Arafa günü edilən dua
Dua

لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

Lə: ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r!

Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! O, hər şeyə Qadirdir!

Hədis

عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ عَنْ أَبِيهِ عَنْ جَدِّهِ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «خَيْرُ الدُّعَاءِ دُعَاءُ يَوْمِ عَرَفَةَ وَخَيْرُ مَا قُلْتُ أَنَا وَالنَّبِيُّونَ مِنْ قَبْلِى لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَىْءٍ قَدِيرٌ».

“Amr ibn Şueyb atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə demişdir: “Ən xeyirli dua Arafa günü edilən duadır. Mən və məndən öncəki peyğəmbərlərin söylədikləri ən xeyirli kəlmə budur: “Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! O, hər şeyə Qadirdir!””

Amr ibn Şueyb atasından
Səhih

Qeyd

Başlığa haşiyə: Zil-Hiccə ayının doqquzu, Qurban bayramından əvvəlki gün. ət-Tirmizi, 3585, 3934. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 2598.

İstinad

Müsəlmanın qalası, 232 (Kitab 114, 1)

Hədislərlə müsəlmanın qalası — Arafa günü edilən dua