Tilavət səcdəsində edilən dua
Dua

سَجَدَ وَجْهِيَ لِلَّذِي خَلَقَهُ، وَشَقَّ سَمْعَهُ وَبَصَرَهُ بِحَوْلِهِ وَقُوَّتِهِ

Səcədə vachiyə lilləzi: xaləqahu, va şəqqa səm’ahu, va bəsarahu bihəulihi va quvvatihi!

Üzüm onu Yaradana, Öz qüdrət və gücü ilə onda göz və qulaq açana səcdə etdi.

Hədis

عَنْ عَائِشَةَ ، قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ فِي سُجُودِ القُرْآنِ بِاللَّيْلِ : سَجَدَ وَجْهِي لِلَّذِي خَلَقَهُ وَشَقَّ سَمْعَهُ وَبَصَرَهُ بِحَوْلِهِ وَقُوَّتِهِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ gecə vaxtı Quranda (səcdə ayəsini) oxuyub səcdə etdikdə belə deyirdi: “Üzüm onu Yaradana, Öz qüdrət və gücü ilə onda göz və qulaq açana səcdə etdi”.”

Aişə
Səhih

Qeyd

Başlığa haşiyə: Quran oxunarkən səcdə olunması əmr edilmiş ayəni oxuduqdan sonra səcdə etmək. Əbu Davud, 1414, 1416. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1035.

İstinad

Müsəlmanın qalası, 51 (Kitab 22, 1)

Hədislərlə müsəlmanın qalası — Tilavət səcdəsində edilən dua