Təşəhhüd
Dua

التَّحِيَّاتُ للهِ، وَالصَّلَوَاتُ، وَالطَّـيِّـبَاتُ، السَّلاَمُ عَلَيْكَ أَيـُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللهِ الصَّالِحِينَ. أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ

ət-Təhiyyə:tu lillə:hi, vas-saləva:tu, vat-tayyibə:tu, əs-sələ:mu aleykə əyyu:hən-nəbiyyu va rahmətulla:hi va bərakə:tuhu, əs-sələ:mu aleynə: va alə: ibə:dillə:his-sa:lihi:n! Əşhədu ən lə: ilə:hə illəllah va əşhədu ənnə Muhəmmədən abduhu va rasu:luhu!

Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə Allahın salamı, rəhməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!

Hədis

قَالَ عَبْدُ اللَّهِ كُنَّا إِذَا صَلَّيْنَا خَلْفَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قُلْنَا السَّلاَمُ عَلَى جِبْرِيلَ وَمِيكَائِيلَ، السَّلاَمُ عَلَى فُلاَنٍ وَفُلاَنٍ. فَالْتَفَتَ إِلَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « إِنَّ اللَّهَ هُوَ السَّلاَمُ، فَإِذَا صَلَّى أَحَدُكُمْ فَلْيَقُلِ التَّحِيَّاتُ لِلَّهِ، وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِىُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ. فَإِنَّكُمْ إِذَا قُلْتُمُوهَا أَصَابَتْ كُلَّ عَبْدٍ لِلَّهِ صَالِحٍ فِى السَّمَاءِ وَالأَرْضِ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ »

“Abdullah ibn Məsud ﵁ rəvayət edir ki, biz Peyğəmbərin ﷺ arxasında namaz qılarkən: “Allaha salam olsun, Cəbrailə və Mikailə salam olsun, filankəsə və filankəsə salam olsun”– deyərdik. Bir dəfə Peyğəmbər ﷺ bizə tərəf dönüb buyurdu: “Əslində, Salam Allahın Özüdür. Qoy sizlərdən biri namaz qılanda belə desin: “Salamlar, dualar və gözəl şeylər Allaha məxsusdur. Ey Peyğəmbər, sənə Allahın salamı, rəhməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun!” Əgər siz bu sözləri desəniz, bunlar Allahın göylərdə və yerdə olan hər bir əməlisaleh quluna yetişər. (Sonra desin:) “Mən şahidlik edirəm ki, Allahdan başqa məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir”.”

Abdullah
Səhih

Qeyd

əl-Buxari, 788, 831.

İstinad

Müsəlmanın qalası, 54 (Kitab 23, 1)

Hədislərlə müsəlmanın qalası — Təşəhhüd