أَسْتَغْفِرُ اللَّهَ الْعَظِيمَ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ وَأَتُوبُ إِلَيْهِ
Əstəğfirulla:həl-azi:məlləzi: lə: ilə:hə illə: Huvəl-Həyyul-Qayyu:m va ətu:bu ileyhi!
Özündən başqa ibadətə layiq məbud olmayan, Əzəmətli, Yaşayan, Qəyyum Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm!
Hədis
سَمِعْتُ بِلاَلَ بْنَ يَسَارِ بْنِ زَيْدٍ مَوْلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَدَّثَنِى أَبِى عَنْ جَدِّى سَمِعَ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « مَنْ قَالَ أَسْتَغْفِرُ اللَّهَ الْعَظِيمَ الَّذِى لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَىَّ الْقَيُّومَ وَأَتُوبُ إِلَيْهِ. غُفِرَ لَهُ وَإِنْ كَانَ فَرَّ مِنَ الزَّحْفِ ».
“Peyğəmbərin ﷺ azad etdiyi kölə Bilal ibn Yəsar ibn Zeyd ﵁ demişdir: “Bu hədisi atam babamdan mənə rəvayət etmişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim: “Özündən başqa ibadətə layiq məbud olmayan, Əzəmətli, Yaşayan, Qəyyum Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm!”- deyərsə, döyüş meydanından qaçmış olsa belə günahları bağışlanar”.”
Qeyd
ət-Tirmizi, 3577, 3926; Əbu Davud, 1517, 1519. Hədis səhihdir. Bax: Səhih Sunən ət-Tirmizi, 2831.