Cənazə namazında meyit üçün oxunan dua
Dua

اللَّهُمَّ اغْفِرْ لَهُ وَارْحَمْه،ُ وَعَافِهِ، وَاعْفُ عَنْهُ، وَأَكْرِمْ نُزُلَهُ، وَوَسِّعْ مُدْخَلَهُ، وَاغْسِلْهُ بِالْمَاءِ وَالثَّلْجِ وَالْبَرَدِ، وَنَقِّهِ مِنَ الْخَطَايَا كَمَا نَقَّيْتَ الثَّوْبَ اْلأَبْيَضَ مِنَ الدَّنَسِ، وَأَبْدِلْهُ دَارًا خَيْرًا مِنْ دَارِهِ، وَأَهْلاً خَيْرًا مِنْ أَهْلِهِ، وَزَوْجًا خَيْرًا مِنْ زَوْجِهِ، وَأَدْخِلْهُ الْجَنَّةَ وَأَعِذْهُ مِنْ عَذَابِ الْقَبْرِ وَ عَذَابِ النَّارِ

Alla:hummə-ğfir ləhu varhəmhu va a:fihi va'fu anhu va əkrim nuzuləhu vavassi' mudxaləhu vağsilhu bil-mə:i vas-səlci val-bəradi va nəqqihi minəl-xata:yə: kəmə: nəqqaytəs-səubəl-əbyəda minəd-dənəsi, va əbdilhu də:ran xayran min də:rihi, va əhlən xayran min əhlihi, va zəucən xayran min zəucihi va ədxilhul-cənnətə va əi'zhu min azə:bil-qabri va azə:bin-nə:r!

Allahım! Onu bağışla, ona rəhm et, onu (günahlardan) salamat et, onu əfv et, onu gözəl tərzdə qarşıla, onun yerini geniş et! Onu su, qar və dolu ilə yu! Ağ paltarı çirkdən təmizlədiyin kimi onu da günahlardan təmizlə! Ona evinin əvəzinə daha xeyirli ev, ailəsinin əvəzinə daha xeyirli ailə, zövcəsinin əvəzinə daha xeyirli zövcə ver! Onu Cənnətə daxil et! Onu qəbir və Cəhənnəm əzabından qoru!

Hədis

عَوْفَ بْنَ مَالِكٍ يَقُولُ صَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى جَنَازَةٍ فَحَفِظْتُ مِنْ دُعَائِهِ وَهُوَ يَقُولُ «اللَّهُمَّ اغْفِرْ لَهُ وَارْحَمْهُ وَعَافِهِ وَاعْفُ عَنْهُ وَأَكْرِمْ نُزُلَهُ وَوَسِّعْ مُدْخَلَهُ وَاغْسِلْهُ بِالْمَاءِ وَالثَّلْجِ وَالْبَرَدِ وَنَقِّهِ مِنَ الْخَطَايَا كَمَا نَقَّيْتَ الثَّوْبَ الأَبْيَضَ مِنَ الدَّنَسِ وَأَبْدِلْهُ دَارًا خَيْرًا مِنْ دَارِهِ وَأَهْلاً خَيْرًا مِنْ أَهْلِهِ وَزَوْجًا خَيْرًا مِنْ زَوْجِهِ وَأَدْخِلْهُ الْجَنَّةَ وَأَعِذْهُ مِنْ عَذَابِ الْقَبْرِ أَوْ مِنْ عَذَابِ النَّارِ». قَالَ حَتَّى تَمَنَّيْتُ أَنْ أَكُونَ أَنَا ذَلِكَ الْمَيِّتَ.

“Rəvayət edilir ki, Auf ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ bir cənazə üçün namaz qıldı. Onun belə dua etdiyini əzbərlədim: “Allahım, onu bağışla, ona rəhm et, onu (günahlardan) salamat et, onu əfv et, onu gözəl tərzdə qarşıla, onun yerini geniş et! Onu su, qar və dolu ilə yu! Ağ paltarı çirkdən təmizlədiyin kimi, onu da günahlarından təmizlə! Ona evinin əvəzinə daha xeyirli ev, ailəsinin əvəzinə daha xeyirli ailə, zövcəsinin əvəzinə daha xeyirli zövcə ver. Onu Cənnətə daxil et! Onu qəbir və Cəhənnəm əzabından qoru!” Belə olduqda, mən cənazənin yerində olmağımı arzu etdim”.”

Auf ibn Malik
Səhih

Qeyd

Muslim, 1600, 2276.

İstinad

Müsəlmanın qalası, 160 (Kitab 56, 1)

Hədislərlə müsəlmanın qalası — Cənazə namazında meyit üçün oxunan dua