اللَّهُمَّ عَبْدُكَ وَابْنُ أَمَتِكَ احْتَاجَ إِلَى رَحْمَتِكَ، وَأَنْتَ غَنِيٌّ عَنْ عَذَابِهِ، إِنْ كَانَ مُحْسِنًا فَزِدْ فِي حَسَناَتِهِ، وَإِنْ كَانَ مُسِيئًا فَتَجَاوَزْ عَنْهُ
Alla:hummə, abdukə vabnu əmətikəhtə:cə ilə: rahmətikə va əntə ğaniyyun an azə:bihi, in kə:nə muhsinən fəzid fi: həsənə:tihi va in kə:nə musi:ən fətəcə:vəz anhu!
Allahım! Sənin qulun, Sənin kənizinin oğlu Sənin mərhəmətinə möhtacdır. Sənin ona əzab verməyə ehtiyacın yoxdur. Əgər o, yaxşı əməl sahibidirsə, savabını artır! Yox əgər pis əməl sahibidirsə, günahından keç!
Hədis
عَنْ يَزِيدَ بْنِ عَبْدِ اللهِ بْنِ رُكَانَةَ بْنِ الْمُطَّلِبِ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ لِلْجِنَازَةِ لِيُصَلِّيَ عَلَيْهَا قَالَ : اللَّهُمَّ عَبْدُكَ ، وَابْنُ أَمَتِكَ احْتَاجَ إِلَى رَحْمَتِكَ ، وَأَنْتَ غَنِيٌّ عَنْ عَذَابِهِ إِنْ كَانَ مُحْسِنًا فَزِدْ فِي إِحْسَانِهِ ، وَإِنْ كَانَ مُسِيئًا فَتَجَاوَزَ عَنْهُ.
“Rəvayət edilir ki, Yəzid ibn Rukanə ibn əl-Muttalib ﵁ demişdir: “Allah Elçisi ﷺ cənazə namazını qıldıqda, belə dedi: “Allahım! Sənin qulun və kənizinin oğlu Sənin mərhəmətinə möhtacdır. Sənin ona əzab verməyə ehtiyacın yoxdur. Əgər o, yaxşı əməl sahibidirsə, savabını artır! Yox əgər pis əməl sahibidirsə, günahından keç!””
Qeyd
əl-Hakim, 1328. Hədis səhihdir. Bax: Əhkəmul-Cənəiz, səh. 125.
İstinad
Müsəlmanın qalası, 163 (Kitab 56, 4)
Hədislərlə müsəlmanın qalası — Cənazə namazında meyit üçün oxunan dua