أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ
Əu:zu bikəlimə:tillə:hit-tə:mmə:ti min şərri mə: xaləq!
Yaratdıqlarının şərindən Allahın tam kəlamlarına sığınıram! (axşam üç dəfə).
Hədis
عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ قَالَ إِذَا أَمْسَى ثَلاَثَ مَرَّاتٍ : أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ ، لَمْ تَضُرَّهُ حُمَةٌ تِلْكَ اللَّيْلَةَ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Kim axşam vaxtı üç dəfə: “Yaratdıqlarının şərindən Allahın tam kəlamlarına sığınıram! – (Əu:zu bikəlimə:tillə:hit-tə:mmə:ti min şərri mə: xaləq!)”- deyərsə, həmin gecə ona əqrəb sancması zərər verməz”.”
Qeyd
Əhməd, 7885, 7898. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6472.
İstinad
Müsəlmanın qalası, 105 (Kitab 29, 26)
Hədislərlə müsəlmanın qalası — Səhər və axşam zikrləri