Hədislərlə müsəlmanın qalasıYağışın yağması üçün edilən bəzi dualar

Kitab 64

Yağışın yağması üçün edilən bəzi dualar

3

hədis

Dua

اللَّهُمَّ اسْقِنَا غَيْثًا مُغِيثًا مَرِيئًا نَافِعًا غَيْرَ ضَارٍّ عَاجِلاً غَيْرَ آجِلٍ

Alla:hummə əsqinə: ğaysən muği:sən, məri:ən, məri:an, nə:fian ğayra da:rrin, a:cilən ğayra ə:cilin!

Allahım, bizə imdadımıza çatan, xoş, bərəkətli, faydalı, zərəri olmayan, elə indi yağacaq yağışı gecikdirmədən endir!

Hədis

عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : أَتَتِ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَوَاكِي ، فَقَالَ : « اللَّهُمَّ اسْقِنَا غَيْثًا مُغِيثًا مَرِيئًا نَافِعًا غَيْرَ ضَارٍّ عَاجِلاً غَيْرَ آجِلٍ ». قَالَ فَأَطْبَقَتْ عَلَيْهِمُ السَّمَاءُ .

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Peyğəmbərin ﷺ yanına quraqlıqdan şikayət edərək ağlayan qadınlar gəldilər. Peyğəmbər ﷺ dedi: “Allahım, bizə imdadımıza çatan, xoş, bərəkətli, faydalı, zərəri olmayan, elə indi yağacaq yağışı gecikdirmədən endir!” (Beləliklə) göyün üzü tutuldu”.”

Cabir ibn Abdullah
SəhihMüsəlmanın qalası, 173 (Kitab 64, 1)

Qeyd

Əbu Davud, 1169, 1171; əl-Hakim, 1222. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1507.

اللَّهُمَّ أَغِثْنَا، اللَّهُمَّ أَغِثْنَا، اللَّهُمَّ أَغِثْنَا

“Alla:hummə əğisnə! Alla:hummə əğisnə! Alla:hummə əğisnə! Allahım, bizə yağmur endir! Allahım, bizə yağmur endir! Allahım, bizə yağmur endir!”

SəhihMüsəlmanın qalası, 174 (Kitab 64, 2)

Qeyd

178-ci zikrə aid hədisdədir.

Dua

اللَّهُمَّ اسْقِ عِبَادَكَ، وَبَهَائِمَكَ، وَانْشُرْ رَحْمَتَكَ، وَأَحْيِ بَلَدَكَ الْمَيِّتَ

Alla:humməsqi ibə:dəkə va bəhə:iməkə, vanşur rahmətəkə va əhyi: bələdəkəl-meyyit!

Allahım, qullarına və heyvanlarına su ver! Mərhəmətini yay və ölü məmləkətini dirilt!

Hədis

عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ عَنْ أَبِيهِ عَنْ جَدِّهِ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا اسْتَسْقَى قَالَ « اللَّهُمَّ اسْقِ عِبَادَكَ وَبَهَائِمَكَ وَانْشُرْ رَحْمَتَكَ وَأَحْىِ بَلَدَكَ الْمَيِّتَ ».

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət edir: “Allah Elçisi ﷺ yağışın yağması üçün dua etdikdə belə dedi: “Allahım, qullarına və heyvanlarına su ver! Mərhəmətini yay və ölü məmləkətini dirilt!””

Amr ibn Şueyb atasından və babasından
HəsənMüsəlmanın qalası, 175 (Kitab 64, 3)

Qeyd

Əbu Davud, 1176, 1178. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 1506.