اللَّهُمَّ عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ فَاطِرَ السَّمَوَاتِ وَالأَرْضِ رَبَّ كُلِّ شَىْءٍ وَمَلِيكَهُ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ أَنْتَ أَعُوذُ بِكَ مِنْ شَرِّ نَفْسِى وَمِنْ شَرِّ الشَّيْطَانِ وَشِرْكِهِ
Alla:hummə, a:liməl-ğaybi vaş-şəhə:dəti, fə:tiras-səmə:və:ti val-ərd! Rabbə kulli şey in va məli:kəhu, əşhədu ən lə: ilə:hə illə: ənt! Əu:zu bikə min şərri nəfsi: va min şərriş-şeyta:ni va şirkihi!
Qeybdə və aşkarda olanı Bilən, göyləri və yeri yaradan Allahım! Hər şeyin Rəbbi və Hökmdarı! Şəhadət edirəm ki, Səndən başqa ibadətə layiq məbud yoxdur! Nəfsimin şərindən, şeytanın şərindən və şirkindən Sənə sığınıram!
Hədis
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ أَبُو بَكْرٍ يَا رَسُولَ اللَّهِ مُرْنِى بِشَىْءٍ أَقُولُهُ إِذَا أَصْبَحْتُ وَإِذَا أَمْسَيْتُ قَالَ « قُلِ اللَّهُمَّ عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ فَاطِرَ السَّمَوَاتِ وَالأَرْضِ رَبَّ كُلِّ شَىْءٍ وَمَلِيكَهُ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ أَنْتَ أَعُوذُ بِكَ مِنْ شَرِّ نَفْسِى وَمِنْ شَرِّ الشَّيْطَانِ وَشِرْكِهِ قَالَ قُلْهُ إِذَا أَصْبَحْتَ وَإِذَا أَمْسَيْتَ وَإِذَا أَخَذْتَ مَضْجَعَكَ ».
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Əbu Bəkr dedi: “Ey Allahın Elçisi, səhər və axşam demək üçün mənə bir şey öyrət”. Peyğəmbər ﷺ dedi: “De: “Qeybdə və aşkarda olanı Bilən, göyləri və yeri yaradan Allahım! Hər şeyin Rəbbi və Hökmdarı! Şəhadət edirəm ki, Səndən başqa ibadətə layiq məbud yoxdur! Nəfsimin şərindən, şeytanın şərindən və şirkindən Sənə sığınıram!” Bunu səhər və axşam olduqda, (bir də) yatağına girdikdə de!””
Qeyd
ət-Tirmizi, 3392, 3720; Əbu Davud, 5067, 5069. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2763.
İstinad
Müsəlmanın qalası, 116 (Kitab 30, 11)
Hədislərlə müsəlmanın qalası — Yatağa girərkən oxunan zikrlər