التَّحِيَّاتُ لِلَّهِ ، وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ، السَّلاَمُ السَّلاَمُ عَلَى النَّبِيِّ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللهِ الصَّالِحِينَ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ
ət-Təhiyyə:tu lillə:hi, vas-saləva:tu, vat-tayyibə:tu, əs-sələ:mu alən-nəbiyyi va rahmətulla:hi va bərakə:tuhu, əs-sələ:mu aleynə: va alə: ibə:dillə:his-sa:lihi:n! Əşhədu ən lə: ilə:hə illəllah va əşhədu ənnə Muhəmmədən abduhu va rasu:luhu!
Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Peyğəmbərə Allahın salamı, rəhməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!
Hədis
ابْنَ مَسْعُودٍ ، يَقُولُ : عَلَّمَنِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ التَّشَهُّدَ - كَفِّي بَيْنَ كَفَّيْهِ - كَمَا يُعَلِّمُنِي السُّورَةَ مِنَ الْقُرْآنِ، قَالَ : التَّحِيَّاتُ لِلَّهِ، وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللهِ الصَّالِحِينَ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ وَهُوَ بَيْنَ ظَهْرَانَيْنَا، فَلَمَّا قُبِضَ قُلْنَا: السَّلاَمُ عَلَى النَّبِيِّ
“Rəvayət edilir ki, İbn Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ mənə Qurandan surə öyrətdiyi kimi təşəhhüdü də elə öyrətmişdi: “Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə Allahın salamı, rəhməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!” Aramızda olduğu dövrdə belə idi. Dünyasını dəyişəndən sonra isə biz belə dedik: “Peyğəmbərə salam olsun... (alən-nəbiyyi...)”.”
Qeyd
Əhməd, 3935. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 321.
İstinad
Müsəlmanın qalası, 55 (Kitab 23, 2)
Hədislərlə müsəlmanın qalası — Təşəhhüd