Yatağa girərkən oxunan zikrlər
Dua

اللَّهُمَّ أَسْلَمْتُ وَجْهِى إِلَيْكَ، وَفَوَّضْتُ أَمْرِى إِلَيْكَ، وَأَلْجَأْتُ ظَهْرِى إِلَيْكَ، رَغْبَةً وَرَهْبَةً إِلَيْكَ، لاَ مَلْجَأَ وَلاَ مَنْجَا مِنْكَ إِلاَّ إِلَيْكَ، اللَّهُمَّ آمَنْتُ بِكِتَابِكَ الَّذِى أَنْزَلْتَ، وَبِنَبِيِّكَ الَّذِى أَرْسَلْتَ

Alla:hummə, əsləmtu vachi ileyk, va fəvvədtu əmri ileyk, va əlcə'tu zahri ileyk, rağbətən va rahbətən ileyk. Lə məlcəə va lə məncə minkə illə ileyk. Alla:hummə, ə:məntu bikitə:bikəl-ləzi ənzəltə va binəbiyyikəl-ləzi ərsəltə!

Allahım, Sənə ümid edərək və Səndən qorxaraq üzümü Sənə təslim etdim, işimi Sənə həvalə etdim, kürəyimi Sənə etibar etdim. Sığınacaq və Sənin (əzabından) xilas olmaq üçün nicat yeri yalnız Sənə yönəlməkdir. Allahım, Sənin nazil etdiyin Kitaba və göndərdiyin Peyğəmbərə iman gətirdim!

Hədis

عَنْ الْبَرَاءِ بْنِ عَازِبٍ قَالَ: قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «إِذَا أَتَيْتَ مَضْجَعَكَ فَتَوَضَّأْ وُضُوءَكَ لِلصَّلاَةِ، ثُمَّ اضْطَجِعْ عَلَى شِقِّكَ الأَيْمَنِ، ثُمَّ قُلِ اللَّهُمَّ أَسْلَمْتُ وَجْهِى إِلَيْكَ، وَفَوَّضْتُ أَمْرِى إِلَيْكَ، وَأَلْجَأْتُ ظَهْرِى إِلَيْكَ، رَغْبَةً وَرَهْبَةً إِلَيْكَ، لاَ مَلْجَأَ وَلاَ مَنْجَا مِنْكَ إِلاَّ إِلَيْكَ، اللَّهُمَّ آمَنْتُ بِكِتَابِكَ الَّذِى أَنْزَلْتَ، وَبِنَبِيِّكَ الَّذِى أَرْسَلْتَ. فَإِنْ مُتَّ مِنْ لَيْلَتِكَ فَأَنْتَ عَلَى الْفِطْرَةِ، وَاجْعَلْهُنَّ آخِرَ مَا تَتَكَلَّمُ بِهِ». قَالَ فَرَدَّدْتُهَا عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمَّا بَلَغْتُ «اللَّهُمَّ آمَنْتُ بِكِتَابِكَ الَّذِى أَنْزَلْتَ». قُلْتُ وَرَسُولِكَ. قَالَ: «لاَ، وَنَبِيِّكَ الَّذِى أَرْسَلْتَ»

“Rəvayət edilir ki, Bəra ibn Azib ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Yatmaq istədikdə namaz üçün dəstəmaz aldığın kimi dəstəmaz al, sonra sağ böyrün üstə uzan, sonra de: “Allahım, Sənə ümid edərək və Səndən qorxaraq üzümü Sənə təslim etdim, işimi Sənə həvalə etdim, kürəyimi Sənə etibar etdim. Sığınacaq və Sənin (əzabından) xilas olmaq üçün nicat yeri yalnız Sənə yönəlməkdir. Allahım, Sənin nazil etdiyin Kitaba və göndərdiyin Peyğəmbərə iman gətirdim!” Əgər o gecə ölsən, fitrət üzərində (müsəlman olaraq) ölmüş olarsan. Bu sözləri, dediyin sözlərin axırıncısı et”. Bəra ibn Azib deyir ki, mən bu duanı Peyğəmbərə ﷺ oxudum və gəlib: “Sənin nazil etdiyin Kitaba iman gətirdim” sözünə yetişdikdə “və göndərdiyin Elçiyə”- dedim. O buyurdu: “Xeyr, “göndərdiyin Peyğəmbərə!”- (de)”.”

Bəra ibn Azib
Səhih

Qeyd

əl-Buxari, 329, 247; Muslim, 4885, 7057.

İstinad

Müsəlmanın qalası, 118 (Kitab 30, 13)

Hədislərlə müsəlmanın qalası — Yatağa girərkən oxunan zikrlər