Hədislərlə müsəlmanın qalasıCənazə namazında meyit üçün oxunan dua

Kitab 56

Cənazə namazında meyit üçün oxunan dua

4

hədis

Dua

اللَّهُمَّ اغْفِرْ لَهُ وَارْحَمْه،ُ وَعَافِهِ، وَاعْفُ عَنْهُ، وَأَكْرِمْ نُزُلَهُ، وَوَسِّعْ مُدْخَلَهُ، وَاغْسِلْهُ بِالْمَاءِ وَالثَّلْجِ وَالْبَرَدِ، وَنَقِّهِ مِنَ الْخَطَايَا كَمَا نَقَّيْتَ الثَّوْبَ اْلأَبْيَضَ مِنَ الدَّنَسِ، وَأَبْدِلْهُ دَارًا خَيْرًا مِنْ دَارِهِ، وَأَهْلاً خَيْرًا مِنْ أَهْلِهِ، وَزَوْجًا خَيْرًا مِنْ زَوْجِهِ، وَأَدْخِلْهُ الْجَنَّةَ وَأَعِذْهُ مِنْ عَذَابِ الْقَبْرِ وَ عَذَابِ النَّارِ

Alla:hummə-ğfir ləhu varhəmhu va a:fihi va'fu anhu va əkrim nuzuləhu vavassi' mudxaləhu vağsilhu bil-mə:i vas-səlci val-bəradi va nəqqihi minəl-xata:yə: kəmə: nəqqaytəs-səubəl-əbyəda minəd-dənəsi, va əbdilhu də:ran xayran min də:rihi, va əhlən xayran min əhlihi, va zəucən xayran min zəucihi va ədxilhul-cənnətə va əi'zhu min azə:bil-qabri va azə:bin-nə:r!

Allahım! Onu bağışla, ona rəhm et, onu (günahlardan) salamat et, onu əfv et, onu gözəl tərzdə qarşıla, onun yerini geniş et! Onu su, qar və dolu ilə yu! Ağ paltarı çirkdən təmizlədiyin kimi onu da günahlardan təmizlə! Ona evinin əvəzinə daha xeyirli ev, ailəsinin əvəzinə daha xeyirli ailə, zövcəsinin əvəzinə daha xeyirli zövcə ver! Onu Cənnətə daxil et! Onu qəbir və Cəhənnəm əzabından qoru!

Hədis

عَوْفَ بْنَ مَالِكٍ يَقُولُ صَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى جَنَازَةٍ فَحَفِظْتُ مِنْ دُعَائِهِ وَهُوَ يَقُولُ «اللَّهُمَّ اغْفِرْ لَهُ وَارْحَمْهُ وَعَافِهِ وَاعْفُ عَنْهُ وَأَكْرِمْ نُزُلَهُ وَوَسِّعْ مُدْخَلَهُ وَاغْسِلْهُ بِالْمَاءِ وَالثَّلْجِ وَالْبَرَدِ وَنَقِّهِ مِنَ الْخَطَايَا كَمَا نَقَّيْتَ الثَّوْبَ الأَبْيَضَ مِنَ الدَّنَسِ وَأَبْدِلْهُ دَارًا خَيْرًا مِنْ دَارِهِ وَأَهْلاً خَيْرًا مِنْ أَهْلِهِ وَزَوْجًا خَيْرًا مِنْ زَوْجِهِ وَأَدْخِلْهُ الْجَنَّةَ وَأَعِذْهُ مِنْ عَذَابِ الْقَبْرِ أَوْ مِنْ عَذَابِ النَّارِ». قَالَ حَتَّى تَمَنَّيْتُ أَنْ أَكُونَ أَنَا ذَلِكَ الْمَيِّتَ.

“Rəvayət edilir ki, Auf ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ bir cənazə üçün namaz qıldı. Onun belə dua etdiyini əzbərlədim: “Allahım, onu bağışla, ona rəhm et, onu (günahlardan) salamat et, onu əfv et, onu gözəl tərzdə qarşıla, onun yerini geniş et! Onu su, qar və dolu ilə yu! Ağ paltarı çirkdən təmizlədiyin kimi, onu da günahlarından təmizlə! Ona evinin əvəzinə daha xeyirli ev, ailəsinin əvəzinə daha xeyirli ailə, zövcəsinin əvəzinə daha xeyirli zövcə ver. Onu Cənnətə daxil et! Onu qəbir və Cəhənnəm əzabından qoru!” Belə olduqda, mən cənazənin yerində olmağımı arzu etdim”.”

Auf ibn Malik
SəhihMüsəlmanın qalası, 160 (Kitab 56, 1)

Qeyd

Muslim, 1600, 2276.

Dua

اللَّهُمَّ اغْفِرْ لِحَيِّنَا وَمَيِّتِنَا، وَشَاهِدِنَا وَغَائِبِنَا، وَصَغِيرِنَا وَكَبِيرِنَا، وَذَكَرِنَا وَأُنْثَانَا. اللَّهُمَّ مَنْ أَحْيَيْتَهُ مِنَّا فَأَحْيِهِ عَلَى اْلإِسْلاَمِ، وَمَنْ تَوَفَّيْتَهُ مِنَّا فَتَوَفَّهُ عَلَى اْلإِيْمَانِ. اللَّهُمَّ لاَ تَحْرِمْنَا أَجْرَهُ وَلاَ تُضِلَّنَا بَعْدَهُ

Alla:hummə-ğfir liheyyinə: va meyyitinə: va şə:hidinə: va ğa:ibinə: va saği:rinə: va kəbi:rinə: va zəkərinə: va unsə:nə:! Alla:hummə, mən əhyeytəhu minnə: fə əhyihi aləl-islə:m va mən təvaffeytəhu minnə: fətəvaffəhu aləl-i:mə:n! Alla:hummə, lə: təhrimnə: əcrahu va lə: tudillənə: bə'dəhu!

Allahım, dirimizi və ölümüzü, burada olanımızı və olmayanımızı, kiçiyimizi və böyüyümüzü, kişimizi və qadınımızı bağışla! Allahım, bizdən kimi yaşatsan, müsəlman kimi yaşat! Bizdən kimi öldürsən, mömin kimi öldür! Allahım, onun əcrindən bizi məhrum etmə və ondan sonra bizi azdırma!

Hədis

عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا صَلَّى عَلَى جِنَازَةٍ يَقُولُ : اللَّهُمَّ اغْفِرْ لِحَيِّنَا وَمَيِّتِنَا ، وَشَاهِدِنَا وَغَائِبِنَا ، وَصَغِيرِنَا وَكَبِيرِنَا ، وَذَكَرِنَا وَأُنْثَانَا ، اللَّهُمَّ مَنْ أَحْيَيْتَهُ مِنَّا فَأَحْيِهِ عَلَى الإِسْلاَمِ ، وَمَنْ تَوَفَّيْتَهُ مِنَّا فَتَوَفَّهُ عَلَى الإِيمَانِ ، اللَّهُمَّ لاَ تَحْرِمْنَا أَجْرَهُ ، وَلاَ تُضِلَّنَا بَعْدَهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ bir cənazə üçün namaz qıldıqda, belə dua edərdi: “Allahım, dirimizi və ölümüzü, burada olanımızı və olmayanımızı, kiçiyimizi və böyüyümüzü, kişimizi və qadınımızı bağışla! Allahım, bizdən kimi yaşatsan, müsəlman kimi yaşat! Bizdən kimi öldürsən, mömin kimi öldür! Allahım, onun əcrindən bizi məhrum etmə və ondan sonra bizi azdırma!””

Əbu Hureyra
SəhihMüsəlmanın qalası, 161 (Kitab 56, 2)

Qeyd

İbn Məcə, 1498. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1675.

Dua

اللَّهُمَّ إِنَّ فُلانَ ابْنَ فُلانٍ فِي ذِمَّتِكَ، وَحَبْلِ جِوَارِكَ، فَقِهِ مِنْ فِتْنَةِ الْقَبْرِ وَعَذَابِ النَّارِ، وَأَنْتَ أَهْلُ الْوَفَاءِ وَالْحَقِّ. فَاغْفِرْ لَهُ وَارْحَمْهُ إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ

Alla:hummə, innə fulə:nəbnə fulə:nin (vəfat edənin adı çəkilir) fi: zimmətikə, va həbli civə:rikə, fəqihi min fitnətil-qabri va azə:bin-nə:ri, va əntə əhlul-vafə:i val-həqqi. Fəğfir ləhu varhəmhu innəkə əntəl-ğafu:rur-rahi:m!

Allahım filankəs oğlu filankəs (vəfat edənin adı çəkilir) Sənin himayəndədir, (aqibəti) Səndən asılıdır. Onu qəbir fitnəsindən və Cəhənnəm əzabından qoru! Sən vəfa və haqq sahibisən! Onu bağışla, ona rəhm et! Həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən!

Hədis

عَنْ وَاثِلَةَ بْنِ الأَسْقَعِ ، قَالَ : صَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى رَجُلٍ مِنَ الْمُسْلِمِينَ ، فَأَسْمَعُهُ يَقُولُ : اللَّهُمَّ إِنَّ فُلاَنَ بْنَ فُلاَنٍ فِي ذِمَّتِكَ ، وَحَبْلِ جِوَارِكَ ، فَقِهِ مِنْ فِتْنَةِ الْقَبْرِ ، وَعَذَابِ النَّارِ ، وَأَنْتَ أَهْلُ الْوَفَاءِ وَالْحَقِّ ، فَاغْفِرْ لَهُ وَارْحَمْهُ ، إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ.

“Rəvayət edilir ki, Vasilətə ibn əl-Əsqa ﵁ demişdir: “Allah Elçisi ﷺ müsəlmanlardan bir kişi üçün cənazə namazı qıldı. Mən onun belə dua etdiyini eşitdim: “Allahım filankəs oğlu filankəs Sənin himayəndədir, (aqibəti) Səndən asılıdır. Onu qəbir fitnəsindən və Cəhənnəm əzabından qoru! Sən vəfa və haqq sahibisən! Onu bağışla, ona rəhm et! Həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən!””

Vasilə ibn əl-Əsqa
SəhihMüsəlmanın qalası, 162 (Kitab 56, 3)

Qeyd

İbn Məcə, 1499. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1677.

Dua

اللَّهُمَّ عَبْدُكَ وَابْنُ أَمَتِكَ احْتَاجَ إِلَى رَحْمَتِكَ، وَأَنْتَ غَنِيٌّ عَنْ عَذَابِهِ، إِنْ كَانَ مُحْسِنًا فَزِدْ فِي حَسَناَتِهِ، وَإِنْ كَانَ مُسِيئًا فَتَجَاوَزْ عَنْهُ

Alla:hummə, abdukə vabnu əmətikəhtə:cə ilə: rahmətikə va əntə ğaniyyun an azə:bihi, in kə:nə muhsinən fəzid fi: həsənə:tihi va in kə:nə musi:ən fətəcə:vəz anhu!

Allahım! Sənin qulun, Sənin kənizinin oğlu Sənin mərhəmətinə möhtacdır. Sənin ona əzab verməyə ehtiyacın yoxdur. Əgər o, yaxşı əməl sahibidirsə, savabını artır! Yox əgər pis əməl sahibidirsə, günahından keç!

Hədis

عَنْ يَزِيدَ بْنِ عَبْدِ اللهِ بْنِ رُكَانَةَ بْنِ الْمُطَّلِبِ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ لِلْجِنَازَةِ لِيُصَلِّيَ عَلَيْهَا قَالَ : اللَّهُمَّ عَبْدُكَ ، وَابْنُ أَمَتِكَ احْتَاجَ إِلَى رَحْمَتِكَ ، وَأَنْتَ غَنِيٌّ عَنْ عَذَابِهِ إِنْ كَانَ مُحْسِنًا فَزِدْ فِي إِحْسَانِهِ ، وَإِنْ كَانَ مُسِيئًا فَتَجَاوَزَ عَنْهُ.

“Rəvayət edilir ki, Yəzid ibn Rukanə ibn əl-Muttalib ﵁ demişdir: “Allah Elçisi ﷺ cənazə namazını qıldıqda, belə dedi: “Allahım! Sənin qulun və kənizinin oğlu Sənin mərhəmətinə möhtacdır. Sənin ona əzab verməyə ehtiyacın yoxdur. Əgər o, yaxşı əməl sahibidirsə, savabını artır! Yox əgər pis əməl sahibidirsə, günahından keç!””

Yəzid ibn Abdullah ibn Rukanə ibn əl-Muttalib
SəhihMüsəlmanın qalası, 163 (Kitab 56, 4)

Qeyd

əl-Hakim, 1328. Hədis səhihdir. Bax: Əhkəmul-Cənəiz, səh. 125.