رَبَّنَا وَلَكَ الْحَمْدُ، حَمْدًا كَثِيرًا طَيِّبًا مُبَارَكًا فِيهِ
Rabbənə: va ləkəl-həmd, həmdən, kəsi:ran, tayyibən, mubə:rakən fi:hi!
Ey Rəbbimiz, Sənə həmd olsun; (özü də) çoxlu, xoş, mübarək bir həmd!
Hədis
عَنْ رِفَاعَةَ بْنِ رَافِعٍ الزُّرَقِىِّ قَالَ: كُنَّا يَوْمًا نُصَلِّى وَرَاءَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمَّا رَفَعَ رَأْسَهُ مِنَ الرَّكْعَةِ قَالَ: «سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ». قَالَ رَجُلٌ وَرَاءَهُ رَبَّنَا وَلَكَ الْحَمْدُ، حَمْدًا كَثِيرًا طَيِّبًا مُبَارَكًا فِيهِ، فَلَمَّا انْصَرَفَ قَالَ: «مَنِ الْمُتَكَلِّمُ»، قَالَ: أَنَا، قَالَ: «رَأَيْتُ بِضْعَةً وَثَلاَثِينَ مَلَكًا يَبْتَدِرُونَهَا، أَيُّهُمْ يَكْتُبُهَا أَوَّلُ».
“Rəvayət edilir ki, Rifəa ibn Rafi əz-Zuraqi ﵁ demişdir: “Bir dəfə biz Peyğəmbərin ﷺ arxasında namaz qılırdıq. Rukudan başını qaldırıb: “Allah Ona həmd edəni eşitdi! – (Səmi Alla:hu limən həmidəh!)”- dedi. Arxasında duran bir nəfər isə: “Ey Rəbbimiz! Sənə həmd olsun; (özü də) çoxlu, xoş, mübarək bir həmd! – (Rabbənə: və ləkəl-həmd, həmdən, kəsi:ran, tayyibən, mubə:rakən fi:hi!)”- dedi. Peyğəmbər ﷺ namazı bitirdikdən sonra soruşdu: “Bunu deyən kim idi?” Səhabə: “Mən”- dedi. Onda Peyğəmbər ﷺ buyurdu: “Mən otuzdan çox mələk gördüm ki, bu sözü hansı biri daha tez yazacaq deyə, bir-birini ötməyə çalışırdılar”.”
Qeyd
əl-Buxari, 757, 799.
İstinad
Müsəlmanın qalası, 40 (Kitab 19, 2)
Hədislərlə müsəlmanın qalası — Rukudan qalxarkən edilən dua