Döyüş meydanından qaçan da bağışlana bilər
Dua

أَسْتَغْفِرُ اللَّهَ الْعَظِيمَ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ وَأَتُوبُ إِلَيْهِ

Əstəğfirulla:həl-azi:məlləzi: lə: ilə:hə illə: Huvəl-Həyyul-Qayyu:m va ətu:bu ileyhi!

Özündən başqa ibadətə layiq məbud olmayan, Əzəmətli, Yaşayan, Qəyyum Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm!

Hədis

سَمِعْتُ بِلاَلَ بْنَ يَسَارِ بْنِ زَيْدٍ مَوْلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَدَّثَنِى أَبِى عَنْ جَدِّى سَمِعَ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « مَنْ قَالَ أَسْتَغْفِرُ اللَّهَ الْعَظِيمَ الَّذِى لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَىَّ الْقَيُّومَ وَأَتُوبُ إِلَيْهِ. غُفِرَ لَهُ وَإِنْ كَانَ فَرَّ مِنَ الزَّحْفِ ».

“Peyğəmbərin ﷺ azad etdiyi kölə Bilal ibn Yəsar ibn Zeyd ﵁ demişdir: “Bu hədisi atam babamdan mənə rəvayət etmişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim: “Özündən başqa ibadətə layiq məbud olmayan, Əzəmətli, Yaşayan, Qəyyum Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm!”- deyərsə, döyüş meydanından qaçmış olsa belə günahları bağışlanar”.”

Bilal ibn Yəsar ibn Zeyd
Səhih

Qeyd

ət-Tirmizi, 3577, 3926; Əbu Davud, 1517, 1519. Hədis səhihdir. Bax: Səhih Sunən ət-Tirmizi, 2831.

İstinad

Müsəlmanın qalası, 233 (Kitab 115, 1)

Hədislərlə müsəlmanın qalası — Döyüş meydanından qaçan da bağışlana bilər