إِنَّا للهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ اللَّهُمَّ أْجُرْنِي فِي مُصِيبَتِي وَأَخْلِفْ لِي خَيْراً مِنْهَا
İnnə: lillə:hi va innə: ileyhi ra:ciu:n, Alla:hummə'curni: fi: mus:bəti: va əxlif li: xayran minhə:!
Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq! Allahım, başıma gələn müsibət sayəsində məni mükafatlandır və əvəzinə ondan da xeyirlisini ver!
Hədis
أُمَّ سَلَمَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَقُولُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « مَا مِنْ عَبْدٍ تُصِيبُهُ مُصِيبَةٌ فَيَقُولُ إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ اللَّهُمَّ أْجُرْنِى فِى مُصِيبَتِى وَأَخْلِفْ لِى خَيْرًا مِنْهَا إِلاَّ أَجَرَهُ اللَّهُ فِى مُصِيبَتِهِ وَأَخْلَفَ لَهُ خَيْرًا مِنْهَا ». قَالَتْ فَلَمَّا تُوُفِّىَ أَبُو سَلَمَةَ قُلْتُ كَمَا أَمَرَنِى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَخْلَفَ اللَّهُ لِى خَيْرًا مِنْهُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.
“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitdim: “Hər hansı bir qul ona müsibət baş verdiyi vaxt: “Biz Allaha məxsusuq və Ona da qayıdacağıq! Allahım, başıma gələn müsibət sayəsində məni mükafatlandır və əvəzinə ondan da xeyirlisini ver! – (İnnə: lillə:hi va innə: ileyhi ra:ciu:n, Alla:hummə'curni: fi: mus:bəti: va əxlif li: xayran minhə:!)”- deyərsə, Allah ona müsibətinə görə əcr verər və ona bundan daha xeyirlisi ilə əvəz edər”. Əbu Sələmə vəfat etdiyi vaxt Allah Elçisinin ﷺ mənə öyrətdiyi kimi dedim və Allah mənə ondan da xeyirlisi ilə, Allah Elçisi ﷺ ilə əvəz etdi”.”
Qeyd
Muslim, 1526, 2166.
İstinad
Müsəlmanın qalası, 158 (Kitab 54, 1)
Hədislərlə müsəlmanın qalası — Başına müsibət gələnin duası