Qurban kəsərkən nə deyilir?
Dua

بِسْمِ اللهِ وَاللهُ أَكْبَرُ) اللَّهُمَّ مِنْكَ وَلَكَ( اللَّهُمَّ تَقَبَّلْ مِنِّي

Bismillə:h, Alla:hu əkbər! (Alla:hummə minkə va ləkə!) Alla:hummə təqabbəl minni:!

Allahın adı ilə, Allah ən Böyükdür! (Allahım! Sən vermisən, Sənin üçün də kəsirəm!) Allahım, məndən qəbul et!

Hədis

عَنْ عَائِشَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَمَرَ بِكَبْشٍ أَقْرَنَ يَطَأُ فِى سَوَادٍ وَيَبْرُكُ فِى سَوَادٍ وَيَنْظُرُ فِى سَوَادٍ فَأُتِىَ بِهِ لِيُضَحِّىَ بِهِ فَقَالَ لَهَا « يَا عَائِشَةُ هَلُمِّى الْمُدْيَةَ ». ثُمَّ قَالَ « اشْحَذِيهَا بِحَجَرٍ ». فَفَعَلَتْ ثُمَّ أَخَذَهَا وَأَخَذَ الْكَبْشَ فَأَضْجَعَهُ ثُمَّ ذَبَحَهُ ثُمَّ قَالَ « بِاسْمِ اللَّهِ اللَّهُمَّ تَقَبَّلْ مِنْ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَمِنْ أُمَّةِ مُحَمَّدٍ ». ثُمَّ ضَحَّى بِهِ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ qara yerə ayağını basan, qara yerdə yatan və qaraya baxan buynuzlu qoç gətirilməsini əmr etdi. Onu qurban kəsilməsi üçün gətirdilər. Peyğəmbər ﷺ belə buyurdu: “Ey Aişə, bıçağı gətir!” Sonra isə belə dedi: “Onu daşla itilə!” Mən də onun dediyini etdim. Bıçağı götürdü və qoyunu tutub yerə sərdi və belə buyurdu: “Allahın adı ilə! Allahım Muhəmməddən, Muhəmmədin ailəsindən və Muhəmmədin ümməti adından qəbul et!” Sonra onu qurban kəsdi.”

Aişə
Səhih

Qeyd

Əbu Yalə, 4/22. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 1118, 1152. Muslim, 1967, 3637, 5203.

İstinad

Müsəlmanın qalası, 231 (Kitab 113, 1)

Hədislərlə müsəlmanın qalası — Qurban kəsərkən nə deyilir?