عَنْ فَرْوَةَ بْنِ نَوْفَلٍ أَنَّهُ أَتَى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ عَلِّمْنِى شَيْئًا أَقُولُهُ إِذَا أَوَيْتُ إِلَى فِرَاشِى قَالَ «اقْرَأْ }قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ{ فَإِنَّهَا بَرَاءَةٌ مِنَ الشِّرْكِ». قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ (1) لَا أَعْبُدُ مَا تَعْبُدُونَ (2) وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ (3) وَلَا أَنَا عَابِدٌ مَا عَبَدْتُمْ (4) وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ (5) لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ
“əl-Kəfirun surəsini oxumaq. Rəvayət edilir ki, Fərvə ibn Nəufəl ﵁ Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Mənə yatağıma girdiyim zaman söyləyəcəyim bir şey öyrət”. O buyurdu: “De: “Ey kafirlər!” (“əl-Kəfirun” surəsini) oxu, çünki bu surə şirkdən uzaqlaşdırır”. Bismillə:hir-Rahmə:nir-Rahi:m 1. Qul yə: əyyuhəl-kə:firu:n. 2. Lə: ə'budu mə: tə'budu:n. 3. Va lə: ənntum a:bidu:nə mə: ə'bud. 4. Va lə: ənə a:bidumm mə: abəttum. 5. Va lə: ənntum a:bidu:nə mə: ə'bud. 6. Ləkum di:nukum va liyə di:n. Mərhəmətli və Rəhmli Allahın adı ilə! 1. De: “Ey kafirlər! 2. Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm, 3. siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. 4. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm, 5. siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. 6. Sizin dininiz sizə, mənim dinim də mənədir!””
Qeyd
ət-Tirmizi, 3403, 3731. Hədis səhihdir. Bax: Səhih Sunən ət-Tirmizi, 2709.
İstinad
Müsəlmanın qalası, 108m (Kitab 30, 3m)
Hədislərlə müsəlmanın qalası — Yatağa girərkən oxunan zikrlər