عَنْ عَلِىٍّ أَنَّ فَاطِمَةَ شَكَتْ مَا تَلْقَى مِنْ أَثَرِ الرَّحَا، فَأَتَى النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَبْىٌ، فَانْطَلَقَتْ فَلَمْ تَجِدْهُ، فَوَجَدَتْ عَائِشَةَ، فَأَخْبَرَتْهَا، فَلَمَّا جَاءَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَخْبَرَتْهُ عَائِشَةُ بِمَجِىءِ فَاطِمَةَ، فَجَاءَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَيْنَا، وَقَدْ أَخَذْنَا مَضَاجِعَنَا، فَذَهَبْتُ لأَقُومَ فَقَالَ: «عَلَى مَكَانِكُمَا». فَقَعَدَ بَيْنَنَا حَتَّى وَجَدْتُ بَرْدَ قَدَمَيْهِ عَلَى صَدْرِى وَقَالَ: «أَلاَ أُعَلِّمُكُمَا خَيْرًا مِمَّا سَأَلْتُمَانِى إِذَا أَخَذْتُمَا مَضَاجِعَكُمَا تُكَبِّرَا أَرْبَعًا وَثَلاَثِينَ، وَتُسَبِّحَا ثَلاَثًا وَثَلاَثِينَ، وَتَحْمَدَا ثَلاَثَةً وَثَلاَثِينَ، فَهْوَ خَيْرٌ لَكُمَا مِنْ خَادِمٍ». قَالَ عَلِىٌّ مَا تَرَكْتُهُ مُنْذُ سَمِعْتُهُ مِنَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. قِيلَ لَهُ وَلاَ لَيْلَةَ صِفِّينَ قَالَ وَلاَ لَيْلَةَ صِفِّينِ.
“Otuz dörd dəfə təkbir (Alla:hu Əkbər), otuz üç dəfə təsbih (Subhə:n-Allah) və otuz üç dəfə təhmid (Əlhəmdulilləh) demək. Əli ﵁ rəvayət edir ki, Fatimə ﵂ əl dəyirmanının onun əllərində iz buraxdığından şikayət etdi. Bir müddətdən sonra Peyğəmbərə ﷺ bir neçə əsir gətirdilər. Fatimə bu əsirlərdən birini özünə köməkçi götürmək məqsədilə Peyğəmbərin ﷺ yanına getdi, lakin onu evdə tapa bilmədi, Aişəni görüb nə istədiyini ona bildirdi. Peyğəmbər ﷺ evə gəldikdə Aişə ona Fatimənin gəldiyini xəbər verdi. Bundan sonra Peyğəmbər ﷺ bizə gəldi. Həmin vaxt biz artıq yatağımıza uzanmışdıq. Mən onu görəndə ayağa qalxmaq istədim, lakin o: “Qalxmayın!”- dedi və gəlib aramızda oturdu. Mən hətta onun soyuq ayaqlarının sinəmə toxunduğunu hiss etdim. O buyurdu: “Məndən istədiyinizdən daha xeyirlisini sizə öyrədimmi? Yatağınıza uzandığınız zaman otuz dörd dəfə “Alla:hu Əkbər”, otuz üç dəfə “Subhə:n-Allah” və otuz üç dəfə “Əlhəmdulilləh” deyin. Bu sizin üçün xidmətçidən daha xeyirli olar”.”
Qeyd
əl-Buxari, 3429, 3705.
İstinad
Müsəlmanın qalası, 113 (Kitab 30, 8)
Hədislərlə müsəlmanın qalası — Yatağa girərkən oxunan zikrlər