اللَّهُمَّ اغْفِرْ لِي بِهَا، اللَّهُمَّ حُطَّ عَنِّي بِهَا وِزْرًا، وَأَحْدِثْ لِي بِهَا شُكْرًا، وَتَقَبَّلْهَا مِنِّي كَمَا تَقَبِّلْتَ مِنْ عَبْدِكَ دَاوُدَ
Alla:hummə-ğfirli: bihə: Alla:hummə hutta anni: bihə: vizran, va əhdis li: bihə: şukran, va təqabbəlhə: minni: kəmə: təqabbəltə min abdikə Də:vud!
Allahım, bunun sayəsində məni bağışla! Allahım, bunun səbəbilə məndən yükü götür (günahımı sil), bununla məni şükür edənlərdən et və onu qulun Davuddan qəbul etdiyin kimi məndən də qəbul et!
Hədis
عَنْ أبِي سَعيد الْخُدْرِي قَالَ: رَأَيْتُ فِيمَا يَرَى النَّائِمُ كَأَنِّي تَحْتَ شَجَرَةٍ، وَكَأَنَّ الشَّجَرَةَ تَقْرَأُ ص، فَلَمَّا أَتَتْ عَلَى السَّجْدَةِ سَجَدَتْ، فَقَالَتْ فِي سُجُودِهَا: اللَّهُمَّ اغْفِرْ لِي بِهَا، اللَّهُمَّ حُطَّ عَنِّي بِهَا وِزْرًا، وَأَحْدِثْ لِي بِهَا شُكْرًا، وَتَقَبَّلْهَا مِنِّي كَمَا تَقَبِّلْتَ مِنْ عَبْدِكَ دَاوُدَ سَجْدَتَهُ، فَغَدَوْتُ عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَخْبَرْتُهُ فَقَالَ: سَجَدْتَ أَنْتَ يَا أَبَا سَعِيدٍ؟ قُلْتُ: لاَ، قَالَ: فَأَنْتَ أَحَقُّ بِالسُّجُودِ مِنَ الشَّجَرَةِ، ثُمَّ قَرَأَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سُورَةَ ص ثُمَّ أَتَى عَلَى السَّجْدَةِ وَقَالَ فِي سُجُودِهِ مَا قَالَتِ الشَّجَرَةُ فِي سُجُودِهَا
“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Yuxuda özümü Sad surəsini oxuyan bir ağacın altında gördüm. Ağac səcdə ayəsinə gəlib çatanda səcdə edərək belə dua etdi: “Allahım, bunun sayəsində məni bağışla! Allahım, bunun səbəbilə məndən yükü götür (günahımı sil), bununla məni şükür edənlərdən et və onu qulun Davuddan qəbul etdiyin kimi məndən də qəbul et!” Səhər tezdən Allah Elçisinin ﷺ yanına gəlib yuxunu ona danışdım. O buyurdu: “Səcdə etdinmi, ey Əbu Səid?” Dedim: “Xeyr”. O buyurdu: “Axı sən səcdə etməyə ağacdan daha layiqsən”. Sonra Allah Elçisi ﷺ Sad surəsini oxudu, səcdə ayəsinə çatdıqda səcdə etdi və ağacın söylədiyini söylədi”.”
Qeyd
Başlığa haşiyə: Quran oxunarkən səcdə olunması əmr edilmiş ayəni oxuduqdan sonra səcdə etmək. Əbu Yalə, 1069. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1442.
İstinad
Müsəlmanın qalası, 53 (Kitab 22, 3)
Hədislərlə müsəlmanın qalası — Tilavət səcdəsində edilən dua