بِاسْمِكَ اللَّهُمَّ أَمُوتُ وَأَحْيَا
Bismikə, Alla:hummə əmu:tu və əhyə:!
Allahım, Sənin adınla ölür və dirilirəm!
Hədis
عَنْ حُذَيْفَةَ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَرَادَ أَنْ يَنَامَ قَالَ « بِاسْمِكَ اللَّهُمَّ أَمُوتُ وَأَحْيَا » . وَإِذَا اسْتَيْقَظَ مِنْ مَنَامِهِ قَالَ « الْحَمْدُ لِلَّهِ الَّذِى أَحْيَانَا بَعْدَ مَا أَمَاتَنَا ، وَإِلَيْهِ النُّشُورُ ».
“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Peyğəmbər ﷺ yatmaq istədikdə: “Allahım, Sənin adınla ölür və dirilirəm! – (Bismikə, Alla:hummə əmu:tu və əhyə:!)”, yuxudan oyandıqda isə: “Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun! (Ölüb dirildikdən sonra) qayıdış Onadır! – (Əlhəmdulillə:hilləzi: əhyə:nə: bə'də mə: əmə:tənə: va ileyhin-nuşu:r!)”- deyərdi”.”
Qeyd
əl-Buxari, 5849, 6324.
İstinad
Müsəlmanın qalası, 112 (Kitab 30, 7)
Hədislərlə müsəlmanın qalası — Yatağa girərkən oxunan zikrlər