Rukudan qalxarkən edilən dua

...مِلْءَ السَّمَوَاتِ وَمِلْءَ اْلأَرْضِ، وَمِلْءَ مَا شِئْتَ مِنْ شَيْءٍ بَعْدُ. أَهْلَ الثَّنَاءِ وَالْمَجْدِ، أَحَقُّ مَا قَالَ الْعَبْدُ، وَكُلُّنَا لَكَ عَبْدٌ. اللَّهُمَّ لاَ مَانِعَ لِمَا أَعْطَيْتَ، وَلاَ مُعْطِيَ لِمَا مَنَعْتَ، وَلاَ يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ قَالَ « رَبَّنَا لَكَ الْحَمْدُ مِلْءَ السَّمَوَاتِ وَالأَرْضِ وَمِلْءَ مَا شِئْتَ مِنْ شَىْءٍ بَعْدُ أَهْلَ الثَّنَاءِ وَالْمَجْدِ أَحَقُّ مَا قَالَ الْعَبْدُ وَكُلُّنَا لَكَ عَبْدٌ اللَّهُمَّ لاَ مَانِعَ لِمَا أَعْطَيْتَ وَلاَ مُعْطِىَ لِمَا مَنَعْتَ وَلاَ يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ ».

“Rabbənə və ləkəl-həmd! - dedikdən sonra bunu da əlavə etmək olar: ...mil əs-səmə:və:ti va mil əl-ərdi, va mil ə mə: şi′tə min şey in bə′d. Əhləs-sənə:i val-məcdi, əhaqqu mə: qa:ləl-abdu, va kullunə: ləkə abdun. Alla:hummə lə: mə:ni'a limə: ə'taytə va lə: mu'tiyə limə: mənə'tə va lə: yənfəu zəl-cəddi minkəl-cədd. Göylər dolusu, yer dolusu və bundan sonra istədiyin şeylər dolusu (Sənə həmd olsun). Ey tərif və şərəf sahibi! Bəndənin – hamımız Sənin qulunuq – söylədiyi ən doğru söz budur: Allahım! Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək bir kəs yoxdur. Heç bir hörmət sahibinə Sənin yanında hörməti fayda verməz. Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ başını rukudan qaldırdıqda belə deyərdi: “Rabbənə ləkəl-həmd... (yuxarıdakı dua)”.”

Əbu Səid əl-Xudri
Səhih

Qeyd

Muslim, 736, 1099.

İstinad

Müsəlmanın qalası, 41 (Kitab 19, 3)

Hədislərlə müsəlmanın qalası — Rukudan qalxarkən edilən dua