اللَّهُمَّ اكْتُبْ لِي بِهَا عِنْدَكَ أَجْرًا، وَضَعْ عَنِّي بِهَا وِزْرًا، وَاجْعَلْهَا لِي عِنْدَكَ ذُخْرًا، وَتَقَبَّلْ مِنِّي كَمَا تَقَبَّلْتَ مِنْ عَبْدِكَ دَاوُدَ
Alla:humməktubli: bihə: i’ndəkə əcran, vada’ anni: bihə: vizran, vac alhə: li: i’ndəkə zuxran, va təqabbəl minni: kəmə: təqabbəltə min abdikə Də:vud!
Allahım! Bunun sayəsində mənə Öz yanında mükafat yaz, bunun səbəbilə məndən yükü götür (günahımı sil), bunu mənim üçün Öz yanında saxla və bunu bəndən Davuddan qəbul etdiyin kimi məndən də qəbul et!
Hədis
عَنْ ابْنَ عَبَّاسٍ يَقُولُ: جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: يَا رَسُولَ اللَّهِ، إِنِّي رَأَيْتُنِي فِي هَذِهِ اللَّيْلَةِ فِيمَا يَرَى النَّائِمُ، كَأَنِّي أُصَلِّي عِنْدَ شَجَرَةٍ، وَكَأَنِّي قَرَأْتُ سُورَةَ السَّجْدَةِ، فَسَجَدْتُ فَرَأَيْتُ الشَّجَرَةَ كَأَنَّهَا سَجَدَتْ بسُجُودِي، وَكَأَنِّي أَسْمَعُهَا وَهِي، تَقُولُ: اللَّهُمَّ اكْتُبْ لِي بِهَا عِنْدَكَ أَجْرًا، وَضَعْ عَنِّي بِهَا وِزْرًا، وَاجْعَلْهَا لِي عِنْدَكَ ذُخْرًا، وَتَقَبَّلْ مِنِّي كَمَا تَقَبَّلْتَ مِنْ عَبْدِكَ دَاوُدَ، قَالَ ابْنُ عَبَّاسٍ:فَقَرَأَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ السَّجْدَةَ فَسَمِعْتُهُ، يَقُولُ فِي سُجُودِهِ كَمَا أَخْبَرَهُ الرَّجُلُ عَنْ قَوْلِ الشَّجَرَةِ.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, bu gecə yuxumda bir ağacın yanında namaz qıldığımı gördüm. Səcdə surəsini oxuyurdum, səcdə etdikdə ağacın da səcdə etdiyini gördüm. Ağacın səcdə edərək belə dediyini eşitdim: “Allahım! Bunun sayəsində mənə Öz yanında mükafat yaz, bunun səbəbilə məndən yükü götür (günahımı sil), bunu mənim üçün Öz yanında saxla və bunu bəndən Davuddan qəbul etdiyin kimi məndən də qəbul et!” İbn Abbas deyir: “Mən Allah Elçisinin ﷺ səcdə etdiyini və səcdəsində ağacın dediyi kimi dediyini eşitdim”.”
Qeyd
Başlığa haşiyə: Quran oxunarkən səcdə olunması əmr edilmiş ayəni oxuduqdan sonra səcdə etmək. ət-Tabərani “Mucəmul-Kəbir” 11099; ət-Tirmizi, 589, 3424, 3752. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1441.
İstinad
Müsəlmanın qalası, 52 (Kitab 22, 2)
Hədislərlə müsəlmanın qalası — Tilavət səcdəsində edilən dua