Yatağa girərkən oxunan zikrlər
Dua

اللَّهُمَّ قِنِي عَذَابَكَ يَوْمَ تَبْعَثُ عِبَادَكَ

Alla:hummə, qini: azə:bəkə yəumə təb'asu ibə:dək!

Allahım, bəndələrini dirildəcəyin gün məni Öz əzabından qoru!

Hədis

عَنْ حَفْصَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا أَرَادَ أَنْ يَرْقُدَ وَضَعَ يَدَهُ الْيُمْنَى تَحْتَ خَدِّهِ ثُمَّ يَقُولُ « اللَّهُمَّ قِنِى عَذَابَكَ يَوْمَ تَبْعَثُ عِبَادَكَ ». ثَلاَثَ مِرَارٍ.

“Peyğəmbərin ﷺ zövcəsi Həfsə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ yatağa uzanmaq istəyəndə sağ əlini yanağının altına qoyub üç dəfə belə deyərdi: “Allahım, bəndələrini dirildəcəyin gün məni Öz əzabından qoru!””

Həfsə
Səhih

Qeyd

Əbu Davud, 5045, 5047. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2703.

İstinad

Müsəlmanın qalası, 111 (Kitab 30, 6)

Hədislərlə müsəlmanın qalası — Yatağa girərkən oxunan zikrlər