Hədislərlə müsəlmanın qalasıHəyatından əlini üzmüş xəstənin duası

Kitab 52

Həyatından əlini üzmüş xəstənin duası

2

hədis

Dua

اللَّهُمَّ اغْفِرْ لِي وَارْحَمْنِي وَ أَلْحِقْنِي بِالرَّفِيقِ اْلأَعْلَى

Alla:hummə-ğfirli:, varhəmni:, va əlhiqni: birrafi:qil-ə'lə!

Allahım, məni bağışla, mənə rəhm et, məni Uca Dosta qovuşdur!

Hədis

عَائِشَةَ قَالَتْ سَمِعْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهْوَ مُسْتَنِدٌ إِلَىَّ يَقُولُ « اللَّهُمَّ اغْفِرْ لِى وَارْحَمْنِى وَأَلْحِقْنِى بِالرَّفِيقِ الأَعْلَى » .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbərin ﷺ mənə söykənərək belə dediyini eşitdim: “Allahım, məni bağışla, mənə rəhm et, məni Uca Dosta qovuşdur! – (Alla:hummə-ğfirli:, varhəmni:, va əlhiqni: birrafi:qil-ə'lə!)”.”

Aişə
SəhihMüsəlmanın qalası, 155 (Kitab 52, 1)

Qeyd

əl-Buxari, 5242, 5674.

Dua

لاَ إِلَهَ إِلاَّ اللهُ وَاللهُ أَكْبَرُ، لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ، لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لاَ إِلَهَ إِلاَّ اللهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، لاَ إِلَهَ إِلاَّ اللهُ وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللهِ

Lə: ilə:hə illəlla:hu Alla:hu Əkbər, lə: ilə:hə illəlla:hu vahdəhu, lə: ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu, lə: ilə:hə illəlla:hu ləhul-mulku va ləhul-həmdu, lə: ilə:hə illəlla:hu va lə: həulə va lə: quvvətə illə: billəh!

Allahdan başqa ibadətə layiq məbud yoxdur. Allah ən Böyükdür. Tək olan Allahdan başqa ibadətə layiq məbud yoxdur. Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur! Allahdan başqa ibadətə layiq məbud yoxdur! Mülk Onundur və həmd Onadır! Allahdan başqa ibadətə layiq məbud yoxdur! Qüdrət və güc yalnız Allaha məxsusdur!

Hədis

أَبِي هُرَيْرَةَ ، وَأَبِي سَعِيدٍ ، أَنَّهُمَا شَهِدَا عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا قَالَ الْعَبْدُ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَاللَّهُ أَكْبَرُ ، قَالَ : يَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ : صَدَقَ عَبْدِي ، لاَ إِلَهَ إِلاَّ أَنَا , وَأَنَا اللهُ أَكْبَرُ ، وَإِذَا قَالَ الْعَبْدُ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ ، قَالَ : صَدَقَ عَبْدِي ، لاَ إِلَهَ إِلاَّ أَنَا وَحْدِي ، وَإِذَا قَالَ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ لاَ شَرِيكَ لَهُ ، قَالَ : صَدَقَ عَبْدِي ، لاَ إِلَهَ إِلاَّ أَنَا وَلاَ شَرِيكَ لِي ، وَإِذَا قَالَ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ ، قَالَ : صَدَقَ عَبْدِي ، لاَ إِلَهَ إِلاَّ أَنَا ، لِيَ الْمُلْكُ ، وَلِيَ الْحَمْدُ ، وَإِذَا قَالَ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ ، قَالَ : صَدَقَ عَبْدِي , لاَ إِلَهَ إِلاَّ أَنَا ، وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِي. قَالَ أَبُو إِسْحَاقَ : ثُمَّ قَالَ الأَغَرُّ شَيْئًا لَمْ أَفْهَمْهُ ، قَالَ : فَقُلْتُ لأَبِي جَعْفَرٍ : مَا قَالَ ؟ فَقَالَ : مَنْ رُزِقَهُنَّ عِنْدَ مَوْتِهِ لَمْ تَمَسَّهُ النَّارُ.

“Əbu Hureyra və Əbu Səid əl-Xudri ﵄ rəvayət edirlər ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Qul: “Allahdan başqa ibadətə layiq məbud yoxdur və Allah ən Böyükdür!”- dedikdə, Allah ﷿ buyurur: “Qulum doğru söylədi, Məndən başqa ibadətə layiq məbud yoxdur və Uca olan Mənəm!” Qul: “Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir!”- dedikdə, Allah buyurur: “Qulum doğru söylədi, tək olan Mənəm, Məndən başqa ibadətə layiq məbud yoxdur!” Qul: “Allahdan başqa ibadətə layiq məbud yoxdur, Onun şəriki də yoxdur!”- dedikdə, Allah buyurur: “Qulum doğru söylədi, Məndən başqa ibadətə layiq məbud yoxdur və Mənim şərikim də yoxdur!” Qul: “Allahdan başqa ibadətə layiq məbud yoxdur, mülk və həmd Ona məxsusdur!”- dedikdə, Allah buyurur: “Məndən başqa ibadətə layiq məbud yoxdur, mülk və həmd Mənə məxsusdur!” Qul: “Allahdan başqa ibadətə layiq məbud yoxdur, qüdrət və güc yalnız Allaha məxsusdur!”- dedikdə, Allah buyurur: “Qulum doğru söylədi, Məndən başqa ibadətə layiq məbud yoxdur, qüdrət və güc yalnız Məndədir!” Əbu İshaq dedi: “Sonra hədisi rəvayət edən Əğarr Əbu Muslim anlamadığım bəzi şeylər söylədi. Mən Əbu Cəfərə: “O nə dedi?”- deyə soruşdum. O dedi: “Ölüm anında bunları deməyə imkan verilən şəxsə Cəhənnəm odu toxunmaz”.”

Əbu Hureyra və Əbu Səid
SəhihMüsəlmanın qalası, 156 (Kitab 52, 2)

Qeyd

İbn Məcə, 3794, 3926. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1390.