رَبِّ اغْفِرْ لِي، رَبِّ اغْفِرْ لِي
Rabbi-ğfirli:, Rabbi-ğfirli:!
Rəbbim, məni bağışla! Rəbbim, məni bağışla!
Hədis
عَنْ حُذَيْفَةَ أَنَّهُ رَأَى رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى مِنَ اللَّيْلِ ...ثُمَّ رَفَعَ رَأْسَهُ مِنَ السُّجُودِ وَكَانَ يَقْعُدُ فِيمَا بَيْنَ السَّجْدَتَيْنِ نَحْوًا مِنْ سُجُودِهِ وَكَانَ يَقُولُ «رَبِّ اغْفِرْ لِى رَبِّ اغْفِرْ لِى».
“Uzun bir hədisdə Huzeyfədən ﵁ rəvayət edilir ki, Allah Elçisi ﷺ gecə namaz qılarkən... başını səcdədən qaldırdı və iki səcdə arasında, səcdə etdiyi qədər oturaraq: “Rəbbim, məni bağışla! Rəbbim, məni bağışla! – (Rabiğfirli:, Rabiğfirli:)”- deyirdi...”.”
Qeyd
Əbu Davud, 874. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1200.