أَهْلَ الثَّنَاءِ وَالْمَجْدِ، أَحَقُّ مَا قَالَ الْعَبْدُ، وَكُلُّنَا لَكَ عَبْدٌ. اللَّهُمَّ لاَ مَانِعَ لِمَا أَعْطَيْتَ، وَلاَ مُعْطِيَ لِمَا مَنَعْتَ، وَلاَ يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ قَالَ « رَبَّنَا لَكَ الْحَمْدُ مِلْءَ السَّمَوَاتِ وَالأَرْضِ وَمِلْءَ مَا شِئْتَ مِنْ شَىْءٍ بَعْدُ أَهْلَ الثَّنَاءِ وَالْمَجْدِ أَحَقُّ مَا قَالَ الْعَبْدُ وَكُلُّنَا لَكَ عَبْدٌ اللَّهُمَّ لاَ مَانِعَ لِمَا أَعْطَيْتَ وَلاَ مُعْطِىَ لِمَا مَنَعْتَ وَلاَ يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ ».

“Rabbənə və ləkəl-həmd! - dedikdən sonra bunu da əlavə etmək olar: ...mil əs-səmə:və:ti va mil əl-ərdi, va mil ə mə: şi′tə min şey in bə′d. Əhləs-sənə:i val-məcdi, əhaqqu mə: qa:ləl-abdu, va kullunə: ləkə abdun. Alla:hummə lə: mə:ni'a limə: ə'taytə va lə: mu'tiyə limə: mənə'tə va lə: yənfəu zəl-cəddi minkəl-cədd. Göylər dolusu, yer dolusu və bundan sonra istədiyin şeylər dolusu (Sənə həmd olsun). Ey tərif və şərəf sahibi! Bəndənin – hamımız Sənin qulunuq – söylədiyi ən doğru söz budur: Allahım! Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək bir kəs yoxdur. Heç bir hörmət sahibinə Sənin yanında hörməti fayda verməz. Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ başını rukudan qaldırdıqda belə deyərdi: “Rabbənə ləkəl-həmd... (yuxarıdakı dua)”.”

Əbu Səid əl-Xudri
SəhihMüsəlmanın qalası, 41 (Kitab 19, 3)

Qeyd

Muslim, 736, 1099.