اللَّهُمَّ اسْقِنَا غَيْثًا مُغِيثًا مَرِيئًا نَافِعًا غَيْرَ ضَارٍّ عَاجِلاً غَيْرَ آجِلٍ
Alla:hummə əsqinə: ğaysən muği:sən, məri:ən, məri:an, nə:fian ğayra da:rrin, a:cilən ğayra ə:cilin!
Allahım, bizə imdadımıza çatan, xoş, bərəkətli, faydalı, zərəri olmayan, elə indi yağacaq yağışı gecikdirmədən endir!
Hədis
عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : أَتَتِ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَوَاكِي ، فَقَالَ : « اللَّهُمَّ اسْقِنَا غَيْثًا مُغِيثًا مَرِيئًا نَافِعًا غَيْرَ ضَارٍّ عَاجِلاً غَيْرَ آجِلٍ ». قَالَ فَأَطْبَقَتْ عَلَيْهِمُ السَّمَاءُ .
“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Peyğəmbərin ﷺ yanına quraqlıqdan şikayət edərək ağlayan qadınlar gəldilər. Peyğəmbər ﷺ dedi: “Allahım, bizə imdadımıza çatan, xoş, bərəkətli, faydalı, zərəri olmayan, elə indi yağacaq yağışı gecikdirmədən endir!” (Beləliklə) göyün üzü tutuldu”.”
Qeyd
Əbu Davud, 1169, 1171; əl-Hakim, 1222. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1507.
İstinad
Müsəlmanın qalası, 173 (Kitab 64, 1)
Hədislərlə müsəlmanın qalası — Yağışın yağması üçün edilən bəzi dualar