Hədislərlə müsəlmanın qalasıYatağa girərkən oxunan zikrlər

Kitab 30

Yatağa girərkən oxunan zikrlər

14

hədis

عَنْ عَائِشَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا أَوَى إِلَى فِرَاشِهِ كُلَّ لَيْلَةٍ جَمَعَ كَفَّيْهِ ثُمَّ نَفَثَ فِيهِمَا فَقَرَأَ فِيهِمَا {قُلْ هُوَ اللَّهُ أَحَدٌ} وَ {قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ} وَ {قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ} ثُمَّ يَمْسَحُ بِهِمَا مَا اسْتَطَاعَ مِنْ جَسَدِهِ يَبْدَأُ بِهِمَا عَلَى رَأْسِهِ وَوَجْهِهِ وَمَا أَقْبَلَ مِنْ جَسَدِهِ يَفْعَلُ ذَلِكَ ثَلاَثَ مَرَّاتٍ.

“Əlləri cütləşdirib onların içinə üfürdükdən sonra ora əl-İxlas, əl-Fələq və ən-Nəs surələrini oxuyub bədənə sürtmək. Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ hər gecə vaxtı yatağına uzandıqda əllərini cütləşdirib onların içinə üfürər, sonra ora (şərdən qoruyan surələri) – əl-İxlas, əl-Fələq və ən-Nəs surələrini oxuyar, daha sonra isə əllərini baş və üz nahiyəsindən başlayaraq bacardığı qədər bədəninin hər yerinə sürtərdi. Beləcə, o, bunu üç dəfə təkrar edərdi”.”

Aişə
SəhihMüsəlmanın qalası, 106 (Kitab 30, 1)

Qeyd

əl-Buxari, 4630, 5017.

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ وَكَّلَنِى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِحِفْظِ زَكَاةِ رَمَضَانَ ، فَأَتَانِى آتٍ فَجَعَلَ يَحْثُو مِنَ الطَّعَامِ ، فَأَخَذْتُهُ ، وَقُلْتُ وَاللَّهِ لأَرْفَعَنَّكَ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. قَالَ إِنِّى مُحْتَاجٌ ، وَعَلَىَّ عِيَالٌ ، وَلِى حَاجَةٌ شَدِيدَةٌ . قَالَ فَخَلَّيْتُ عَنْهُ فَأَصْبَحْتُ فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « يَا أَبَا هُرَيْرَةَ مَا فَعَلَ أَسِيرُكَ الْبَارِحَةَ » . قَالَ قُلْتُ يَا رَسُولَ اللَّهِ شَكَا حَاجَةً شَدِيدَةً وَعِيَالاً فَرَحِمْتُهُ ، فَخَلَّيْتُ سَبِيلَهُ . قَالَ « أَمَا إِنَّهُ قَدْ كَذَبَكَ وَسَيَعُودُ » . فَعَرَفْتُ أَنَّهُ سَيَعُودُ لِقَوْلِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّهُ سَيَعُودُ . فَرَصَدْتُهُ فَجَاءَ يَحْثُو مِنَ الطَّعَامِ فَأَخَذْتُهُ فَقُلْتُ لأَرْفَعَنَّكَ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. قَالَ دَعْنِى فَإِنِّى مُحْتَاجٌ ، وَعَلَىَّ عِيَالٌ لاَ أَعُودُ ، فَرَحِمْتُهُ ، فَخَلَّيْتُ سَبِيلَهُ فَأَصْبَحْتُ ، فَقَالَ لِى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « يَا أَبَا هُرَيْرَةَ ، مَا فَعَلَ أَسِيرُكَ » . قُلْتُ يَا رَسُولَ اللَّهِ شَكَا حَاجَةً شَدِيدَةً وَعِيَالاً ، فَرَحِمْتُهُ فَخَلَّيْتُ سَبِيلَهُ . قَالَ « أَمَا إِنَّهُ قَدْ كَذَبَكَ وَسَيَعُودُ » . فَرَصَدْتُهُ الثَّالِثَةَ فَجَاءَ يَحْثُو مِنَ الطَّعَامِ ، فَأَخَذْتُهُ فَقُلْتُ لأَرْفَعَنَّكَ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَهَذَا آخِرُ ثَلاَثِ مَرَّاتٍ أَنَّكَ تَزْعُمُ لاَ تَعُودُ ثُمَّ تَعُودُ . قَالَ دَعْنِى أُعَلِّمْكَ كَلِمَاتٍ يَنْفَعُكَ اللَّهُ بِهَا . قُلْتُ مَا هُوَ قَالَ إِذَا أَوَيْتَ إِلَى فِرَاشِكَ فَاقْرَأْ آيَةَ الْكُرْسِىِّ {اللَّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَىُّ الْقَيُّومُ} حَتَّى تَخْتِمَ الآيَةَ ، فَإِنَّكَ لَنْ يَزَالَ عَلَيْكَ مِنَ اللَّهِ حَافِظٌ وَلاَ يَقْرَبَنَّكَ شَيْطَانٌ حَتَّى تُصْبِحَ . فَخَلَّيْتُ سَبِيلَهُ فَأَصْبَحْتُ ، فَقَالَ لِى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «مَا فَعَلَ أَسِيرُكَ الْبَارِحَةَ» . قُلْتُ يَا رَسُولَ اللَّهِ زَعَمَ أَنَّهُ يُعَلِّمُنِى كَلِمَاتٍ ، يَنْفَعُنِى اللَّهُ بِهَا ، فَخَلَّيْتُ سَبِيلَهُ . قَالَ «مَا هِىَ» . قُلْتُ قَالَ لِى إِذَا أَوَيْتَ إِلَى فِرَاشِكَ فَاقْرَأْ آيَةَ الْكُرْسِىِّ مِنْ أَوَّلِهَا حَتَّى تَخْتِمَ {اللَّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَىُّ الْقَيُّومُ} وَقَالَ لِى لَنْ يَزَالَ عَلَيْكَ مِنَ اللَّهِ حَافِظٌ وَلاَ يَقْرَبَكَ شَيْطَانٌ حَتَّى تُصْبِحَ ، وَكَانُوا أَحْرَصَ شَىْءٍ عَلَى الْخَيْرِ . فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «أَمَا إِنَّهُ قَدْ صَدَقَكَ وَهُوَ كَذُوبٌ ، تَعْلَمُ مَنْ تُخَاطِبُ مُنْذُ ثَلاَثِ لَيَالٍ يَا أَبَا هُرَيْرَةَ» . قَالَ لاَ . قَالَ «ذَاكَ شَيْطَانٌ».

“Yatağa uzananda Ayətul-Kursini (əl-Bəqərə, 255) oxumaq. Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ Ramazan ayında yığılmış zəkatı qoruyub saxlamağı mənə tapşırdı. Bu əsnada bir nəfər yanıma gəldi və ərzaqdan ovuclayıb qabına yığmağa başladı. Mən onu yaxalayıb dedim: “Vallahi, mən səni mütləq Peyğəmbərin ﷺ yanına aparacağam”. O yalvarıb: “Mən buna möhtacam, mənim külfətim var, özümün də (bu yeməyə) olduqca ehtiyacım var”– dedi, mən də onu buraxdım. Ertəsi gün Peyğəmbər ﷺ məndən soruşdu: “Ey Əbu Hureyra! Tutduğun əsir nə etdi?” Mən dedim: “Ey Allahın Elçisi! O mənə həm ehtiyaclı, həm də külfət sahibi olduğundan gileyləndi. Buna görə də mənim ona yazığım gəldi və onu buraxdım”. Peyğəmbər ﷺ dedi: “O sənə yalan danışıb və o yenə qayıdacaq”. Mən bilirdim ki, o qayıdacaq, çünki Peyğəmbər ﷺ: “...o yenə qayıdacaq”– deyə xəbər vermişdi. Odur ki, pusquda durub onu gözlədim. O, yenə gəlib ərzaqdan ovuclayaraq qabına yığmağa başladı. Mən onu yaxalayıb dedim: “Səni hökmən Peyğəmbərin ﷺ yanına aparacağam”. O yalvarıb dedi: “Burax məni! Doğrudan da, mən buna möhtacam və mənim külfətim var. (Söz verirəm ki,) bir daha bura qayıtmayacağam”. Mənim ona yazığım gəldi və mən yenə onu buraxdım. Ertəsi gün Peyğəmbər ﷺ məndən soruşdu: “Ey Əbu Hureyra! Dünən tutduğun əsir nə etdi?” Mən dedim: “Ey Allahın Elçisi! O, mənə həm möhtac, həm də külfət sahibi olduğundan giley-güzar elədi. Buna görə də mənim ona yazığım gəldi və mən onu buraxdım”. Peyğəmbər ﷺ dedi: “O sənə yalan danışıb və o yenə qayıdacaq”. Mən üçüncü dəfə pusquda dayanıb onu gözlədim. O, yenə gəlib ərzaqdan ovuclayaraq qabına yığmağa başladı. Mən onu yaxalayıb dedim: “Mən səni hökmən Peyğəmbərin ﷺ yanına aparacağam. Artıq üçüncü dəfədir ki, sən qayıtmayacağına söz verir, sonra da qayıdırsan”. O yalvarıb dedi: “Məni buraxsan, sənə elə sözlər öyrədərəm ki, Allah onların vasitəsilə sənə fayda verər”. Mən: “O nə sözdür?”– deyə soruşdum. O dedi: “Yatağına uzananda Kürsü – “Allah, Ondan başqa ilah yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur...” (əl-Bəqərə, 255) ayəsini axıra qədər oxu. Əgər bunu etsən, səhər yuxudan oyananadək sənin yanında Allahın təyin etdiyi gözətçi (bir mələk) durar və şeytan sənə yaxınlaşmaz”. Mən yenə onu buraxdım. Səhəri gün Peyğəmbər ﷺ məndən soruşdu: “Dünən tutduğun əsir nə etdi?” Mən dedim: “Ey Allahın Elçisi! O, Allahın izni ilə mənə faydası olacaq sözlər öyrədəcəyini söylədi və mən də onu buraxdım”. Peyğəmbər ﷺ: “Nədir o?”– deyə soruşdu. Mən dedim: “O mənə söylədi ki, yatağına uzananda Kürsü ayəsini – “Allah, Ondan başqa ilah yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur...”– əvvəldən axıra qədər oxu. Əgər bunu etsən, səhər yuxudan oyananadək sənin yanında Allahın təyin etdiyi gözətçi (bir mələk) durar və şeytan sənə yaxınlaşmaz”. Səhabələr xeyirli işlərə ən çox can atan insanlar idi. Peyğəmbər ﷺ dedi: “O sənə doğru söylədi, halbuki özü qatı yalançıdır. Sən üç gecədir kiminlə söhbət etdiyini bilirsənmi, ey Əbu Hureyra?” Mən: “Xeyr!”– deyə cavab verdikdə, Peyğəmbər ﷺ dedi: “Bu, şeytan idi!””

Əbu Hureyra
SəhihMüsəlmanın qalası, 107 (Kitab 30, 2)

Qeyd

əl-Buxari, 2144, 2311.

أَعُوذُ بالله مِنَ الشَّيْطَانِ الرَّجِيمِ آمَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالْمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رُسُلِهِ وَقَالُوا سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ (٢٨٥) لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا وُسْعَهَا لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ رَبَّنَا لَا تُؤَاخِذْنَا إِنْ نَسِينَا أَوْ أَخْطَأْنَا رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِهِ وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَا أَنْتَ مَوْلَانَا فَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ (٢٨٦) عَنْ أَبِى مَسْعُودٍ الْبَدْرِىِّ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «الآيَتَانِ مِنْ آخِرِ سُورَةِ الْبَقَرَةِ مَنْ قَرَأَهُمَا فِى لَيْلَةٍ كَفَتَاهُ»

“əl-Bəqərə surəsinin son iki ayəsini oxumaq. Əu:zu billə:hi minəş-şeyta:nir-raci:m (285) Ə:mənər-rasu:lu bimə: unzilə ileyhi mir-Rabbihi: val-mu'minu:n. Kullun ə:mənə billə:hi va mələ:ikətihi: va kutubihi: va rusulihi: lə: nufərriqu beynə əhədim mir-rusulihi: va qa:lu səmi'nə: va əta'nə: ğufra:nəkə Rabbənə: va ileykəl-məsi:r. (286) Lə: yukəllifulla:hu nəfsən illə: vus'ahə: ləhə: mə: kəsəbət aleyhə: məktəsəbət, Rabbənə: lə: tuə:xiznə: in nəsi:nə: əv əxta'nə:, Rabbənə: va lə: təhmil aleynə: isran kəmə: həməltəhu: aləlləzi:nə min qablinə:, Rabbənə: va lə: tuhəmmilnə: mə: lə: ta:qatə lənə: bihi: va'fu annə: vağfirlənə: varhəmnə:, əntə məvlə:nə: fənsurnə: aləl-qavmil kə:firi:n! (285) Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” (286) Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” Əbu Məsud əl-Bədri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim gecə “əl-Bəqərə” surəsinin son iki ayəsini oxuyarsa, bu, ona kifayət edər”.”

Əbu Məsud əl-Bədri
SəhihMüsəlmanın qalası, 108 (Kitab 30, 3)

Qeyd

əl-Buxari, 3707, 4008.

عَنْ فَرْوَةَ بْنِ نَوْفَلٍ أَنَّهُ أَتَى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ عَلِّمْنِى شَيْئًا أَقُولُهُ إِذَا أَوَيْتُ إِلَى فِرَاشِى قَالَ «اقْرَأْ }قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ{ فَإِنَّهَا بَرَاءَةٌ مِنَ الشِّرْكِ». قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ (1) لَا أَعْبُدُ مَا تَعْبُدُونَ (2) وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ (3) وَلَا أَنَا عَابِدٌ مَا عَبَدْتُمْ (4) وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ (5) لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ

“əl-Kəfirun surəsini oxumaq. Rəvayət edilir ki, Fərvə ibn Nəufəl ﵁ Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Mənə yatağıma girdiyim zaman söyləyəcəyim bir şey öyrət”. O buyurdu: “De: “Ey kafirlər!” (“əl-Kəfirun” surəsini) oxu, çünki bu surə şirkdən uzaqlaşdırır”. Bismillə:hir-Rahmə:nir-Rahi:m 1. Qul yə: əyyuhəl-kə:firu:n. 2. Lə: ə'budu mə: tə'budu:n. 3. Va lə: ənntum a:bidu:nə mə: ə'bud. 4. Va lə: ənə a:bidumm mə: abəttum. 5. Va lə: ənntum a:bidu:nə mə: ə'bud. 6. Ləkum di:nukum va liyə di:n. Mərhəmətli və Rəhmli Allahın adı ilə! 1. De: “Ey kafirlər! 2. Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm, 3. siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. 4. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm, 5. siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. 6. Sizin dininiz sizə, mənim dinim də mənədir!””

Fərvə ibn Nəufəl
SəhihMüsəlmanın qalası, 108m (Kitab 30, 3m)

Qeyd

ət-Tirmizi, 3403, 3731. Hədis səhihdir. Bax: Səhih Sunən ət-Tirmizi, 2709.

Dua

بِاسْمِكَ رَبِّي وَضَعْتُ جَنْبِي، وَبِكَ أَرْفَعُهُ، إِنْ أَمْسَكْتَ نَفْسِي فَارْحَمْهَا وَإِنْ أَرْسَلْتَهَا فَاحْفَظْهَا بِمَا تَحْفَظُ بِهِ عِبَادَكَ الصَّالِحِينَ

Bismikə Rabbi: vada'tu cənbi: va bikə ərfəuhu. İn əmsəktə nəfsi: fərhəmhə: va in ərsəltəhə: fəhfəzhə: bimə təhfəzu bihi ibə:dəkəs-sa:lihi:n!

Ey Rəbbim! Sənin adınla böyrümü yerə qoydum, Sənin sayəndə də qaldıraram. Ruhumu tutub saxlasan, ona rəhm et! Onu buraxsan, əməlisaleh qullarını qoruduğun kimi onu da qoru!

Hədis

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «إِذَا أَوَى أَحَدُكُمْ إِلَى فِرَاشِهِ فَلْيَنْفُضْ فِرَاشَهُ بِدَاخِلَةِ إِزَارِهِ، فَإِنَّهُ لاَ يَدْرِى مَا خَلَفَهُ عَلَيْهِ، ثُمَّ يَقُولُ بِاسْمِكَ رَبِّ وَضَعْتُ جَنْبِى، وَبِكَ أَرْفَعُهُ، إِنْ أَمْسَكْتَ نَفْسِى فَارْحَمْهَا، وَإِنْ أَرْسَلْتَهَا فَاحْفَظْهَا بِمَا تَحْفَظُ بِهِ الصَّالِحِينَ»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən biriniz yatağına uzanmaq istədikdə qoy izarının iç tərəfi ilə yatağını çırpsın, çünki o, özündən sonra yatağına nəyin girdiyini bilmir. Sonra da belə desin: “Ey Rəbbim, Sənin adınla böyrümü yerə qoydum, Sənin sayəndə də onu qaldırıram. Ruhumu tutub saxlasan, ona rəhm et! Onu buraxsan, əməlisaleh qullarını qoruduğun kimi onu da qoru! – (Bismikə Rabbi: vada'tu cənbi: va bikə ərfəuhu. İn əmsəktə nəfsi: fərhəmhə: va in ərsəltəhə: fəhfəzhə: bimə təhfəzu bihi ibə:dəkəs-sa:lihi:n!)”.”

Əbu Hureyra
SəhihMüsəlmanın qalası, 109 (Kitab 30, 4)

Qeyd

əl-Buxari, 5845, 6320.

Dua

اللَّهُمَّ إِنَّكَ خَلَقْتَ نَفْسِي وَأَنْتَ تَوَفَّاهَا، لَكَ مَمَاتُهَا وَمَحْيَاهَا، إِنْ أَحْيَيْتَهَا فَاحْفَظْهَا، وَإِنْ أَمَتَّهَا فَاغْفِرْ لَهَا. اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ

Alla:hummə, innəkə xaləqtə nəfsi:, va əntə təvaffə:hə:, ləkə məmə:tuhə: va məhyə:hə:, in əhyeytəhə: fəhfəzhə:, va in əməttəhə: fəğfir ləhə:, Alla:hummə, inni: əs əlukəl-a:fiyə!

Allahım, canımı Sən yaratdın, Sən də onu alacaqsan. Onu öldürmək də, diriltmək də Sənə məxsusdur. Onu diriltsən, qoru, öldürsən, bağışla! Allahım, Səndən salamatlıq diləyirəm!

Hədis

عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، أَنَّهُ أَمَرَ رَجُلاً إِذَا أَخَذَ مَضْجَعَهُ قَالَ : اللَّهُمَّ إِنَّكَ خَلَقْتَ نَفْسِي ، وَأَنْتَ تَوَفَّاهَا ، لَكَ مَمَاتُهَا وَمَحْيَاهَا ، إِنْ أَحْيَيْتَهَا فَاحْفَظْهَا ، وَإِنْ أَمَتَّهَا فَاغْفِرْ لَهَا ، اللَّهُمَّ أَسْأَلُكَ الْعَافِيَةَ ، فَقَالَ رَجُلٌ : سَمِعْتَ هَذَا مِنْ عُمَرَ ؟ فَقَالَ : مِنْ خَيْرٍ مِنْ عُمَرَ ، مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Abdullah ibn Ömər ﵄ bir kişiyə yatmaq üçün uzandıqda belə deməyi əmr etdi: “Allahım, canımı Sən yaratdın, Sən də onu alacaqsan. Onu öldürmək də, diriltmək də Sənə məxsusdur. Onu diriltsən, qoru, öldürsən, bağışla! Allahım, Səndən salamatlıq diləyirəm!” Kişi ona dedi: “Sən bunu Ömərdən eşitdin?” O dedi: “Ömərdən də xeyirli olan Allah Elçisindən ﷺ eşitdim”.”

Abdullah ibn Ömər
SəhihMüsəlmanın qalası, 110 (Kitab 30, 5)

Qeyd

Muslim, 4887, 7063; Əhməd, 5502.

Dua

اللَّهُمَّ قِنِي عَذَابَكَ يَوْمَ تَبْعَثُ عِبَادَكَ

Alla:hummə, qini: azə:bəkə yəumə təb'asu ibə:dək!

Allahım, bəndələrini dirildəcəyin gün məni Öz əzabından qoru!

Hədis

عَنْ حَفْصَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا أَرَادَ أَنْ يَرْقُدَ وَضَعَ يَدَهُ الْيُمْنَى تَحْتَ خَدِّهِ ثُمَّ يَقُولُ « اللَّهُمَّ قِنِى عَذَابَكَ يَوْمَ تَبْعَثُ عِبَادَكَ ». ثَلاَثَ مِرَارٍ.

“Peyğəmbərin ﷺ zövcəsi Həfsə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ yatağa uzanmaq istəyəndə sağ əlini yanağının altına qoyub üç dəfə belə deyərdi: “Allahım, bəndələrini dirildəcəyin gün məni Öz əzabından qoru!””

Həfsə
SəhihMüsəlmanın qalası, 111 (Kitab 30, 6)

Qeyd

Əbu Davud, 5045, 5047. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2703.

Dua

بِاسْمِكَ اللَّهُمَّ أَمُوتُ وَأَحْيَا

Bismikə, Alla:hummə əmu:tu və əhyə:!

Allahım, Sənin adınla ölür və dirilirəm!

Hədis

عَنْ حُذَيْفَةَ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَرَادَ أَنْ يَنَامَ قَالَ « بِاسْمِكَ اللَّهُمَّ أَمُوتُ وَأَحْيَا » . وَإِذَا اسْتَيْقَظَ مِنْ مَنَامِهِ قَالَ « الْحَمْدُ لِلَّهِ الَّذِى أَحْيَانَا بَعْدَ مَا أَمَاتَنَا ، وَإِلَيْهِ النُّشُورُ ».

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Peyğəmbər ﷺ yatmaq istədikdə: “Allahım, Sənin adınla ölür və dirilirəm! – (Bismikə, Alla:hummə əmu:tu və əhyə:!)”, yuxudan oyandıqda isə: “Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun! (Ölüb dirildikdən sonra) qayıdış Onadır! – (Əlhəmdulillə:hilləzi: əhyə:nə: bə'də mə: əmə:tənə: va ileyhin-nuşu:r!)”- deyərdi”.”

Huzeyfə
SəhihMüsəlmanın qalası, 112 (Kitab 30, 7)

Qeyd

əl-Buxari, 5849, 6324.

عَنْ عَلِىٍّ أَنَّ فَاطِمَةَ شَكَتْ مَا تَلْقَى مِنْ أَثَرِ الرَّحَا، فَأَتَى النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَبْىٌ، فَانْطَلَقَتْ فَلَمْ تَجِدْهُ، فَوَجَدَتْ عَائِشَةَ، فَأَخْبَرَتْهَا، فَلَمَّا جَاءَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَخْبَرَتْهُ عَائِشَةُ بِمَجِىءِ فَاطِمَةَ، فَجَاءَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَيْنَا، وَقَدْ أَخَذْنَا مَضَاجِعَنَا، فَذَهَبْتُ لأَقُومَ فَقَالَ: «عَلَى مَكَانِكُمَا». فَقَعَدَ بَيْنَنَا حَتَّى وَجَدْتُ بَرْدَ قَدَمَيْهِ عَلَى صَدْرِى وَقَالَ: «أَلاَ أُعَلِّمُكُمَا خَيْرًا مِمَّا سَأَلْتُمَانِى إِذَا أَخَذْتُمَا مَضَاجِعَكُمَا تُكَبِّرَا أَرْبَعًا وَثَلاَثِينَ، وَتُسَبِّحَا ثَلاَثًا وَثَلاَثِينَ، وَتَحْمَدَا ثَلاَثَةً وَثَلاَثِينَ، فَهْوَ خَيْرٌ لَكُمَا مِنْ خَادِمٍ». قَالَ عَلِىٌّ مَا تَرَكْتُهُ مُنْذُ سَمِعْتُهُ مِنَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. قِيلَ لَهُ وَلاَ لَيْلَةَ صِفِّينَ قَالَ وَلاَ لَيْلَةَ صِفِّينِ.

“Otuz dörd dəfə təkbir (Alla:hu Əkbər), otuz üç dəfə təsbih (Subhə:n-Allah) və otuz üç dəfə təhmid (Əlhəmdulilləh) demək. Əli ﵁ rəvayət edir ki, Fatimə ﵂ əl dəyirmanının onun əllərində iz buraxdığından şikayət etdi. Bir müddətdən sonra Peyğəmbərə ﷺ bir neçə əsir gətirdilər. Fatimə bu əsirlərdən birini özünə köməkçi götürmək məqsədilə Peyğəmbərin ﷺ yanına getdi, lakin onu evdə tapa bilmədi, Aişəni görüb nə istədiyini ona bildirdi. Peyğəmbər ﷺ evə gəldikdə Aişə ona Fatimənin gəldiyini xəbər verdi. Bundan sonra Peyğəmbər ﷺ bizə gəldi. Həmin vaxt biz artıq yatağımıza uzanmışdıq. Mən onu görəndə ayağa qalxmaq istədim, lakin o: “Qalxmayın!”- dedi və gəlib aramızda oturdu. Mən hətta onun soyuq ayaqlarının sinəmə toxunduğunu hiss etdim. O buyurdu: “Məndən istədiyinizdən daha xeyirlisini sizə öyrədimmi? Yatağınıza uzandığınız zaman otuz dörd dəfə “Alla:hu Əkbər”, otuz üç dəfə “Subhə:n-Allah” və otuz üç dəfə “Əlhəmdulilləh” deyin. Bu sizin üçün xidmətçidən daha xeyirli olar”.”

Əli
SəhihMüsəlmanın qalası, 113 (Kitab 30, 8)

Qeyd

əl-Buxari, 3429, 3705.

Dua

اللَّهُمَّ رَبَّ السَّمَوَاتِ وَرَبَّ الأَرْضِ وَرَبَّ الْعَرْشِ الْعَظِيمِ رَبَّنَا وَرَبَّ كُلِّ شَىْءٍ فَالِقَ الْحَبِّ وَالنَّوَى وَمُنْزِلَ التَّوْرَاةِ وَالإِنْجِيلِ وَالْفُرْقَانِ أَعُوذُ بِكَ مِنْ شَرِّ كُلِّ شَىْءٍ أَنْتَ آخِذٌ بِنَاصِيَتِهِ اللَّهُمَّ أَنْتَ الأَوَّلُ فَلَيْسَ قَبْلَكَ شَىْءٌ وَأَنْتَ الآخِرُ فَلَيْسَ بَعْدَكَ شَىْءٌ وَأَنْتَ الظَّاهِرُ فَلَيْسَ فَوْقَكَ شَىْءٌ وَأَنْتَ الْبَاطِنُ فَلَيْسَ دُونَكَ شَىْءٌ اقْضِ عَنَّا الدَّيْنَ وَأَغْنِنَا مِنَ الْفَقْرِ

Alla:hummə, Rabbəs-səmə:və:ti va Rabbəl-ərdi va Rabbəl-arşil-azi:m. Rabbənə: va Rabbə kulli şey in, fə:liqal-həbbi van-nəvə:, munzilət-Təura:ti val-İnci:li val-Furqa:n. Əu:zu bikə min şərri kulli şey in əntə ə:xizun binə:siyətihi. Alla:hummə, əntəl-əvvəlu fəleysə qabləkə şey un, va əntəl-ə:xiru fəleysə bə'dəkə şey un, va əntəz-za:hiru fəleysə fəuqakə şey un, va əntəl-bə:tinu fəleysə du:nəkə şey un, iqdi annəd-deynə: va əğninə: minəl-fəqri!

Allahım! Səmaların və yerin Rəbbi, böyük Ərşin Rəbbi, bizim Rəbbimiz və hər bir şeyin Rəbbi! Toxumu və çəyirdəyi cücərdib çatladan, Tövratı, İncili və Furqanı nazil edən! Kəkilindən tutduğun (idarə etdiyin) hər bir şeyin şərindən Sənə sığınıram! Allahım, Sən Əvvəlsən, Səndən əvvəl heç nə yoxdur! Sən Axırsan, Səndən sonra heç nə yoxdur! Sən Zahirsən, Səndən üstdə heç nə yoxdur! Sən Batinsən, Səndən iç üzdə heç nə yoxdur! Borcumuzu ödə, bizi yoxsulluqdan qurtar!

Hədis

عَنْ سُهَيْلٍ قَالَ كَانَ أَبُو صَالِحٍ يَأْمُرُنَا إِذَا أَرَادَ أَحَدُنَا أَنْ يَنَامَ أَنْ يَضْطَجِعَ عَلَى شِقِّهِ الأَيْمَنِ ثُمَّ يَقُولُ « اللَّهُمَّ رَبَّ السَّمَوَاتِ وَرَبَّ الأَرْضِ وَرَبَّ الْعَرْشِ الْعَظِيمِ رَبَّنَا وَرَبَّ كُلِّ شَىْءٍ فَالِقَ الْحَبِّ وَالنَّوَى وَمُنْزِلَ التَّوْرَاةِ وَالإِنْجِيلِ وَالْفُرْقَانِ أَعُوذُ بِكَ مِنْ شَرِّ كُلِّ شَىْءٍ أَنْتَ آخِذٌ بِنَاصِيَتِهِ اللَّهُمَّ أَنْتَ الأَوَّلُ فَلَيْسَ قَبْلَكَ شَىْءٌ وَأَنْتَ الآخِرُ فَلَيْسَ بَعْدَكَ شَىْءٌ وَأَنْتَ الظَّاهِرُ فَلَيْسَ فَوْقَكَ شَىْءٌ وَأَنْتَ الْبَاطِنُ فَلَيْسَ دُونَكَ شَىْءٌ اقْضِ عَنَّا الدَّيْنَ وَأَغْنِنَا مِنَ الْفَقْرِ ». وَكَانَ يَرْوِى ذَلِكَ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Suheyl ﵀ demişdir: “Əbu Salih bizdən birimiz yatağına girdikdə sağ tərəfi üstə uzanıb belə deməyi əmr edirdi: “Allahım! Səmaların Rəbbi, yerin Rəbbi, böyük Ərşin Rəbbi, bizim Rəbbimiz və hər bir şeyin Rəbbi! Toxumu və çəyirdəyi cücərdib çatladan, Tövratı, İncili və Furqanı nazil edən! Kəkilindən tutduğun (idarə etdiyin) hər bir şeyin şərindən Sənə sığınıram! Allahım, Sən Əvvəlsən, Səndən əvvəl heç nə yoxdur! Sən Axırsan, Səndən sonra heç nə yoxdur! Sən Zahirsən, Səndən üstə heç nə yoxdur! Sən Batinsən, Səndən iç üzdə heç nə yoxdur! Borcumuzu ödə, bizi yoxsulluqdan qurtar!” O, bunu Əbu Hureyradan, o da Peyğəmbərdən ﷺ rəvayət edirdi”.”

Suheyl
SəhihMüsəlmanın qalası, 114 (Kitab 30, 9)

Qeyd

Muslim, 4888, 7064.

Dua

الْحَمْدُ للهِ الَّذِي أَطْعَمَنَا وَسَقَانَا، وَكَفَانَا، وَآوَانَا، فَكَمْ مِمَّنْ لاَ كَافِيَ لَهُ وَلاَ مُؤْوِيَ

Əlhəmdulillə:hilləzi: ət'amənə: va səqa:nə: va kəfə:nə: va ə:və:nə:, fəkəm mim-mən lə: kə:fiyə ləhu va lə: mu'viyə!

Bizi yedirdən, içirdən, qoruyan və bizə sığınacaq verən Allaha həmd olsun! Neçə-neçə şəxslər var ki, onların nə bir qoruyanı, nə də bir sığınacaq verəni var!

Hədis

عَنْ أَنَسٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا أَوَى إِلَى فِرَاشِهِ قَالَ « الْحَمْدُ لِلَّهِ الَّذِى أَطْعَمَنَا وَسَقَانَا وَكَفَانَا وَآوَانَا فَكَمْ مِمَّنْ لاَ كَافِىَ لَهُ وَلاَ مُئْوِىَ ».

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ yatağına girəndə belə deyərdi: “Bizi yedirdən, içirdən, qoruyan və bizə sığınacaq verən Allaha həmd olsun! Neçə-neçə şəxslər var ki, onların nə bir qoruyanı, nə də bir sığınacaq verəni var! – (Əlhəmdulillə:hilləzi: ət'amənə: va səqa:nə: va kəfə:nə: va ə:və:nə:, fəkəm mim-mən lə: kə:fiyə ləhu va lə: mu'viyə!)”.”

Ənəs
SəhihMüsəlmanın qalası, 115 (Kitab 30, 10)

Qeyd

Muslim, 4890, 7069.

Dua

اللَّهُمَّ عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ فَاطِرَ السَّمَوَاتِ وَالأَرْضِ رَبَّ كُلِّ شَىْءٍ وَمَلِيكَهُ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ أَنْتَ أَعُوذُ بِكَ مِنْ شَرِّ نَفْسِى وَمِنْ شَرِّ الشَّيْطَانِ وَشِرْكِهِ

Alla:hummə, a:liməl-ğaybi vaş-şəhə:dəti, fə:tiras-səmə:və:ti val-ərd! Rabbə kulli şey in va məli:kəhu, əşhədu ən lə: ilə:hə illə: ənt! Əu:zu bikə min şərri nəfsi: va min şərriş-şeyta:ni va şirkihi!

Qeybdə və aşkarda olanı Bilən, göyləri və yeri yaradan Allahım! Hər şeyin Rəbbi və Hökmdarı! Şəhadət edirəm ki, Səndən başqa ibadətə layiq məbud yoxdur! Nəfsimin şərindən, şeytanın şərindən və şirkindən Sənə sığınıram!

Hədis

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ أَبُو بَكْرٍ يَا رَسُولَ اللَّهِ مُرْنِى بِشَىْءٍ أَقُولُهُ إِذَا أَصْبَحْتُ وَإِذَا أَمْسَيْتُ قَالَ « قُلِ اللَّهُمَّ عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ فَاطِرَ السَّمَوَاتِ وَالأَرْضِ رَبَّ كُلِّ شَىْءٍ وَمَلِيكَهُ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ أَنْتَ أَعُوذُ بِكَ مِنْ شَرِّ نَفْسِى وَمِنْ شَرِّ الشَّيْطَانِ وَشِرْكِهِ قَالَ قُلْهُ إِذَا أَصْبَحْتَ وَإِذَا أَمْسَيْتَ وَإِذَا أَخَذْتَ مَضْجَعَكَ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Əbu Bəkr dedi: “Ey Allahın Elçisi, səhər və axşam demək üçün mənə bir şey öyrət”. Peyğəmbər ﷺ dedi: “De: “Qeybdə və aşkarda olanı Bilən, göyləri və yeri yaradan Allahım! Hər şeyin Rəbbi və Hökmdarı! Şəhadət edirəm ki, Səndən başqa ibadətə layiq məbud yoxdur! Nəfsimin şərindən, şeytanın şərindən və şirkindən Sənə sığınıram!” Bunu səhər və axşam olduqda, (bir də) yatağına girdikdə de!””

Əbu Hureyra
SəhihMüsəlmanın qalası, 116 (Kitab 30, 11)

Qeyd

ət-Tirmizi, 3392, 3720; Əbu Davud, 5067, 5069. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2763.

عَنْ جَابِرٍ قَالَ: كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لاَ يَنَامُ حَتَّى يَقْرَأَ: {الم تَنْزِيلُ} وَ: {تَبَارَكَ الَّذِي بِيَدِهِ الْمُلْكُ}. قَالَ أَبُو الزُّبَيْرِ: فَهُمَا يَفْضُلاَنِ كُلَّ سُورَةٍ فِي الْقُرْآنِ بِسَبْعِينَ حَسَنَةً، وَمَنْ قَرَأَهُمَا كُتِبَ لَهُ بِهِمَا سَبْعُونَ حَسَنَةً، وَرُفِعَ بِهِمَا لَهُ سَبْعُونَ دَرَجَةً، وَحُطَّ بِهِمَا عَنْهُ سَبْعُونَ خَطِيئَةً. عَنْ ابْنِ مَسْعُود قَالَ: قَالَ رَسُولُ الله صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «سُورَةُ تَبَارَكَ هِيَ المَانِعَةُ مِنْ عَذَابِ القَبْرِ». عَنِ ابْنِ مَسْعُودٍ قَالَ: يُؤْتَى الرَّجُلُ فِي قَبْرِهِ فَتُؤْتَى رِجْلاَهُ فَتَقُولُ رِجْلاَهُ: لَيْسَ لَكُمْ عَلَى مَا قِبَلِي سَبِيلٌ كَانَ يَقُومُ يَقْرَأُ بِي سُورَةَ الْمُلْكِ، ثُمَّ يُؤْتَى مِنْ قِبَلِ صَدْرِهِ أَوْ قَالَ بَطْنِهِ، فَيَقُولُ: لَيْسَ لَكُمْ عَلَى مَا قِبَلِي سَبِيلٌ كَانَ يَقْرَأُ بِي سُورَةَ الْمُلْكِ، ثُمَّ يُؤْتَى رَأْسُهُ فَيَقُولُ: لَيْسَ لَكُمْ عَلَى مَا قِبَلِي سَبِيلٌ كَانَ يَقْرَأُ بِي سُورَةَ الْمُلْكِ، قَالَ: فَهِيَ الْمَانِعَةُ تَمْنَعُ مِنْ عَذَابِ الْقَبْرِ وَهِيَ فِي التَّوْرَاةِ سُورَةُ الْمُلْكِ، وَمَنْ قَرَأَهَا فِي لَيْلَةٍ فَقَدْ أَكْثَرَ وَأَطْيَبَ. بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ الم (١) تَنْزِيلُ الْكِتَابِ لَا رَيْبَ فِيهِ مِنْ رَبِّ الْعَالَمِينَ (٢) أَمْ يَقُولُونَ افْتَرَاهُ بَلْ هُوَ الْحَقُّ مِنْ رَبِّكَ لِتُنْذِرَ قَوْمًا مَا أَتَاهُمْ مِنْ نَذِيرٍ مِنْ قَبْلِكَ لَعَلَّهُمْ يَهْتَدُونَ (٣) اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ مَا لَكُمْ مِنْ دُونِهِ مِنْ وَلِيٍّ وَلَا شَفِيعٍ أَفَلَا تَتَذَكَّرُونَ (٤) يُدَبِّرُ الْأَمْرَ مِنَ السَّمَاءِ إِلَى الْأَرْضِ ثُمَّ يَعْرُجُ إِلَيْهِ فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ أَلْفَ سَنَةٍ مِمَّا تَعُدُّونَ (٥) ذَلِكَ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ الْعَزِيزُ الرَّحِيمُ (٦) الَّذِي أَحْسَنَ كُلَّ شَيْءٍ خَلَقَهُ وَبَدَأَ خَلْقَ الْإِنْسَانِ مِنْ طِينٍ (٧) ثُمَّ جَعَلَ نَسْلَهُ مِنْ سُلَالَةٍ مِنْ مَاءٍ مَهِينٍ (٨) ثُمَّ سَوَّاهُ وَنَفَخَ فِيهِ مِنْ رُوحِهِ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ قَلِيلًا مَا تَشْكُرُونَ (۹) وَقَالُوا أَإِذَا ضَلَلْنَا فِي الْأَرْضِ أَإِنَّا لَفِي خَلْقٍ جَدِيدٍ بَلْ هُمْ بِلِقَاءِ رَبِّهِمْ كَافِرُونَ (١٠) قُلْ يَتَوَفَّاكُمْ مَلَكُ الْمَوْتِ الَّذِي وُكِّلَ بِكُمْ ثُمَّ إِلَى رَبِّكُمْ تُرْجَعُونَ (١١) وَلَوْ تَرَى إِذِ الْمُجْرِمُونَ نَاكِسُو رُءُوسِهِمْ عِنْدَ رَبِّهِمْ رَبَّنَا أَبْصَرْنَا وَسَمِعْنَا فَارْجِعْنَا نَعْمَلْ صَالِحًا إِنَّا مُوقِنُونَ (١٢) وَلَوْ شِئْنَا لَآتَيْنَا كُلَّ نَفْسٍ هُدَاهَا وَلَكِنْ حَقَّ الْقَوْلُ مِنِّي لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ الْجِنَّةِ وَالنَّاسِ أَجْمَعِينَ (١٣) فَذُوقُوا بِمَا نَسِيتُمْ لِقَاءَ يَوْمِكُمْ هَذَا إِنَّا نَسِينَاكُمْ وَذُوقُوا عَذَابَ الْخُلْدِ بِمَا كُنْتُمْ تَعْمَلُونَ (١٤) إِنَّمَا يُؤْمِنُ بِآيَاتِنَا الَّذِينَ إِذَا ذُكِّرُوا بِهَا خَرُّوا سُجَّدًا وَسَبَّحُوا بِحَمْدِ رَبِّهِمْ وَهُمْ لَا يَسْتَكْبِرُونَ (١٥) تَتَجَافَى جُنُوبُهُمْ عَنِ الْمَضَاجِعِ يَدْعُونَ رَبَّهُمْ خَوْفًا وَطَمَعًا وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ (١٦) فَلَا تَعْلَمُ نَفْسٌ مَا أُخْفِيَ لَهُمْ مِنْ قُرَّةِ أَعْيُنٍ جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ (١٧) أَفَمَنْ كَانَ مُؤْمِنًا كَمَنْ كَانَ فَاسِقًا لَا يَسْتَوُونَ (١٨) أَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ جَنَّاتُ الْمَأْوَى نُزُلًا بِمَا كَانُوا يَعْمَلُونَ (١۹) وَأَمَّا الَّذِينَ فَسَقُوا فَمَأْوَاهُمُ النَّارُ كُلَّمَا أَرَادُوا أَنْ يَخْرُجُوا مِنْهَا أُعِيدُوا فِيهَا وَقِيلَ لَهُمْ ذُوقُوا عَذَابَ النَّارِ الَّذِي كُنْتُمْ بِهِ تُكَذِّبُونَ (٢٠) وَلَنُذِيقَنَّهُمْ مِنَ الْعَذَابِ الْأَدْنَى دُونَ الْعَذَابِ الْأَكْبَرِ لَعَلَّهُمْ يَرْجِعُونَ (٢١) وَمَنْ أَظْلَمُ مِمَّنْ ذُكِّرَ بِآيَاتِ رَبِّهِ ثُمَّ أَعْرَضَ عَنْهَا إِنَّا مِنَ الْمُجْرِمِينَ مُنْتَقِمُونَ (٢٢) وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ فَلَا تَكُنْ فِي مِرْيَةٍ مِنْ لِقَائِهِ وَجَعَلْنَاهُ هُدًى لِبَنِي إِسْرَائِيلَ (٢٣) وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ (٢٤) إِنَّ رَبَّكَ هُوَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ (٢٥) أَوَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا مِنْ قَبْلِهِمْ مِنَ الْقُرُونِ يَمْشُونَ فِي مَسَاكِنِهِمْ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ أَفَلَا يَسْمَعُونَ (٢٦) أَوَلَمْ يَرَوْا أَنَّا نَسُوقُ الْمَاءَ إِلَى الْأَرْضِ الْجُرُزِ فَنُخْرِجُ بِهِ زَرْعًا تَأْكُلُ مِنْهُ أَنْعَامُهُمْ وَأَنْفُسُهُمْ أَفَلَا يُبْصِرُونَ (٢٧) وَيَقُولُونَ مَتَى هَذَا الْفَتْحُ إِنْ كُنْتُمْ صَادِقِينَ (٢٨) قُلْ يَوْمَ الْفَتْحِ لَا يَنْفَعُ الَّذِينَ كَفَرُوا إِيمَانُهُمْ وَلَا هُمْ يُنْظَرُونَ (٢۹) فَأَعْرِضْ عَنْهُمْ وَانْتَظِرْ إِنَّهُمْ مُنْتَظِرُونَ (٣٠) بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ تَبَارَكَ الَّذِي بِيَدِهِ الْمُلْكُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ (١) الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا وَهُوَ الْعَزِيزُ الْغَفُورُ (٢) الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا مَا تَرَى فِي خَلْقِ الرَّحْمَنِ مِنْ تَفَاوُتٍ فَارْجِعِ الْبَصَرَ هَلْ تَرَى مِنْ فُطُورٍ (٣) ثُمَّ ارْجِعِ الْبَصَرَ كَرَّتَيْنِ يَنْقَلِبْ إِلَيْكَ الْبَصَرُ خَاسِئًا وَهُوَ حَسِيرٌ (٤) وَلَقَدْ زَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِمَصَابِيحَ وَجَعَلْنَاهَا رُجُومًا لِلشَّيَاطِينِ وَأَعْتَدْنَا لَهُمْ عَذَابَ السَّعِيرِ (٥) وَلِلَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ عَذَابُ جَهَنَّمَ وَبِئْسَ الْمَصِيرُ (٦) إِذَا أُلْقُوا فِيهَا سَمِعُوا لَهَا شَهِيقًا وَهِيَ تَفُورُ (٧) تَكَادُ تَمَيَّزُ مِنَ الْغَيْظِ كُلَّمَا أُلْقِيَ فِيهَا فَوْجٌ سَأَلَهُمْ خَزَنَتُهَا أَلَمْ يَأْتِكُمْ نَذِيرٌ (٨) قَالُوا بَلَى قَدْ جَاءَنَا نَذِيرٌ فَكَذَّبْنَا وَقُلْنَا مَا نَزَّلَ اللَّهُ مِنْ شَيْءٍ إِنْ أَنْتُمْ إِلَّا فِي ضَلَالٍ كَبِيرٍ (۹) وَقَالُوا لَوْ كُنَّا نَسْمَعُ أَوْ نَعْقِلُ مَا كُنَّا فِي أَصْحَابِ السَّعِيرِ (١٠) فَاعْتَرَفُوا بِذَنْبِهِمْ فَسُحْقًا لِأَصْحَابِ السَّعِيرِ (١١) إِنَّ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ بِالْغَيْبِ لَهُمْ مَغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ (١٢) وَأَسِرُّوا قَوْلَكُمْ أَوِ اجْهَرُوا بِهِ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ (١٣) أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ (١٤) هُوَ الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ ذَلُولًا فَامْشُوا فِي مَنَاكِبِهَا وَكُلُوا مِنْ رِزْقِهِ وَإِلَيْهِ النُّشُورُ (١٥) أَأَمِنْتُمْ مَنْ فِي السَّمَاءِ أَنْ يَخْسِفَ بِكُمُ الْأَرْضَ فَإِذَا هِيَ تَمُورُ (١٦) أَمْ أَمِنْتُمْ مَنْ فِي السَّمَاءِ أَنْ يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا فَسَتَعْلَمُونَ كَيْفَ نَذِيرِ (١٧) وَلَقَدْ كَذَّبَ الَّذِينَ مِنْ قَبْلِهِمْ فَكَيْفَ كَانَ نَكِيرِ (١٨) أَوَلَمْ يَرَوْا إِلَى الطَّيْرِ فَوْقَهُمْ صَافَّاتٍ وَيَقْبِضْنَ مَا يُمْسِكُهُنَّ إِلَّا الرَّحْمَنُ إِنَّهُ بِكُلِّ شَيْءٍ بَصِيرٌ (١۹) أَمَّنْ هَذَا الَّذِي هُوَ جُنْدٌ لَكُمْ يَنْصُرُكُمْ مِنْ دُونِ الرَّحْمَنِ إِنِ الْكَافِرُونَ إِلَّا فِي غُرُورٍ (٢٠) أَمَّنْ هَذَا الَّذِي يَرْزُقُكُمْ إِنْ أَمْسَكَ رِزْقَهُ بَلْ لَجُّوا فِي عُتُوٍّ وَنُفُورٍ (٢١) أَفَمَنْ يَمْشِي مُكِبًّا عَلَى وَجْهِهِ أَهْدَى أَمَّنْ يَمْشِي سَوِيًّا عَلَى صِرَاطٍ مُسْتَقِيمٍ (٢٢) قُلْ هُوَ الَّذِي أَنْشَأَكُمْ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ قَلِيلًا مَا تَشْكُرُونَ (٢٣) قُلْ هُوَ الَّذِي ذَرَأَكُمْ فِي الْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ (٢٤) وَيَقُولُونَ مَتَى هَذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ (٢٥) قُلْ إِنَّمَا الْعِلْمُ عِنْدَ اللَّهِ وَإِنَّمَا أَنَا نَذِيرٌ مُبِينٌ (٢٦) فَلَمَّا رَأَوْهُ زُلْفَةً سِيئَتْ وُجُوهُ الَّذِينَ كَفَرُوا وَقِيلَ هَذَا الَّذِي كُنْتُمْ بِهِ تَدَّعُونَ (٢٧) قُلْ أَرَأَيْتُمْ إِنْ أَهْلَكَنِيَ اللَّهُ وَمَنْ مَعِيَ أَوْ رَحِمَنَا فَمَنْ يُجِيرُ الْكَافِرِينَ مِنْ عَذَابٍ أَلِيمٍ (٢٨) قُلْ هُوَ الرَّحْمَنُ آمَنَّا بِهِ وَعَلَيْهِ تَوَكَّلْنَا فَسَتَعْلَمُونَ مَنْ هُوَ فِي ضَلَالٍ مُبِينٍ (٢۹) قُلْ أَرَأَيْتُمْ إِنْ أَصْبَحَ مَاؤُكُمْ غَوْرًا فَمَنْ يَأْتِيكُمْ بِمَاءٍ مَعِينٍ (٣٠)

“Hər gecə “əs-Səcdə” və “əl-Mulk” surələrini oxumaq Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ əs-Səcdə və əl-Mulk surələrini oxumayınca yatmazdı”. Rəvayətçi Əbu əz-Zubeyr deyir: “Bu iki surə Qurandakı hər bir surədən yetmiş savab üstündür. Kim bu iki surəni oxusa, bunun sayəsində ona yetmiş savab yazılar, onun üçün yetmiş dərəcə yüksələr və onun yetmiş günahı silinər”. Rəvayət edilir ki, İbn Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Təbərakə (əl-Mulk) surəsi qəbir əzabından maneədir”. Rəvayət edilir ki, İbn Məsud ﵁ demişdir: “Kişi qəbrə qoyulduqda əzab ona ayaqları tərəfindən yaxınlaşdırılacaq. Ayaqları belə deyəcək: “Mən tərəfdən sizə yol yoxdur, çünki o, mənimlə qalxıb əl-Mulk surəsini oxuyurdu”. Sonra əzab ona sinəsi və ya qarnı tərəfdən yaxınlaşdırılacaq. Sinəsi və ya qarnı deyəcək: “Mən tərəfdən sizə yol yoxdur, çünki o, mənimlə əl-Mulk surəsini oxuyurdu”. Sonra başı tərəfindən yaxınlaşdırılacaq. Başı deyəcək: “Mən tərəfdən sizə yol yoxdur, çünki o, mənimlə əl-Mulk surəsini oxuyurdu”. Bu surə qəbir əzabından maneədir və o, Tövratda da əl-Mulk surəsidir. Kim onu gecə oxuyarsa, çox və gözəl əməl etmiş olar”. əs-Səcdə surəsi Bismillə:hir-Rahmə:nir-Rahi:m 1. Əlif, Lə::m, Mi::m. 2. Tənzi:lul-kitə:bi lə: raybə fi:hi mir-Rabbil-a:ləmi:n. 3. Əm yəqu:lu:nəf-təra:h, bəl huval-haqqu mir-Rabbikə litunzira qavməm-mə: ətə:hum-min-nəzi:rim-min qablikə ləalləhum yəhtədu:n. 4. Alla:hulləzi xaləqas-səmə:və:ti val-ərda va mə: beynəhumə: fi: sittəti əyyə:min summəs-təvə: aləl-arş, mə: ləkum-min du:nihi: min valiyyin va lə: şəfi:, əfələ: tətəzəkkəru:n. 5. Yudəbbirul-əmra, minəs-səmə:i iləl-ərdi, summə yə'rucu ileyhi fi: yəuvmin kə:nə miqdə:ruhu: əlfə sənətim-mimmə: təuddu:n. 6. Zə:likə a:limul-ğaybi vaş-şəhə:dətil-azi:zur-rahi:m. 7. Əlləzi: əhsənə kullə şey in xaləqahu: va bədəə xalqal-insə:ni min ti:n. 8. Summə cəalə nəsləhu: min sulə:lətim-mim-mə:im-məhi:n. 9. Summə səvvə:hu va nəfəxa fi:hi mir-ru:hihi: va cəalə ləkumus-səm'a val-əbsa:ra val-əf idəh. Qali:ləm-mə: təşkuru:n. 10. Va qa:lu: əizə: daləlnə: fil-ərdi əinnə: ləfi: xalqin cədi:d. Bəl hum bi-liqa:i Rabbihim kə:firu:n. 11. Qul yətəvaffə:kum-mələkul-məutilləzi: vukkilə bikum summə ilə: Rabbikum turcə'u:n. 12. Va ləv təra: izil-mucrimu:nə nə:kisu: ruu:sihim i'ndə Rabbihim, Rabbənə: əbsarnə: va səmi'nə: fərci'nə: nə'məl sa:lihən innə: mu:qinu:n. 13. Va ləv şi'nə: ləə:teynə: kullə nəfsin hudə:hə: va lə:kin həqqal-qaulu minni: ləəmlə-ənnə cəhənnəmə minəl-cinnəti van-nə:si əcməi':n. 14. Fəzu:qu: bimə: nəsi:tum liqa:ə yəuvmikum hə:zə: innə: nəsi:nə:kum va zu:qu: azə:bəl-xuldi bimə: kuntum tə'məlu:n. 15. İnnəmə: yu'minu biə:yə:tinəl-ləzi:nə izə: zukkiru: bihə: xarru: succədən va səbbəhu: bihəmdi Rabbihim va hum lə: yəstəkbiru:n. 16. Tətəcə:fə: cunu:buhum anil-məda:cii' yəd'u:nə Rabbəhum xaufən va taməan va mimmə: razəqnə:hum yunfiqu:n. 17. Fələ: tə'ləmu nəfsum mə: uxfiyə ləhum-min qurrati ə'yunin cəzə:əm bimə: kə:nu: yə'məlu:n. 18. Əfəmən kə:nə mu'minən kəmən kə:nə fə:siqan, lə: yəstəvu:n. 19. Əmməlləzi:nə ə:mənu: va amilus-sa:lihə:ti fələhum cənnə:tul-mə'və: nuzuləm bimə: kə:nu: yə'məlu:n. 20. Va əmməlləzi:nə fəsəqu: fəmə'və:humun-nə:r, kulləmə: əra:du: əy-yəxrucu: minhə: ui':du: fi:hə: va qi:lə ləhum zu:qu: azə:bən-nə:rilləzi: kuntum bihi: tukəzzibu:n. 21. Valənuzi:qannəhum-minəl-azə:bil-ədnə: du:nəl-azə:bil-əkbəri ləalləhum yərciu':n. 22. Va mən əzləmu mimmən zukkira biə:yə:ti Rabbihi: summə ə'rada anhə:, innə: minəl-mucrimi:nə muntəqimu:n. 23. Va ləqad ə:teynə: mu:səl-kitə:bə fələ: təkun fi: miryətim mil liqa:ihi: va cəalnə:hu hudəl-libəni: İsra:i:l. 24. Va cəalnə: minhum əimmətəy-yəhdu:nə biəmrinə: ləmmə: sabəru: va kə:nu: biə:yə:tinə: yu:qinu:n. 25. İnnə Rabbəkə huvə yəfsilu beynəhum yəuvməl-qiyə:məti fi:mə: kə:nu: fi:hi yəxtəlifu:n. 26. Əvaləm yəhdi ləhum kəm əhləknə: min-qablihim minəl-quru:ni yəmşu:nə fi: məsə:kinihim, innə fi: zə:likə ləə:yə:tin, əfələ: yəsməu':n. 27. Əvaləm yərav ənnə: nəsu:qul-mə:ə iləl-ərdil-curuzi fənuxricu bihi: zər'an tə'kulu minhu ən'a:muhum va ənfusuhum, əfələ: yubsiru:n. 28. Va yəqu:lu:nə mətə: hə:zəl-fəthu in kuntum sa:diqi:n. 29. Qul yəvməl-fəthi lə: yənfəulləzi:nə kəfəru: i:mə:nuhum valə: hum yunzaru:n. 30. Fəə'rid anhum van-təzir, innəhum muntəziru:n. Mərhəmətli və Rəhmli Allahın adı ilə! (1) Əlif. Ləm. Mim. (2) Şübhə yoxdur ki, bu Kitabı aləmlərin Rəbbi olan Allah nazil etmişdir. (3) Ya da onlar: “Bunu özündən uydurmuşdur!” deyirlər. Xeyr, o, Rəbbindən nazil olan bir haqdır ki, səndən öncə xəbərdar edən peyğəmbər gəlməmiş hər hansı bir xalqı xəbərdar edəsən. Bəlkə də, onlar doğru yola yönələlər. (4) Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər düşünərək ibrət götürməyəcəksiniz? (5) O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra da bu işlər sizin saydığınız illərdən min ilə bərabər olan bir gündə Ona doğru yüksəlir. (6) Qeybi və aşkarı Bilən, Qüdrətli və Rəhmli olan Odur. (7) Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, (8) sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, (9) sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz!” (10) Onlar deyirlər: “Biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edirlər. (11) De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!” (12) Kaş ki, günahkarları öz Rəbbi qarşısında başlarını aşağı dikərək: “Ey Rəbbimiz! Biz gördük və eşitdik. Bizi geri qaytar ki, yaxşı işlər görək. Həqiqətən də, biz qəti inandıq!”- deyəndə görəydin! (13) Əgər Biz istəsəydik, hər kəsi doğru yola yönəldərdik. Lakin Mənim: “Cəhənnəmi mütləq bütün günahkar cin və insanlarla dolduracağam!” Sözüm yerinə yetəcək. (14) Bu gününüzlə qarşılaşacağınızı unutduğunuza görə dadın əzabı! Doğrusu, Biz də sizi unutduq. Etdiyiniz əməllərə görə dadın əbədi əzabı! (15) Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd-səna ilə təriflər deyirlər. (16) Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara Verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər. (17) Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir. (18) Məgər möminlə fasiq eynidirmi? Onlar eyni ola bilməzlər! (19) İman gətirib əməlisaleh olanları etdikləri əməllərə görə Məva bağlarında əbədi ziyafət gözləyir. (20) Fasiqlərə gəldikdə isə, onların sığınacağı yer od olacaqdır. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara: “Yalan saydığınız odun əzabını dadın!”- deyiləcəkdir. (21) Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan (dünya əzabından) daddıracağıq ki, bəlkə doğru yola qayıtsınlar. (22) Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər? Şübhəsiz ki, Biz günahkarlardan intiqam alacağıq. (23) Biz Musaya Kitab vermişdik. Sən onunla görüşəcəyinə şübhə etmə. Biz onu İsrail oğullarına doğru yol göstərən rəhbər etmişdik. (24) Səbir etdiklərinə və ayələrimizə yəqinliklə inandıqlarına görə Biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik. (25) Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir. (26) Yurdlarında gəzib-dolaşdıqları əvvəlki neçə-neçə nəsilləri məhv etməyimiz onları doğru yola gətirmədimi? Həqiqətən, bunda ibrətlər vardır. Məgər onlar qulaq asmırlar? (27) Məgər onlar quru yerə su axıdıb onunla həm heyvanlarının, həm də özlərinin yedikləri nemətlər yetişdirdiyimizi görmürlər? Hələ də bunu görmürlər? (28) Onlar: “Əgər doğru danışanlardansınızsa, deyin görək bu hökm nə vaxt olacaqdır?”- deyirlər. (29) De: “Hökm günü kafirlərə imanları fayda verməyəcək və onlara möhlət də verilməyəcəkdir”. (30) Artıq onlardan üz çevir və gözlə. Doğrusu, onlar da gözləyirlər. əl-Mulk surəsi Bismillə:hir-Rahmə:nir-Rahi:m 1. Təbə:rakəl-ləzi: biyədihil-mulku va huva alə: kulli şey in qadi:r. 2. Əlləzi: xaləqal-məutə val-həyə:tə liyəbluvakum əyyukum əhsənu amələ:n va huval-azi:zul-ğafu:r. 3. Əlləzi: xaləqa səb'a səmə:və:tin tibə:qam, mə: təra: fi: xalqir-rahmə:ni min təfə:vut, fərci'il-bəsara həl təra: min futu:r. 4. Summərci'il-bəsara kərrateyni yənqalib ileykəl-bəsaru xa:siən va huva həsi:r. 5. Valəqad zeyyənnəs-səmə: əd-dunyə: biməsa:bi:hə va cəalnə:hə: rucu:məl-liş-şəyə:ti:ni, va ə'tədnə: ləhum azə:bəs-səi':r. 6. Va lil-ləzi:nə kəfəru: birabbihim azə:bu cəhənnəmə, va bi'səl-məsi:r. 7. İzə: ulqu: fi:hə: səmiu: ləhə: şəhi:qan va hiyə təfu:r. 8. Təkə:du təməyyəzu minəl-ğayzi, kulləmə: ulqiyə fi:hə: fəvcun səələhum xazənətuhə: ələm yə'tikum nəzi:r. 9. Qa:lu: bələ: qad cə: ənə: nəzi:run fəkəzzəbnə: va qulnə: mə: nəzzələlla:hu min şey in, in əntum illə: fi: dalə:lin kəbi:r. 10. Va qa:lu: ləv kunnə: nəsməu' əv nə'qilu mə: kunnə: fi: əshə:bis-səi':r. 11. Fə'tərafu: bizəmbihim fəsuhqal-li əshə:bis-səi':r. 12. İnnəl-ləzi:nə yaxşəvnə Rabbəhum bil-ğaybi ləhum-məğfiratun va əcrun kəbi:r. 13. Va əsirru: qauvləkum əvic-həru:bihi:, innəhu: ali:mum-bizə:tis-sudu:r. 14. Ələ: yə'ləmu mən xaləqa va huvəl-ləti:ful-xabi:r. 15. Huvalləzi: cəalə ləkumul-ərda zəlu:lən fəmşu: fi: mənə:kibihə: va kulu: mir-rizqihi: va ileyhin-nuşu:r. 16. Əəmintum-mən fis-səmə:i əy-yəxsifə bikumul-ərda fəizə: hiyə təmu:r. 17. Əm əmintum mən fis-səmə:i əy-yursilə aleykum hə:sibə. Fəsətə'ləmu:nə keyfə nəzi:r. 18. Valəqad kəzzəbəl-ləzi:nə min qablihim fəkeyfə kə:nə nəki:r. 19. Əvaləm yərav ilət-tayri fəvqahum sa:f-fə:tin va yəqbidnə, mə: yumsikuhunnə illər-Rahmə:n, innəhu: bikulli şey im basi:r. 20. Əmmən hə:zəl-ləzi: huva cundul-ləkum yənsurukum min du:nir-Rahmə:n, inil-kə:firu:nə illə: fi: ğuru:r. 21. Əmmən hə:zəl-ləzi: yərzuqukum in əmsəkə rizqah. Bəlləccu: fi: utuvvin va nufu:r. 22. Əfəməy-yəmşi mukibbən alə: vachihi: əhdə: əmməy-yəmşi: səviyyən alə: sira:tim-mustəq:m. 23. Qul huval-ləzi: ənşəəkum va cəalə ləkumus-səm'a val-əbsa:ra val-əf'idətə, qali:ləm mə: təşkuru:n. 24. Qul huvalləzi: zəraəkum fil-ərdi va ileyhi tuhşəru:n. 25. Va yəqu:lu:nə mətə: hə:zəl-va'du in kuntum sa:diqi:n. 26. Qul innəməl-i'lmu i'ndəlla:hi va innəmə: ənə nəzi:rum-mubi:n. 27. Fələmmə: raəvhu zulfətən si:ət vucu:hul-ləzi:nə kəfəru: va qi:lə hə:zəlləzi: kuntum bihi: təddəu':n. 28. Qul əraəytum in əhləkəniyəlla:hu va məm-məiyə əv rahimənə: fəməy-yuci:rul-kə:firi:nə min azə:bin əli:m. 29. Qul huvər-Rahmə:nu ə:mənnə: bihi: va aleyhi təvakkəlnə:, fəsətə'ləmu:nə mən huva fi: dalə:lim-mubi:n. 30. Qul əraəytum in əsbəhə mə: ukum ğavran fəməy-yə'ti:kum bimə: im-məi':n. Mərhəmətli və Rəhmli Allahın adı ilə! (1) Mülk Əlində Olan nə qədər xeyirxahdır. O hər şeyə Qadirdir. (2) Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır. (3) Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? (4) Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (5) Biz sizə yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan alovlar etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq. (6) Rəbbinə qarşı çıxanlar Cəhənnəm əzabına düçar olacaqlar. Ora nə pis dönüş yeridir. (7) Onlar oraya vasil ediləndə onun dəhşətli uğultuyla qaynadığını eşidəcəklər. (8) Cəhənnəm, qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən Cəhənnəmin gözətçiləri onlardan soruşacaqlar: “Məgər sizə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi?” (9) Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan bir peyğəmbər gəlmişdi. Amma biz onu yalançı sayıb: “Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz”- demişdik”. (10) Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq alov şölələri saçan od sakinlərinin içində olmazdıq!” (11) Onlar öz günahlarını etiraf edəcəklər. Rədd olsun alovlu od sakinləri! (12) Həqiqətən, öz Rəbbindən Onu görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır. (13) Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də, fərqi yoxdur, Allah kökslərdə olanları bilir. (14) Yaradan Allah Lətif və hər şeydən Xəbərdar olduğu halda, ola bilərmi ki, O, gizlində və aşkarda olanları bilməsin? (15) Yeri sizin ixtiyarınıza verən Odur. Onun hər səthində gəzin və Allahın ruzisindən yeyin. Qayıdış da Onadır. (16) Göydə olanın sizi yerə batırmayacağına əminsinizmi? O zaman yer hərəkətə gəlib titrəyəcəkdir. (17) Ya da ki, göydə Olanın üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz, Mənim xəbərdarlığımın necə nəticələr verdiyini biləcəksiniz. (18) Müşriklərdən əvvəlkilər də bunu yalançı hesab etmişdilər. Görəydin Mənim inkar etməyim necə oldu! (19) Məgər onlar başları üzərində dəstə-dəstə pərvazlanıb uçan, hərdən də qanadlarını yığan quşları görmürlərmi? Onları havada ancaq Mərhəmətli Allah saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür. (20) Ya da Mərhəmətli Allahdan başqa sizə kömək edə biləcək qoşununuzmu var? Kafirlər ancaq aldanmaqdadırlar! (21) Ya da O, verdiyi ruzini kəssə, sizə kim ruzi verə bilər? Xeyr, onlar təkəbbür göstərməkdə və haqdan qaçmaqda davam edirlər. (22) Elə isə üzü üstə sürünərək gedən daha doğru yoldadır, yoxsa düz yolda özü şax gedən? (23) De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!” (24) De: “Sizi yer üzünə yayan da Odur. Siz Onun hüzuruna toplanılacaqsınız!” (25) Onlar deyirlər: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?” (26) De: “Buna aid bilgi yalnız Allah yanındadır. Mən isə ancaq xəbərdar və bəyan edənəm!” (27) Kafirlər əzabın yaxın olduğunu gördükdə üzləri eybəcər görkəm alacaq və onlara: “Sizin durmadan istədiyiniz əzab bax budur!”- deyiləcəkdir. (28) De: “Deyin görüm, əgər Allah məni və mənimlə birlikdə olanları məhv edərsə və ya bizə mərhəmət göstərərsə, bəs siz kafirləri ağrılı-acılı əzabdan kim qurtara bilər?” (29) De: “O, ər-Rahməndir! Biz Ona iman gətirib, Ona təvəkkül etmişik. Kimin tam azğınlıq içində olduğunu tezliklə biləcəksiniz”. (30) De: “Deyin görüm, əgər suyunuz yerin dibinə çöksə, Allahdan başqa kim sizə axar su gətirə bilər?””

Cabir
SəhihMüsəlmanın qalası, 117 (Kitab 30, 12)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 1207; ət-Tirmizi, 2892, 3135. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 585. Əbu Nueym əl-Əsbəhani “Tabaqatul-Muhəddisin” 526. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1140. əl-Hakim, 3839. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1475.

Dua

اللَّهُمَّ أَسْلَمْتُ وَجْهِى إِلَيْكَ، وَفَوَّضْتُ أَمْرِى إِلَيْكَ، وَأَلْجَأْتُ ظَهْرِى إِلَيْكَ، رَغْبَةً وَرَهْبَةً إِلَيْكَ، لاَ مَلْجَأَ وَلاَ مَنْجَا مِنْكَ إِلاَّ إِلَيْكَ، اللَّهُمَّ آمَنْتُ بِكِتَابِكَ الَّذِى أَنْزَلْتَ، وَبِنَبِيِّكَ الَّذِى أَرْسَلْتَ

Alla:hummə, əsləmtu vachi ileyk, va fəvvədtu əmri ileyk, va əlcə'tu zahri ileyk, rağbətən va rahbətən ileyk. Lə məlcəə va lə məncə minkə illə ileyk. Alla:hummə, ə:məntu bikitə:bikəl-ləzi ənzəltə va binəbiyyikəl-ləzi ərsəltə!

Allahım, Sənə ümid edərək və Səndən qorxaraq üzümü Sənə təslim etdim, işimi Sənə həvalə etdim, kürəyimi Sənə etibar etdim. Sığınacaq və Sənin (əzabından) xilas olmaq üçün nicat yeri yalnız Sənə yönəlməkdir. Allahım, Sənin nazil etdiyin Kitaba və göndərdiyin Peyğəmbərə iman gətirdim!

Hədis

عَنْ الْبَرَاءِ بْنِ عَازِبٍ قَالَ: قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «إِذَا أَتَيْتَ مَضْجَعَكَ فَتَوَضَّأْ وُضُوءَكَ لِلصَّلاَةِ، ثُمَّ اضْطَجِعْ عَلَى شِقِّكَ الأَيْمَنِ، ثُمَّ قُلِ اللَّهُمَّ أَسْلَمْتُ وَجْهِى إِلَيْكَ، وَفَوَّضْتُ أَمْرِى إِلَيْكَ، وَأَلْجَأْتُ ظَهْرِى إِلَيْكَ، رَغْبَةً وَرَهْبَةً إِلَيْكَ، لاَ مَلْجَأَ وَلاَ مَنْجَا مِنْكَ إِلاَّ إِلَيْكَ، اللَّهُمَّ آمَنْتُ بِكِتَابِكَ الَّذِى أَنْزَلْتَ، وَبِنَبِيِّكَ الَّذِى أَرْسَلْتَ. فَإِنْ مُتَّ مِنْ لَيْلَتِكَ فَأَنْتَ عَلَى الْفِطْرَةِ، وَاجْعَلْهُنَّ آخِرَ مَا تَتَكَلَّمُ بِهِ». قَالَ فَرَدَّدْتُهَا عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمَّا بَلَغْتُ «اللَّهُمَّ آمَنْتُ بِكِتَابِكَ الَّذِى أَنْزَلْتَ». قُلْتُ وَرَسُولِكَ. قَالَ: «لاَ، وَنَبِيِّكَ الَّذِى أَرْسَلْتَ»

“Rəvayət edilir ki, Bəra ibn Azib ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Yatmaq istədikdə namaz üçün dəstəmaz aldığın kimi dəstəmaz al, sonra sağ böyrün üstə uzan, sonra de: “Allahım, Sənə ümid edərək və Səndən qorxaraq üzümü Sənə təslim etdim, işimi Sənə həvalə etdim, kürəyimi Sənə etibar etdim. Sığınacaq və Sənin (əzabından) xilas olmaq üçün nicat yeri yalnız Sənə yönəlməkdir. Allahım, Sənin nazil etdiyin Kitaba və göndərdiyin Peyğəmbərə iman gətirdim!” Əgər o gecə ölsən, fitrət üzərində (müsəlman olaraq) ölmüş olarsan. Bu sözləri, dediyin sözlərin axırıncısı et”. Bəra ibn Azib deyir ki, mən bu duanı Peyğəmbərə ﷺ oxudum və gəlib: “Sənin nazil etdiyin Kitaba iman gətirdim” sözünə yetişdikdə “və göndərdiyin Elçiyə”- dedim. O buyurdu: “Xeyr, “göndərdiyin Peyğəmbərə!”- (de)”.”

Bəra ibn Azib
SəhihMüsəlmanın qalası, 118 (Kitab 30, 13)

Qeyd

əl-Buxari, 329, 247; Muslim, 4885, 7057.