اللَّهُمَّ اغْفِرْ لِي، وَارْحَمْنِي، وَاهْدِنِي، وَاجْـبُرْنِي، وَعَافِنِي، وَارْزُقْنِي، وَارْفَعْنِي
Alla:hummə-ğfirli:, varhəmni:, vahdini:, vacburni:, va a:fini:, varzuqni:, varfə'ni:!
Allahım! Məni bağışla, mənə rəhm et, məni doğru yola yönəlt, mənə lütf et, mənə salamatlıq ver, mənə ruzi yetir və məni ucalt!
Hədis
عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ بَيْنَ السَّجْدَتَيْنِ « اللَّهُمَّ اغْفِرْ لِى وَارْحَمْنِى وَعَافِنِى وَاهْدِنِى وَارْزُقْنِى ».... بَيْنَ السَّجْدَتَيْنِ فِي صَلاَةِ اللَّيْلِ : رَبِّ اغْفِرْ لِي ، وَارْحَمْنِي ، وَاجْبُرْنِي ، وَارْزُقْنِي ، وَارْفَعْنِي.
“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ iki səcdə arasında belə deyərdi: “Allahım! Məni bağışla, mənə rəhm et, mənə salamatlıq ver, məni doğru yola yönəlt və mənə ruzi yetir! - (Alla:hummə-ğfirli:, varhəmni:, va a:fini:, vahdini:, varzuqni:)”. Digər rəvayətdə belə deyilir: “Allah Elçisi ﷺ gecə namazında iki səcdə arasında belə deyirdi: “Rəbbim məni bağışla, mənə rəhm et, mənə lütf et, mənə ruzi yetir və məni ucalt! – (Rabbi-ğfirli:, varhəmni:, vacburni:, varzuqni:, varfə'ni:)”.”
Qeyd
Əbu Davud, 850. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 858. İbn Məcə, 898. Hədis səhihdir. Bax: Səhih Sunən İbn Məcə, 732.
İstinad
Müsəlmanın qalası, 50 (Kitab 21, 2)
Hədislərlə müsəlmanın qalası — İki səcdə arasında oturduqda edilən dua