سَجَدَ وَجْهِيَ لِلَّذِي خَلَقَهُ، وَشَقَّ سَمْعَهُ وَبَصَرَهُ بِحَوْلِهِ وَقُوَّتِهِ
Səcədə vachiyə lilləzi: xaləqahu, va şəqqa səm’ahu, va bəsarahu bihəulihi va quvvatihi!
Üzüm onu Yaradana, Öz qüdrət və gücü ilə onda göz və qulaq açana səcdə etdi.
Hədis
عَنْ عَائِشَةَ ، قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ فِي سُجُودِ القُرْآنِ بِاللَّيْلِ : سَجَدَ وَجْهِي لِلَّذِي خَلَقَهُ وَشَقَّ سَمْعَهُ وَبَصَرَهُ بِحَوْلِهِ وَقُوَّتِهِ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ gecə vaxtı Quranda (səcdə ayəsini) oxuyub səcdə etdikdə belə deyirdi: “Üzüm onu Yaradana, Öz qüdrət və gücü ilə onda göz və qulaq açana səcdə etdi”.”
Qeyd
Başlığa haşiyə: Quran oxunarkən səcdə olunması əmr edilmiş ayəni oxuduqdan sonra səcdə etmək. Əbu Davud, 1414, 1416. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1035.