اللَّهُمَّ اغْفِرْ لِفُلاَنٍ (باسمه) وَارْفَعْ دَرَجَتَهُ فِي الْمَهْدِيِّينَ، وَاخْلُفْهُ فِي عَقِبِهِ فِي الْغَابِرِينَ، وَاغْفِرْ لَنَا وَلَهُ يَا رَبَّ الْعَالَمِينَ، وَافْسَحْ لَهُ فِي قَبْرِهِ وَنَوِّرْ لَهُ فِيهِ
Alla:hummə-ğfir li-fulə:nin (vəfat edənin adı çəkilir) varfə' dəracətəhu fil-məhdiyyi:nə vaxlufhu fi: aqibihi fil-ğa:biri:nə vağfirlənə: valəhu yə: Rabbəl-a:ləmi:n, vafsəh ləhu fi: qabrihi va nəvvir ləhu fi:hi!
Allahım! Filankəsi (vəfat edənin adı çəkilir) bağışla! Onu doğru yola yönəltdiklərinin dərəcəsinə yüksəlt! Arxasında qoyduğu kimsələrə Sən sahib çıx! Ey aləmlərin Rəbbi, bizi və onu bağışla! Onun qəbrini geniş və nurlu et!
Hədis
عَنْ أُمِّ سَلَمَةَ قَالَتْ دَخَلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى أَبِى سَلَمَةَ وَقَدْ شَقَّ بَصَرُهُ فَأَغْمَضَهُ ثُمَّ قَالَ « إِنَّ الرُّوحَ إِذَا قُبِضَ تَبِعَهُ الْبَصَرُ ». فَضَجَّ نَاسٌ مِنْ أَهْلِهِ فَقَالَ « لاَ تَدْعُوا عَلَى أَنْفُسِكُمْ إِلاَّ بِخَيْرٍ فَإِنَّ الْمَلاَئِكَةَ يُؤَمِّنُونَ عَلَى مَا تَقُولُونَ ». ثُمَّ قَالَ « اللَّهُمَّ اغْفِرْ لأَبِى سَلَمَةَ وَارْفَعْ دَرَجَتَهُ فِى الْمَهْدِيِّينَ وَاخْلُفْهُ فِى عَقِبِهِ فِى الْغَابِرِينَ وَاغْفِرْ لَنَا وَلَهُ يَا رَبَّ الْعَالَمِينَ وَافْسَحْ لَهُ فِى قَبْرِهِ. وَنَوِّرْ لَهُ فِيهِ ».
“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Allah Elçisi ﷺ Əbu Sələmənin yanına daxil olduğu vaxt, artıq onun gözləri çevrilmişdi. Peyğəmbər ﷺ onun gözlərini bağladıqdan sonra belə buyurdu: “Həqiqətən, ruh bədəndən çıxdıqda, göz onun arxasınca baxar”. Onun əhlindən olan bəzi insanlar fəryad etdikdə, Peyğəmbər ﷺ belə buyurdu: “Özünüz üçün xeyirdən başqa bir şey söyləməyin. Həqiqətən, mələklər sizin söylədiklərinizə “Amin” deyirlər”. Sonra isə belə buyurdu: “Allahım, Əbu Sələməni bağışla, onu doğru yola yönəltdiklərinin dərəcəsinə yüksəlt! Arxasında qoyduğu kimsələrə Sən sahib çıx! Ey aləmlərin Rəbbi, bizi və onu bağışla! Onun qəbrini geniş və nurlu et!””
Qeyd
Muslim, 1528, 2169.
İstinad
Müsəlmanın qalası, 159 (Kitab 55, 1)
Hədislərlə müsəlmanın qalası — Meyitin gözlərini qapayarkən edilən dua