Yatağa girərkən oxunan zikrlər

عَنْ عَائِشَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا أَوَى إِلَى فِرَاشِهِ كُلَّ لَيْلَةٍ جَمَعَ كَفَّيْهِ ثُمَّ نَفَثَ فِيهِمَا فَقَرَأَ فِيهِمَا {قُلْ هُوَ اللَّهُ أَحَدٌ} وَ {قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ} وَ {قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ} ثُمَّ يَمْسَحُ بِهِمَا مَا اسْتَطَاعَ مِنْ جَسَدِهِ يَبْدَأُ بِهِمَا عَلَى رَأْسِهِ وَوَجْهِهِ وَمَا أَقْبَلَ مِنْ جَسَدِهِ يَفْعَلُ ذَلِكَ ثَلاَثَ مَرَّاتٍ.

“Əlləri cütləşdirib onların içinə üfürdükdən sonra ora əl-İxlas, əl-Fələq və ən-Nəs surələrini oxuyub bədənə sürtmək. Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ hər gecə vaxtı yatağına uzandıqda əllərini cütləşdirib onların içinə üfürər, sonra ora (şərdən qoruyan surələri) – əl-İxlas, əl-Fələq və ən-Nəs surələrini oxuyar, daha sonra isə əllərini baş və üz nahiyəsindən başlayaraq bacardığı qədər bədəninin hər yerinə sürtərdi. Beləcə, o, bunu üç dəfə təkrar edərdi”.”

Aişə
Səhih

Qeyd

əl-Buxari, 4630, 5017.

İstinad

Müsəlmanın qalası, 106 (Kitab 30, 1)

Hədislərlə müsəlmanın qalası — Yatağa girərkən oxunan zikrlər