Hədislərlə müsəlmanın qalasıSəhər və axşam zikrləri

Kitab 29

Səhər və axşam zikrləri

26

hədis

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «لأَنْ أَقْعُدَ مَعَ قَوْمٍ يَذْكُرُونَ اللَّهَ تَعَالَى مِنْ صَلاَةِ الْغَدَاةِ حَتَّى تَطْلُعَ الشَّمْسُ أَحَبُّ إِلَىَّ مِنْ أَنْ أُعْتِقَ أَرْبَعَةً مِنْ وَلَدِ إِسْمَاعِيلَ وَلأَنْ أَقْعُدَ مَعَ قَوْمٍ يَذْكُرُونَ اللَّهَ مِنْ صَلاَةِ الْعَصْرِ إِلَى أَنْ تَغْرُبَ الشَّمْسُ أَحَبُّ إِلَىَّ مِنْ أَنْ أُعْتِقَ أَرْبَعَةً».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mənim üçün Sübh namazından günçıxana qədər Allahı zikr edən camaatla oturmaq, İsmail övladından dörd qulu azad etməkdən daha sevimlidir. Həmçinin Əsr namazından günbatana qədər Allahı zikr edən camaatla oturmaq, mənim üçün dörd qul azad etməkdən daha sevimlidir”.”

Ənəs ibn Malik
HəsənMüsəlmanın qalası, 80 (Kitab 29, 1)

Qeyd

Əbu Davud, 3667, 3669. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 2916.

الْحَمْدُ لِلَّهِ وَحْدَهُ وَالصَّلاَةُ وَالسَّلاَمُ عَلَى مَنْ لاَ نَبِيَّ بَعْدَهُ

“Əlhəmdulillə:hi vahdəhu vas-salə:tu vas-sələ:mu alə: mən lə: nəbiyyə bə'dəhu! Bir olan Allaha həmd olsun! Özündən sonra Peyğəmbər olmayan kimsəyə (yəni Muhəmmədə) salavat və salam olsun!”

Müsəlmanın qalası, 81 (Kitab 29, 2)

عَنْ مُحَمَّدِ بن أُبَيِّ بن كَعْبٍ ، عَنْ أَبِيهِ ، أَنَّهُ كَانَ لَهُ جُرْنٌ مِنْ تَمْرٍ ، فَكَانَ يَنْقُصُ ، فَحَرَسَهُ ذَاتَ لَيْلَةٍ ، فَإِذَا هُوَ بِدَابَّةٍ شِبْهِ الْغُلامِ الْمُحْتَلِمِ ، فَسَلَّمَ عَلَيْهِ ، فَرَدَّ عَلَيْهِ السَّلامَ ، فَقَالَ : مَا أَنْتَ ، جِنِّيٌّ أَمْ إِنْسِيٌّ ؟ ، قَالَ : لا بَلْ جِنِّيٌّ ، قَالَ : فَنَاوِلْنِي يَدَكَ ، فَنَاوَلَهُ يَدَهُ ، فَإِذَا يَدُهُ يَدُ كَلْبٍ ، وَشَعْرُهُ شَعْرُ كَلْبٍ ، قَالَ : هَكَذَا خَلْقُ الْجِنِّ ، قَالَ : قَدْ عَلِمَتِ الْجِنُّ أَنَّ مَا فِيهِمْ رَجُلٌ أَشَدُّ مِنِّي ، قَالَ : فَمَا جَاءَ بِكَ ؟ قَالَ : بَلَغَنَا أَنَّكَ تُحِبُّ الصَّدَقَةَ ، فَجِئْنَا نُصِيبُ مِنْ طَعَامِكَ ، قَالَ : فَمَا يُنْجِينَا مِنْكُمْ ؟ قَالَ : هَذِهِ الآيَةُ الَّتِي فِي سُورَةِ الْبَقَرَةِ : {اللَّهُ لا إِلَهَ إِلا هُوَ الْحَيُّ الْقَيُّومُ} مَنْ قَالَهَا حِينَ يُمْسِي أُجِيرَ مِنَّا حَتَّى يُصْبِحَ ، وَمَنْ قَالَهَا حِينَ يُصْبِحُ أُجِيرَ مِنَّا حَتَّى يُمْسِيَ ، فَلَمَّا أَصْبَحَ أَتَى رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَ ذَلِكَ لَهُ ، فَقَالَ : صَدَقَ الْخَبِيثُ.

““Ayətul-Kursi”ni (əl-Bəqərə, 255) bir dəfə oxumaq. Muhəmməd ibn Ubey ibn Kəb atasından ﵁ rəvayət edir ki, onun xurma anbarı var idi. Bu anbardan xurma azalırdı. Bir gecə o, anbarın keşiyində durarkən yetkinlik yaşına çatmış oğlana bənzər bir heyvan gördü. Ubey ibn Kəb salam verdi, o da salamı aldı. Ubey ibn Kəb soruşdu: “Sən cinsən, yoxsa insan?” O dedi: “Mən cinəm”. Ubey ibn Kəb dedi: “Əlini mənə uzat!” O, əlini uzatdıqda əlinin it əli, tükünün də it tükü olduğunu gördü. Cin dedi: “Bu, cinlərin xilqətidir. Cinlər aralarında məndən daha qüvvətli kişi olmadığını bilirlər”. Ubey ibn Kəb dedi: “Səni bura gətirən nədir?” Cin dedi: “Bizə xəbər çatıb ki, sən sədəqə verməyi xoşlayırsan, biz də azuqənə zərər vermək üçün gəldik”. Ubey ibn Kəb dedi: “Bizi sizdən nə qoruyar?” Cin dedi: “əl-Bəqərə” surəsində olan bu ayə - “Allah, Ondan başqa ibadətə layiq məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur” (əl-Bəqərə, 255). Kim onu axşam oxuyarsa, səhər açılanadək bizdən qorunar. Kim də onu səhər oxuyarsa, axşamadək bizdən qorunar”. Səhər açıldıqda o, Allah Elçisinin ﷺ yanına gəlib olanları ona danışdıqda, Allah Elçisi ﷺ buyurdu: “Xəbis doğru söylədi”.”

Muhəmməd ibn Ubey ibn Kəb atasından
SəhihMüsəlmanın qalası, 82 (Kitab 29, 3)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 542. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 662.

عَنْ مُعَاذِ بْنِ عَبْدِ اللَّهِ بْنِ خُبَيْبٍ عَنْ أَبِيهِ قَالَ خَرَجْنَا فِى لَيْلَةٍ مَطِيرَةٍ وَظُلْمَةٍ شَدِيدَةٍ نَطْلُبُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى لَنَا - قَالَ - فَأَدْرَكْتُهُ فَقَالَ «قُلْ». فَلَمْ أَقُلْ شَيْئًا ثُمَّ قَالَ «قُلْ». فَلَمْ أَقُلْ شَيْئًا. قَالَ «قُلْ». قُلْتُ مَا أَقُولُ قَالَ «قُلْ }هُوَ اللَّهُ أَحَدٌ{ وَالْمُعَوِّذَتَيْنِ حِينَ تُمْسِى وَتُصْبِحُ ثَلاَثَ مَرَّاتٍ تَكْفِيكَ مِنْ كُلِّ شَىْءٍ».

“əl-İxlas, əl-Fələq və ən-Nas surələrini üç dəfə oxumaq. Muaz ibn Abdullah ibn Xubeyb atasından ﵁ rəvayət edərək belə demişdir: “Qaranlıq və yağışlı bir gecədə Allah Elçisini ﷺ bizə namaz qıldırmaq üçün axtarmağa çıxmışdıq. Mən ona gəlib çatdıqda, o buyurdu: “De!” Mən heç nə demədim. O yenə buyurdu: “De!” Mən yenə heç nə demədim. O yenə: “De!”- buyurduqda, mən soruşdum: “Nə deyim?” O buyurdu: “Səhər və axşam üç dəfə: “O Allah Təkdir” (əl-İxlas surəsini) və Muavvizəteyni (əl-Fələq və ən-Nas surələrini) de! Bunlar sənə hər şeydən (qorunmaq üçün) kifayət edər”.”

Muaz ibn Abdullah ibn Xubeyb atasından
HəsənMüsəlmanın qalası, 83 (Kitab 29, 4)

Qeyd

ət-Tirmizi, 3575, 3924; Əbu Davud, 5084. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 4406.

أَمْسَيْنَا وَأَمْسَى الْمُلْكُ لِلَّهِ وَالْحَمْدُ لِلَّهِ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، رَبِّ أَسْأَلُكَ خَيْرَ مَا فِى هَذِهِ اللَّيْلَةِ وَخَيْرَ مَا بَعْدَهَا وَأَعُوذُ بِكَ مِنْ شَرِّ مَا فِى هَذِهِ اللَّيْلَةِ وَشَرِّ مَا بَعْدَهَا رَبِّ أَعُوذُ بِكَ مِنَ الْكَسَلِ وَسُوءِ الْكِبَرِ رَبِّ أَعُوذُ بِكَ مِنْ عَذَابٍ فِى النَّارِ وَعَذَابٍ فِى الْقَبْرِ عَنْ عَبْدِ اللَّهِ قَالَ كَانَ نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَمْسَى قَالَ « أَمْسَيْنَا وَأَمْسَى الْمُلْكُ لِلَّهِ وَالْحَمْدُ لِلَّهِ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ». قَالَ أُرَاهُ قَالَ فِيهِنَّ « لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَىْءٍ قَدِيرٌ رَبِّ أَسْأَلُكَ خَيْرَ مَا فِى هَذِهِ اللَّيْلَةِ وَخَيْرَ مَا بَعْدَهَا وَأَعُوذُ بِكَ مِنْ شَرِّ مَا فِى هَذِهِ اللَّيْلَةِ وَشَرِّ مَا بَعْدَهَا رَبِّ أَعُوذُ بِكَ مِنَ الْكَسَلِ وَسُوءِ الْكِبَرِ رَبِّ أَعُوذُ بِكَ مِنْ عَذَابٍ فِى النَّارِ وَعَذَابٍ فِى الْقَبْرِ ». وَإِذَا أَصْبَحَ قَالَ ذَلِكَ أَيْضًا « أَصْبَحْنَا وَأَصْبَحَ الْمُلْكُ لِلَّهِ ».

“Əmseynə: va əmsəl-mulku lillə:hi valhəmdulillə:hi lə: ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r! Rabbi əs əlukə xayra mə: fi: hə:zihil-leyləti va xayra mə: bə'dəhə: va əu:zu bikə min şərri mə: fi: hə:zihil-leyləti va şərri mə: bə'dəhə:, Rabbi əu:zu bikə minəl-kəsəli va su:il-kibəri! Rabbi əu:zu bikə min azə:bin fin-nə:ri va azə:bin fil-qabr! Axşama çıxdıq, hökm də Allahın olaraq axşama çıxdı. Allaha həmd olsun! Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! O, hər şeyə Qadirdir! Ey Rəbbim! Səndən bu gecənin xeyrini və bundan sonrakı xeyri diləyirəm! Bu gecənin şərindən və bundan sonrakı şərdən Sənə sığınıram! Ey Rəbbim, tənbəllikdən və pis qocalıqdan Sənə sığınıram! Ey Rəbbim, Cəhənnəmdəki əzabdan və qəbirdəki əzabdan Sənə sığınıram! Səhər isə: (Əmseynə: va əmsəl-mulku lillə:hi) əvəzinə (Əsbəhnə: və əsbəhəl-mulku lilləh), (Rabbi əs əlukə xayra mə: fi: hə:zihil-leyləti va xayra mə: bə'dəhə:, va əu:zu bikə min şərri mə: fi: hə:zihil-leyləti va şərri mə: bə'dəhə:) əvəzinə isə (Rabbi əs əlukə xayra mə: fi: hə:zəl-yəumi va xayra mə: bə'dəhu, va əu:zu bikə min şərri mə: fi: hə:zəl-yəumi va şərri mə: bə'dəhu) - deyilir. Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allahın Peyğəmbəri ﷺ axşama çıxdıqda deyərdi: “Axşama çıxdıq, hökm də Allahın olaraq axşama çıxdı. Allaha həmd olsun! Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! O, hər şeyə Qadirdir! Ey Rəbbim, Səndən bu gecənin xeyrini və bundan sonrakı xeyri diləyirəm! Bu gecənin şərindən və bundan sonrakı şərdən Sənə sığınıram! Ey Rəbbim, tənbəllikdən və pis qocalıqdan Sənə sığınıram! Ey Rəbbim, Cəhənnəmdəki əzabdan və qəbirdəki əzabdan Sənə sığınıram!” Səhərə çıxdıqda isə deyərdi: “Səhərə çıxdıq, hökm də Allahın olaraq səhərə çıxdı...”.”

Abdullah
SəhihMüsəlmanın qalası, 84 (Kitab 29, 5)

Qeyd

Muslim, 7083, 4901.

اللَّهُمَّ بِكَ أَصْبَحْنَا وَبِكَ أَمْسَيْنَا وَبِكَ نَحْيَا وَبِكَ نَمُوتُ وَإِلَيْكَ الْمَصِيرُ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُعَلِّمُ أَصْحَابَهُ يَقُولُ «إِذَا أَصْبَحَ أَحَدُكُمْ فَلْيَقُلِ اللَّهُمَّ بِكَ أَصْبَحْنَا وَبِكَ أَمْسَيْنَا وَبِكَ نَحْيَا وَبِكَ نَمُوتُ وَإِلَيْكَ الْمَصِيرُ. وَإِذَا أَمْسَى فَلْيَقُلِ اللَّهُمَّ بِكَ أَمْسَيْنَا وَبِكَ أَصْبَحْنَا وَبِكَ نَحْيَا وَبِكَ نَمُوتُ وَإِلَيْكَ النُّشُورُ».

“Səhər belə deyilməlidir: Alla:hummə, bikə əsbəhnə:, va bikə əmseynə:, va bikə nəhyə:, va bikə nəmu:tu, va ileykəl-məsi:r! Axşam belə deyilməlidir: Alla:hummə, bikə əmseynə:, va bikə əsbəhnə:, va bikə nəhyə:, va bikə nəmu:tu, va ileykən-nuşu:r! Səhər belə deyilməlidir: Allahım! Sənin sayəndə səhərə çıxdıq, Sənin sayəndə axşama çıxdıq, Sənin sayəndə yaşayırıq, Sənin sayəndə ölürük! Dönüş Sənədir! Axşam belə deyilməlidir: Allahım! Sənin sayəndə axşama çıxdıq, Sənin sayəndə səhərə çıxdıq, Sənin sayəndə yaşayırıq, Sənin sayəndə ölürük! Qayıdış Sənədir! Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ səhabələrini öyrədərək belə deyərdi: “Sizdən biriniz səhərə çıxdıqda belə desin: “Allahım! Sənin sayəndə səhərə çıxdıq, Sənin sayəndə axşama çıxdıq, Sənin sayəndə yaşayırıq, Sənin sayəndə ölürük! Dönüş Sənədir! – (Alla:hummə, bikə əsbəhnə:, va bikə əmseynə:, va bikə nəhyə:, va bikə nəmu:tu, va ileykəl-məsi:r!)”. Axşama çıxdıqda isə belə desin: “Allahım! Sənin sayəndə axşama çıxdıq, Sənin sayəndə səhərə çıxdıq, Sənin sayəndə yaşayırıq, Sənin sayəndə ölürük! Qayıdış Sənədir! – (Alla:hummə, bikə əmseynə:, va bikə əsbəhnə:, va bikə nəhyə:, və bikə nəmu:tu, və ileykən-nuşu:r!)”.”

Əbu Hureyra
HəsənMüsəlmanın qalası, 85 (Kitab 29, 6)

Qeyd

ət-Tirmizi, 3391, 3719. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 353.

Dua

اللَّهُمَّ أَنْتَ رَبِّي لاَ إِلَهَ إِلاَّ أَنْتَ خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ، وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ، أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ، أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ، وَأَبُوءُ بِذَنْبِي، فَاغْفِرْ لِي فَإِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ

Alla:hummə, əntə Rabbi: lə: ilə:hə illə: ənt, xaləqtəni: va ənə: abdukə, va ənə: alə: ahdikə va va'dikə məstəta'tu, əu:zu bikə min şərri mə: sanə'tu. Əbu:u ləkə bini'mətikə aleyyə, va əbu:u bizənbi:, fəğfirli: fəinnəhu lə: yəğfiruz-zunu:bə illə: ənt!

Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa ibadətə layiq məbud yoxdur! Məni Sən yaratdın və mən Sənin qulunam. Gücüm çatan qədər Sənə verdiyim əhdə və vədə sadiqəm. Etdiklərimin şərindən Sənə sığınıram! Mənə verdiyin neməti etiraf edirəm və günahımı boynuma alıram. Məni bağışla! Şübhəsiz ki, günahları yalnız Sən bağışlayırsan!

Hədis

حَدَّثَنِى شَدَّادُ بْنُ أَوْسٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « سَيِّدُ الاِسْتِغْفَارِ أَنْ تَقُولَ اللَّهُمَّ أَنْتَ رَبِّى ، لاَ إِلَهَ إِلاَّ أَنْتَ ، خَلَقْتَنِى وَأَنَا عَبْدُكَ ، وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ ، أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ ، أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَىَّ وَأَبُوءُ بِذَنْبِى ، اغْفِرْ لِى ، فَإِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ » . قَالَ « وَمَنْ قَالَهَا مِنَ النَّهَارِ مُوقِنًا بِهَا ، فَمَاتَ مِنْ يَوْمِهِ قَبْلَ أَنْ يُمْسِىَ ، فَهُوَ مِنْ أَهْلِ الْجَنَّةِ ، وَمَنْ قَالَهَا مِنَ اللَّيْلِ وَهْوَ مُوقِنٌ بِهَا ، فَمَاتَ قَبْلَ أَنْ يُصْبِحَ ، فَهْوَ مِنْ أَهْلِ الْجَنَّةِ »

“Şəddad ibn Əus ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Ən üstün istiğfar sənin belə deməyindir: “Allahım, Sən mənim Rəbbimsən, Səndən başqa ibadətə layiq məbud yoxdur! Məni Sən yaratdın və mən Sənin qulunam. Bacardığım qədər Sənə verdiyim əhdə və vədə sadiq qalacağam. Etdiklərimin şərindən Sənə sığınıram! Mənə verdiyin neməti etiraf edirəm və günahımı boynuma alıram. Məni bağışla! Şübhəsiz ki, günahları yalnız Sən bağışlayırsan!” Sonra Peyğəmbər ﷺ buyurdu: “Kim gündüz vaxtı bu duanı yəqinliklə deyər və həmin gün axşam düşməzdən əvvəl ölərsə, Cənnət əhlindən olar. Habelə kim axşam ikən bunu yəqinliklə deyər və səhər açılmazdan əvvəl ölərsə, Cənnət əhlindən olar”.”

Şəddad ibn Əus
SəhihMüsəlmanın qalası, 86 (Kitab 29, 7)

Qeyd

əl-Buxari, 5831, 6306.

Dua

اللَّهُمَّ عَافِنِي فِي بَدَنِي، اللَّهُمَّ عَافِنِي فِي سَمْعِي، اللَّهُمَّ عَافِنِي فِي بَصَرِي، لاَ إِلَهَ إِلاَّ أَنْتَ. اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْكُفْرِ، وَالْفَقْرِ، وَأَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ، لاَ إِلَهَ إِلاَّ أَنْتَ

Alla:hummə, a:fini: fi: bədəni:, Alla:hummə, a:fini: fi: səm'i:, Alla:hummə, a:fini: fi: bəsari:, lə: ilə:hə illə: ənt! Alla:hummə, inni: əu:zu bikə minəl-kufri val-fəqri, va əu:zu bikə min azə:bil-qabri, lə: ilə:hə illə: ənt! (üç dəfə).

Allahım, bədənimi salamat et! Allahım, qulağımı salamat et! Allahım, gözümü salamat et! Səndən başqa ibadətə layiq məbud yoxdur. Allahım, küfrdən və yoxsulluqdan Sənə sığınıram! Qəbir əzabından Sənə sığınıram! Səndən başqa ibadətə layiq məbud yoxdur!

Hədis

حَدَّثَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ أَبِي بَكْرَةَ، أَنَّهُ قَالَ لِأَبِيهِ: يَا أَبَتِ، إِنِّي أَسْمَعُكَ تَدْعُو كُلَّ غَدَاةٍ: اللَّهُمَّ عَافِنِي فِي بَدَنِي، اللَّهُمَّ عَافِنِي فِي سَمْعِي، اللَّهُمَّ عَافِنِي فِي بَصَرِي، لاَ إِلَهَ إِلاَّ أَنْتَ، تُعِيدُهَا ثَلاَثًا حِينَ تُمْسِي، وَحِينَ تُصْبِحُ ثَلاَثًا، وَتَقُولُ: اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْكُفْرِ وَالْفَقْرِ، اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ، لاَ إِلَهَ إِلاَّ أَنْتَ، تُعِيدُهَا ثَلاَثًا حِينَ تُمْسِي، وَحِينَ تُصْبِحُ ثَلاَثًا، فَقَالَ: نَعَمْ، يَا بُنَيَّ، سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ بِهِنَّ، وَأَنَا أُحِبُّ أَنْ أَسْتَنَّ بِسُنَّتِهِ. قَالَ: وَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: دَعَوَاتُ الْمَكْرُوبِ: اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، وَلاَ تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ، وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لا إِلَهَ أَلا أَنْتَ.

“Rəvayət edilir ki, bir dəfə Abdur-Rahmən ibn Əbu Bəkrə ﵀ öz atasına dedi: “Atacan, mən hər səhər və hər axşam sənin üç dəfə belə dua etdiyini eşidirəm: “Allahım, bədənimi salamat et! Allahım, qulağımı salamat et! Allahım, gözümü salamat et! Səndən başqa ibadətə layiq məbud yoxdur! Allahım, küfrdən və yoxsulluqdan Sənə sığınıram! Allahım, qəbir əzabından Sənə sığınıram! Səndən başqa ibadətə layiq məbud yoxdur!” O, dedi: “Elədir ki, var! Oğlum, mən Peyğəmbərin ﷺ belə dua etdiyini eşitdim və istəyirəm ki, onun tutduğu yolla gedim. Peyğəmbər ﷺ demişdir: “Bəlaya düşmüş kimsənin duası belədir: “Allahım, Sənin mərhəmətini diləyirəm. Məni bir göz qırpımı belə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur! – (Alla:hummə, rahmətəkə ərcu: va lə: təkilni: ilə: nəfsi: tarfətə aynin, va əslih li: şə'ni: kulləhu, lə: ilə:hə illə: ənt!)”.”

Abdur-Rahmən ibn Əbu Bəkrə
HəsənMüsəlmanın qalası, 87 (Kitab 29, 8)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 701. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1823.

Dua

اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ الْعَافِيَةَ فِى الدُّنْيَا وَالآخِرَةِ اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ فِى دِينِى وَدُنْيَاىَ وَأَهْلِى وَمَالِى اللَّهُمَّ اسْتُرْ عَوْرَتِى وَآمِنْ رَوْعَاتِى اللَّهُمَّ احْفَظْنِى مِنْ بَيْنِ يَدَىَّ وَمِنْ خَلْفِى وَعَنْ يَمِينِى وَعَنْ شِمَالِى وَمِنْ فَوْقِى وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ مِنْ تَحْتِى

Alla:hummə, inni: əs əlukəl-a:fiyətə fid-dunyə: vəl-ə:xira! Alla:hummə, inni: əs əlukəl-afvə val-a:fiyətə fi: di:ni va dunyə:yə: va əhli: va mə:li:, Alla:humməstur aura:ti: va ə:min raua:ti:, Alla:humməh-fəzni: min beyni yədeyyə va min xalfi: va an yəmi:ni: va an şimə:li: va min fəuqi: va əu:zu biazamətikə ən uğtə:lə min təhti:!

Allahım, dünyada və axirətdə Səndən salamatlıq diləyirəm! Allahım, dinim, dünyam, ailəm və malım üçün Səndən bağışlanma və salamatlıq diləyirəm! Allahım, qüsurlarımı gizlət! Allahım, məni qorxduğum şeydən qoru! Allahım, məni öndən, arxadan, sağdan, soldan və üstdən qoru! Ayağımın altından həlak olmaqdan Sənin əzəmətinə sığınıram!

Hədis

عَبْدَ اللهِ بْنَ عُمَرَ يَقُولُ : لَمْ يَكُنْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَعُ هَؤُلاَءِ الدَّعَوَاتِ حِينَ يُصْبِحُ وَحِينَ يُمْسِي: «اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ فِي الدُّنْيَا وَالآخِرَةِ ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ فِي دِينِي وَدُنْيَايَ وَأَهْلِي وَمَالِي ، اللَّهُمَّ اسْتُرْ عَوْرَاتِي ، وَآمِنْ رَوْعَاتِي ، اللَّهُمَّ احْفَظْنِي مِنْ بَيْنِ يَدَيَّ ، وَمِنْ خَلْفِي ، وَعَنْ يَمِينِي ، وَعَنْ شِمَالِي ، وَمِنْ فَوْقِي ، وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ مِنْ تَحْتِي». قَالَ : يَعْنِي الْخَسْفَ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ səhər-axşam bu duaları tərk etməzdi: “Allahım, dünyada və axirətdə Səndən salamatlıq diləyirəm! Allahım, dinim, dünyam, ailəm və malım üçün Səndən bağışlanma və salamatlıq diləyirəm! Allahım, qüsurlarımı gizlət! Allahım, məni qorxduğum şeydən qoru! Allahım, məni öndən, arxadan, sağdan, soldan və üstdən qoru! Ayağımın altından həlak olmaqdan Sənin əzəmətinə sığınıram!” Rəvayətçi dedi: “Altından həlak olmaqdan”, yəni “yerə batmaqdan”.”

İbn Ömər
SəhihMüsəlmanın qalası, 88 (Kitab 29, 9)

Qeyd

Əhməd, 4785; Əbu Davud, 5076. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 2397.

Dua

اللَّهُمَّ فَاطِرَ السَّمَوَاتِ وَالأَرْضِ عَالِمَ الغَيْبِ وَالشَّهَادَةِ لاَ إِلَهَ إِلاَّ أَنْتَ رَبَّ كُلِّ شَيْءٍ وَمَلِيكَهُ ، أَعُوذُ بِكَ مِنْ شَرِّ نَفْسِي ، وَمِنْ شَرِّ الشَّيْطَانِ وَشِرْكِهِ ، وَأَنْ أَقْتَرِفَ عَلَى نَفْسِي سُوءًا أَوْ أَجُرَّهُ إِلَى مُسْلِمٍ

Alla:hummə, fə:tiras-səmə:və:ti val-ərdi a:liməl-ğaybi vaş-şəhə:dəti, lə: ilə:hə illə: ənt! Rabbə kulli şey in va məli:kəhu! Əu:zu bikə min şərri nəfsi: va min şərriş-şeyta:ni va şirkihi, va ən əqtərifə alə: nəfsi: su:ən əu əcurrahu ilə: muslimi:n!

Göyləri və yeri yaradan, qeybdə və aşkarda olanı Bilən Allahım! Səndən başqa ibadətə layiq məbud yoxdur! Hər şeyin Rəbbi və Hökmdarı! Nəfsimin şərindən, şeytanın şərindən və şirkindən, özümə pislik etməkdən yaxud onu bir müsəlmana yetirməkdən Sənə sığınıram!

Hədis

عَنْ أَبِي رَاشِدٍ الحُبْرَانِيِّ ، قَالَ : أَتَيْتُ عَبْدَ اللهِ بْنَ عَمْرِو بْنِ العَاصِ ، فَقُلْتُ لَهُ : حَدِّثْنَا مِمَّا سَمِعْتَ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَلْقَى إِلَيَّ صَحِيفَةً ، فَقَالَ : هَذَا مَا كَتَبَ لِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : فَنَظَرْتُ فِيهَا فَإِذَا فِيهَا : إِنَّ أَبَا بَكْرٍ الصِّدِّيقَ قَالَ : يَا رَسُولَ اللهِ عَلِّمْنِي مَا أَقُولُ إِذَا أَصْبَحْتُ وَإِذَا أَمْسَيْتُ ، فَقَالَ : يَا أَبَا بَكْرٍ قُلْ : اللَّهُمَّ فَاطِرَ السَّمَوَاتِ وَالأَرْضِ عَالِمَ الغَيْبِ وَالشَّهَادَةِ لاَ إِلَهَ إِلاَّ أَنْتَ رَبَّ كُلِّ شَيْءٍ وَمَلِيكَهُ ، أَعُوذُ بِكَ مِنْ شَرِّ نَفْسِي ، وَمِنْ شَرِّ الشَّيْطَانِ وَشِرْكِهِ ، وَأَنْ أَقْتَرِفَ عَلَى نَفْسِي سُوءًا أَوْ أَجُرَّهُ إِلَى مُسْلِمٍ.

“Rəvayət edilir ki, Əbu Rəşid əl-Hubrani ﵀ demişdir: “Mən Abdullah ibn Amr ibn əl-Asın yanına gəlib ona dedim: “Mənə Allah Elçisindən ﷺ eşitdiyin bir şey danışa bilərsənmi?” O, bir yazı çıxardı və dedi: “Bu, Allah Elçisinin ﷺ mənim üçün yazdırdığı bir şeydir”. Yazılana baxdım, orada bunlar yazılmışdı: “Əbu Bəkr əs-Siddiq dedi: “Ey Allahın Elçisi, səhər və axşam demək üçün mənə bir şey öyrət”. O dedi: “Ey Əbu Bəkr, belə de: “Qeybdə və aşkarda olanı, göyləri və yeri yaradan, Bilən Allahım! Səndən başqa ibadətə layiq məbud yoxdur! Hər şeyin Rəbbi və Hökmdarı! Nəfsimin şərindən, şeytanın şərindən və şirkindən, özümə pislik etməkdən, yaxud onu bir müsəlmana yetirməkdən Sənə sığınıram!””

Əbu Rəşid əl-Hubrani
SəhihMüsəlmanın qalası, 89 (Kitab 29, 10)

Qeyd

ət-Tirmizi, 3529, 3873. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 7813.

Dua

بِسْمِ اللهِ الَّذِي لاَ يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ فِي اْلأَرْضِ وَلاَ فِي السَّمَاءِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ

Bismillə:hilləzi: lə: yədurru məa ismihi şey un fil-ərdi va lə: fis-səmə:i va huvəs-səmi:ul-ali:m!

Adı dilə gətirilərkən yerdə və səmalarda heç bir şeyin zərər verə bilməyəcəyi Allahın adı ilə! O, Eşidən və Biləndir! (üç dəfə).

Hədis

أَبَانَ بْنَ عُثْمَانَ ، يَقُولُ : سَمِعْتُ عُثْمَانَ يَعْنِي ابْنَ عَفَّانَ ، يَقُولُ سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ قَالَ بِسْمِ اللهِ الَّذِي لاَ يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ ، فِي الأَرْضِ ، وَلاَ فِي السَّمَاءِ ، وَهُوَ السَّمِيعُ الْعَلِيمُ ، ثَلاَثَ مَرَّاتٍ ، لَمْ تُصِبْهُ فَجْأَةُ بَلاَءٍ ، حَتَّى يُصْبِحَ ، وَمَنْ قَالَهَا حِينَ يُصْبِحُ ثَلاَثُ مَرَّاتٍ ، لَمْ تُصِبْهُ فَجْأَةُ بَلاَءٍ حَتَّى يُمْسِيَ ، وَقَالَ : فَأَصَابَ أَبَانَ بْنَ عُثْمَانَ ، الْفَالِجُ ، فَجَعَلَ الرَّجُلُ الَّذِي سَمِعَ مِنْهُ الْحَدِيثَ يَنْظُرُ إِلَيْهِ ، فَقَالَ لَهُ : مَا لَكَ تَنْظُرُ إِلَيَّ ؟ فَوَاللَّهِ مَا كَذَبْتُ عَلَى عُثْمَانَ وَلاَ كَذَبَ عُثْمَانُ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَلَكِنَّ الْيَوْمَ الَّذِي أَصَابَنِي فِيهِ مَا أَصَابَنِي غَضِبْتُ فَنَسِيتُ أَنْ أَقُولَهَا

“Rəvayət edilir ki, Əbən ibn Osman ﵀ demişdir: “Eşitdim ki, Osman ibn Affan Peyğəmbərin ﷺ belə dediyini eşitmişdir: “Kim bunu (axşam) üç dəfə “Adı dilə gətirilərkən yerdə və səmalarda heç bir şeyin zərər verə bilməyəcəyi Allahın adı ilə! O, Eşidən və Biləndir!”- desə, səhərə kimi ona qəflətən bir müsibət gəlməz və kim də səhərə çıxdıqda, bunu üç dəfə desə, axşama kimi ona qəflətən bir müsibət gəlməz”. Bir gün Əbən ibn Osman iflic oldu. Bu zaman hədisi dinləyən adam ona baxmağa başladı. Bunu görən Əbən dedi: “Nə üçün mənə belə baxırsan? Allaha and olsun ki, mən Osmanın adından yalan danışmamışam. Osman da Peyğəmbərin ﷺ adından yalan danışmayıb, lakin bu gün mənim başıma gələnlər gəldi. (İflic olduğum gün) mən hirslənmişdim və bu duanı oxumağı unutdum”.”

Əbən ibn Osman
SəhihMüsəlmanın qalası, 90 (Kitab 29, 11)

Qeyd

Əbu Davud, 5088, 5090. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6426.

Dua

رَضِيتُ بِاللهِ رَبًّا، وَبِاْلإِسْلاَمِ دِينًا، وَبِمُحَمَّدٍ (صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ) نَبِيًّا

Radi:tu billə:hi Rabbən, va bil-islə:mi di:nən, va bi Muhəmmədin (sallalla:hu aleyhi və səlləm) nəbiyyən!

Allahın Rəbb, İslamın din və Muhəmmədin ﷺ peyğəmbər olduğundan razıyam!

Hədis

عَنِ الْمُنَيْذِرِ، صَاحِبِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَكَانَ يَكُونُ بِإِفْرِيقِيَّةَ، قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:مَنْ قَالَ إِذَا أَصْبَحَ: رَضِيتُ بِاللَّهِ رَبًّا، وَبِالإِسْلامِ دِينًا، وَبِمُحَمَّدٍ نَبِيًّا، فَأَنَا الزَّعِيمُ لآخُذَ بِيَدِهِ حَتَّى أُدْخِلَهُ الْجَنَّةَ.

“Allah Elçisinin ﷺ səhabəsi əl-Munzir Afrikada olanda belə demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim səhər: “Allahın Rəbb, İslamın din və Muhəmmədin peyğəmbər olduğundan razıyam!”- deyərsə, əlindən tutaraq onu Cənnətə daxil etməyimə zamin dururam”.”

əl-Muneyzir
HəsənMüsəlmanın qalası, 91 (Kitab 29, 12)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 17225. Hədis həsən li-ğeyrihidir. Bax: Silsilə əs-Səhihə, 2686; Səhih ət-Tərğib vat-Tərhib, 657.

Dua

يَا حَيُّ يَا قَيُّومُ بِرَحْمَتِكَ أَسْتَغِيثُ أَصْلِحْ لِي شَأْنِي كُلَّهُ وَلاَ تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ

Yə: Həyyu, yə: Qayyu:m! Birahmətikə əstəği:su, əslih li: şə'ni: kulləhu va lə: təkilni: ilə: nəfsi: tarfətə aynin!

Ey əbədi Yaşayan, ey Qəyyum (kainatı yaradan və onu idarə edən, bəndələrinin işlərini yoluna qoyan və onları qoruyan) mərhəmətinlə kömək diləyirəm! Mənim bütün işlərimi yoluna qoy! Məni bir göz qırpımı belə başlı-başına buraxma!

Hədis

أَنَسَ بْنَ مَالِكٍ ، يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِفَاطِمَةَ : مَا يَمْنَعُكِ أَنْ تَسْمَعِي مَا أُوصِيكِ بِهِ أَنْ تَقُولِي إِذَا أَصْبَحْتِ ، وَإِذَا أَمْسَيْتِ : يَا حَيُّ يَا قَيُّومُ بِرَحْمَتِكَ أَسْتَغِيثُ ، أَصْلِحْ لِي شَأْنِي كُلَّهُ ، وَلاَ تَكِلْنِي إِلَى نَفْسِي طَرَفَةَ عَيْنٍ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ Fatiməyə belə dedi: “Mənim sənə vəsiyyət etdiyimi dinləyərək səhər və axşam belə deməyinə nə mane olur? “Ey (əbədi) Yaşayan, ey Qəyyum (kainatı yaradan və onu idarə edən, bəndələrinin işlərini yoluna qoyan və onları qoruyan) mərhəmətinlə kömək diləyirəm! Mənim bütün işlərimi yoluna qoy! Məni bir göz qırpımı belə başlı-başına buraxma!””

Ənəs ibn Malik
HəsənMüsəlmanın qalası, 92 (Kitab 29, 13)

Qeyd

əl-Hakim, 2000. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 661.

Dua

أَصْبَحْنَا عَلَى فِطْرَةِ اْلإِسْلاَمِ، وَعَلَى كَلِمَةِ اْلإِخْلاَصِ، وَعَلَى دِينِ نَبِيِّنَا مُحَمَّدٍ (صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ)، وَعَلَى مِلَّةِ أَبِينَا إِبْرَاهِيمَ، حَنِيفاً مُسْلِماً وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ

Əsbəhnə: alə: fitratil-islə:m, va alə: kəlimətil-ixlə:s, va alə: di:ni nəbiyyinə: Muhəmmədin (sallalla:hu aleyhi va səlləm) va alə: milləti əbi:nə: İbra:hi:m, həni:fən muslimən va mə: kə:nə minəl-muşriki:n!

İslam fitrətində, ixlas kəlməsində, Peyğəmbərimiz Muhəmmədin ﷺ dinində, hənif (tək Allaha ibadət edən), müsəlman olan və müşriklərdən olmayan atamız İbrahimin millətində olaraq səhərə çıxdıq!

Hədis

عَنْ عَبْدِ اللهِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى ، عَنْ أَبِيهِ : أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ إِذَا أَصْبَحَ ، وَإِذَا أَمْسَى : أَصْبَحْنَا عَلَى فِطْرَةِ الإِِسْلاَمِ ، وَعَلَى كَلِمَةِ الإِِخْلاَصِ ، وَعَلَى دِينِ نَبِيِّنَا مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَعَلَى مِلَّةِ أَبِينَا إِبْرَاهِيمَ حَنِيفًا مُسْلِمًا ، وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ.

“Abdur-Rahmən ibn Əbzə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ sabahladıqda və axşamladıqda belə deyərdi: “İslam fitrətində, ixlas kəlməsində, Peyğəmbərimiz Muhəmmədin ﷺ dinində, hənif (ixlasla Allaha ibadət edən), müsəlman olan və müşriklərdən olmayan atamız İbrahimin millətində olaraq səhərə çıxdıq!””

Abdullah ibn Abdur-Rahmən ibn Əbzə atasından
SəhihMüsəlmanın qalası, 93 (Kitab 29, 14)

Qeyd

Axşam isə: (Əsbəhnə: alə: fitratil-islə:m) əvəzinə (Əmseynə: alə: fitratil-islə:m...) deyilir. Əhməd, 15363, 15400, 15437. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2989.

Dua

سُبْحَانَ اللهِ وَبِحَمْدِهِ

Subhə:n-Alla:hi va bihəmdihi!

Allah pak və müqəddəsdir, Ona həmd olsun! (yüz dəfə).

Hədis

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ قَالَ حِينَ يُصْبِحُ وَحِينَ يُمْسِى سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ مِائَةَ مَرَّةٍ. لَمْ يَأْتِ أَحَدٌ يَوْمَ الْقِيَامَةِ بِأَفْضَلَ مِمَّا جَاءَ بِهِ إِلاَّ أَحَدٌ قَالَ مِثْلَ مَا قَالَ أَوْ زَادَ عَلَيْهِ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim səhər və axşam yüz dəfə “Allah pak və müqəddəsdir, Ona həmd olsun! – (Subhə:n-Alla:hi va bihəmdihi!)”- deyərsə, Qiyamət günü heç kəs onun gətirdiyindən fəzilətli heç bir şey gətirə bilməz. Yalnız bunu onun kimi və ya ondan çox deyən istisnadır”.”

Əbu Hureyra
SəhihMüsəlmanın qalası, 94 (Kitab 29, 15)

Qeyd

Muslim, 4858, 7019.

Dua

لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

Lə: ilə:hə illəlla:h vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r!

Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! O, hər şeyə Qadirdir! (səhər bir dəfə).

Hədis

عَنْ أَبِي عَيَّاشٍ الزُّرَقيِّ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ قَالَ حِينَ يُصْبِحُ: لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيْكَ لَهُ، لَهُ الْمُلكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، كَانَ لَهُ عَدْلَ رَقَبَةٍ مِنْ وَلَدِ إِسْمَاعِيلَ، وَحُطَّ عَنْهُ عَشْرُ خَطِيئاتٍ، وَرُفِعَ لَهُ عَشْرُ دَرَجَاتٍ، وَكَانَ فَي حِرْزٍ مِنَ الشَّيطَانِ حَتَّى يُمْسِي، وَإِذَا أَمْسَى فَمِثْلُ ذَلِكَ حَتَّى يُصْبِحَ». قَالَ: فَرأَى رَجُلٌ رَسُوْلَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِيمَا يَرَى النَّائِمُ فَقَالَ: يَا رَسُوْلَ اللهِ! إِنَّ أَبَا عَيَّاشٍ يَرْوُي عَنْكَ كَذَا وَكَذَا فَقَالَ: «صَدَقَ أَبُو عَيَّاشٍ».

“Rəvayət edilir ki, Əbu Ayyəş əz-Zuraqi ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim səhər (bir dəfə): “Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! O, hər şeyə Qadirdir!”- deyərsə, bu onun üçün İsmayıl övladından bir köləni azad etməyə bərabər olar. Həmçinin, onun on günahı silinər, on dərəcə yüksələr və o gün axşama qədər şeytandan qorunmuş olar. Axşam dedikdə də səhərə qədər bunları qazanmış olar”. Sonra bir nəfər Allah Elçisini ﷺ yuxusunda görüb ondan soruşdu: “Ey Allahın Elçisi, Əbu Ayyəş səndən belə bir hədis rəvayət edir”. Allah Elçisi ﷺ: “Əbu Ayyəş doğru söylədi!”- deyə buyurdu”.”

Əbu Ayyəş əz-Zuraqi
SəhihMüsəlmanın qalası, 95 (Kitab 29, 16)

Qeyd

İbn Məcə, 3867, 4000. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 2395.

عَنْ أَبِي أَيُّوبَ قَالَ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ قَالَ إِذَا أَصْبَحَ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، عَشْرَ مَرَّاتٍ ، كُتِبَ لَهُ بِهِنَّ عَشْرُ حَسَنَاتٍ ، وَمُحِيَ بِهِنَّ عَنْهُ عَشْرُ سَيِّئَاتٍ ، وَرُفِعَ لَهُ بِهِنَّ عَشْرُ دَرَجَاتٍ ، وَكُنَّ لَهُ عَدْلَ عَتَاقَةِ أَرْبَعِ رِقَابٍ ، وَكُنَّ لَهُ حَرَسًا مِنَ الشَّيْطَانِ حَتَّى يُمْسِيَ ، وَمَنْ قَالَهُنَّ إِذَا صَلَّى الْمَغْرِبَ دُبُرَ صَلاَتِهِ فَمِثْلُ ذَلِكَ حَتَّى يُصْبِحَ.

“Sübh və Məğrib namazından sonra on dəfə: Rəvayət edilir ki, Əbu Əyyub ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim səhər on dəfə “Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! O, hər şeyə Qadirdir! – (Lə: ilə:hə illəlla:h vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r!)”- desə, ona on savab yazılar, onun on günahı silinər, on dərəcə yüksələr, bu onun üçün dörd qulu azad etməyə bərabər olar, axşamadək də şeytandan qorunmuş olar. Kim bunları Məğrib namazının ardı ilə desə, səhərədək eyni şeylər olar”.”

Əbu Əyyub
SəhihMüsəlmanın qalası, 96 (Kitab 29, 17)

Qeyd

İbn Hibban, 2023. Hədis həsən səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 474.

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ قَالَ لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ مَنْ قَالَهَا عَشْرَ مَرَّاتٍ حِينَ يُصْبِحُ كُتِبَ لَهُ بِهَا مِائَةُ حَسَنَةٍ وَمُحِيَ عَنْهُ بِهَا مِائَةُ سَيِّئَةٍ وَكَانَتْ لَهُ عَدْلَ رَقَبَةٍ وَحُفِظَ بِهَا يَوْمَئِذٍ حَتَّى يُمْسِيَ وَمَنْ قَالَ مِثْلَ ذَلِكَ حِينَ يُمْسِي كَانَ لَهُ مِثْلُ ذَلِكَ

“Səhər və axşam on dəfə: Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim səhər on dəfə: “Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! O, hər şeyə Qadirdir! – (Lə: ilə:hə illəlla:h vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r!)”- deyərsə, ona yüz savab yazılar, yüz günahı silinər, onun üçün bir kölə azad etməyə bərabər olar və o gün axşama qədər (şeytandan) qorunar. Kim bunları axşam söyləyərsə, onun üçün bunun eynisi verilər”.”

Əbu Hureyra
SəhihMüsəlmanın qalası, 97 (Kitab 29, 18)

Qeyd

Əhməd, 8704, 8719. Şueyb əl-Arnavut isnadının əl-Buxari və Muslimin şərtlərinə əsasən səhih olduğunu bildirmişdir.

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ فِي يَوْمٍ مِائَةَ مَرَّةٍ كَانَتْ لَهُ عَدْلَ عَشْرِ رِقَابٍ وَكُتِبَ لَهُ مِائَةُ حَسَنَةٍ وَمُحِيَتْ عَنْهُ مِائَةُ سَيِّئَةٍ وَكَانَتْ لَهُ حِرْزًا مِنْ الشَّيْطَانِ يَوْمَهُ ذَلِكَ حَتَّى يُمْسِيَ وَلَمْ يَأْتِ أَحَدٌ بِأَفْضَلَ مِمَّا جَاءَ إِلاَّ رَجُلٌ عَمِلَ أَكْثَرَ مِنْهُ.

“Gün ərzində yüz dəfə: Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Kim gün ərzində yüz dəfə: “Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O, hər şeyə Qadirdir! – (Lə: ilə:hə illəlla:h vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r!)”- deyərsə, on kölə azad etmiş sayılar, üstəlik ona yüz savab yazılar və onun yüz günahı silinər, (bundan başqa bu dualar) həmin gün axşama qədər onu şeytandan qoruyar və (bu duanı) ondan çox deyən kimsə istisna olmaqla heç kəs onun gətirdiyindən üstün başqa bir şey gətirə bilməz”.”

Əbu Hureyra
SəhihMüsəlmanın qalası, 98 (Kitab 29, 19)

Qeyd

əl-Buxari, 5923, 6403.

Dua

لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، يُحْيِي وَيُمِيتُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

Lə: ilə:hə illəlla:hu, vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi: va yumi:tu va huvə alə: kulli şey in qadi:r!

Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! Dirildir və öldürür! O, hər şeyə Qadirdir! (səhər və axşam on dəfə).

Hədis

عَنْ أَبِي أَيُّوبَ الأَنْصَارِيِّ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ: مَنْ قَالَ حِينَ يُصْبِحُ: لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، يُحْيِي وَيُمِيتُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، عَشْرَ مَرَّاتٍ، كَتَبَ اللَّهُ لَهُ بِكُلِّ وَاحِدَةٍ قَالَهَا عَشْرَ حَسَنَاتٍ، وَحَطَّ اللَّهُ عَنْهُ بِهَا عَشْرَ سَيِّئَاتٍ، وَرَفَعَهُ اللَّهُ بِهَا عَشْرَ دَرَجَاتٍ، وَكُنَّ لَهُ كَعَشْرِ رِقَابٍ، وَكُنَّ لَهُ مَسْلَحَةً مِنْ أَوَّلِ النَّهَارِ إِلَى آخِرِهِ، وَلَمْ يَعْمَلْ يَوْمَئِذٍ عَمَلاً يَقْهَرُهُنَّ، فَإِنْ قَالَ حِينَ يُمْسِي، فَمِثْلُ ذَلِكَ.

“Əbu Əyyub əl-Ənsari ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Kim səhər açıldıqda on dəfə: “Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! Dirildir və öldürür! O, hər şeyə Qadirdir! – (Lə: ilə:hə illəlla:hu, vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi: va yumi:tu va huvə alə: kulli şey in qadi:r!)”- deyərsə, Allah bu zikrin hər birinə görə ona on savab yazar, on günahını silər, on dərəcə yüksəldər, ona on qul azad etmək savabı verilər, bu sözlər günün əvvəlindən sonunadək onu qoruyan silahlı dəstə olar, bu əməl o gün edilən əməllərdən ən üstünü olar. Bunu axşam deyərsə, eyni savaba nail olar“.”

Əbu Əyyub əl-Ənsari
SəhihMüsəlmanın qalası, 99 (Kitab 29, 20)

Qeyd

Əhməd, 23401, 23614. Hədisin isnadı səhihdir. Bax: Silsilə əs-Səhihə, 114.

عَنْ عُمَارَةَ بْنِ شَبِيبٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ قَالَ: لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيْكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ يُحْيِي وَيُمْيتُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِير، عَشْرَ مَرَّاتٍ عَلَى إِثْرِ الْمَغْرِبِ، بَعَثَ اللهَ لَهُ مَسْلَحهً يَحْفَظُونَهُ مِنَ الشَّيْطَانِ حَتَّى يُصْبِحَ، وَكَتَبَ اللهُ لَهُ بَهَا عَشْرَ حَسَنَاتٍ مُوجِبَاتٍ وَمَحَى عَنْهُ عَشْرَ سَيِّئاتٍ مُوْبِقَاتٍ وَكَانَتْ لَهُ بِعَدْلِ عَشْرِ رِقَابٍ مُؤْمِنَاتٍ».

“Məğribdən sonra on dəfə: Rəvayət edilir ki, Uməra ibn Şəbib ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim məğribdən sonra on dəfə: “Allahdan başqa ibadətə layiq məbud yoxdur! O, təkdir! Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! Dirildir və öldürür! O, hər şeyə Qadirdir! – (Lə: ilə:hə illəlla:hu, vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi: va yumi:tu va huvə alə: kulli şey in qadi:r!)”- deyərsə, Allah səhərədək onu şeytandan qoruyan silahlı mühafizəçilər göndərər, onun üçün (Cənnəti) vacib edən on savab yazılar, onu həlak edən on günahı silinər və ona on mömin köləni azad etməyə bərabər savab verilər”.”

Uməra ibn Şəbib
HəsənMüsəlmanın qalası, 100 (Kitab 29, 21)

Qeyd

ət-Tirmizi, 3534, 3877. Hədis həsəndir. Bax: Səhih Sunən ət-Tirmizi, 2800.

Dua

لا إِلَهَ إِلا اللَّهُ، وَحْدَهُ لا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ، وَلَهُ الْحَمْدُ، وَيُحْيِي وَيُمِيتُ بِيَدِهِ الْخَيْرُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدْيرٌ

Lə: ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi: va yumi:tu, biyədihil-xayru va huvə alə: kulli şey in qadi:r!

Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Ona məxsusdur! Dirildir və öldürür! Xeyir Onun Əlindədir! O, hər şeyə Qadirdir! - (Sübh namazından sonra yüz dəfə).

Hədis

عَنْ أَبِي أُمَامَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: "مَنْ قَالَ فِي دُبُرِ صَلاةِ الْغَدَاةِ: لا إِلَهَ إِلا اللَّهُ، وَحْدَهُ لا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ، وَلَهُ الْحَمْدُ، وَيُحْيِي وَيُمِيتُ بِيَدِهِ الْخَيْرُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدْيرٌ مِئَةَ مَرَّةٍ قَبْلَ أَنْ يَثْنِيَ رِجْلَيْهِ، كَانَ يَوْمَئِذٍ أَفْضَلَ أَهْلِ الأَرْضِ عملا إِلا مَنْ قَالَ مِثْلَ مَا قَالَ أَوْ زَادَ عَلَى مَا قَالَ".

“Əbu Umamə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Sübh namazından sonra oturduğu halda yüz dəfə: “Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Ona məxsusdur! Dirildir və öldürür! Xeyir Onun Əlindədir! O, hər şeyə Qadirdir! - (Lə: ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi: va yumi:tu, biyədihil-xayru va huvə alə: kulli şey in qadi:r!)”- deyərsə, o gün yer əhli arasında ən fəzilətli əməl etmiş sayılar, onun kimi və ya ondan artığını deyən istisnadır”.”

Əbu Umamə
HəsənMüsəlmanın qalası, 101 (Kitab 29, 22)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 8001, 8075. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 476.

Dua

سُبْحَانَ اللهِ وَبِحَمْدِهِ: عَدَدَ خَلْقِهِ وَرِضَا نَفْسِهِ وَزِنَةَ عَرْشِهِ وَمِدَادَ كَلِمَاتِهِ

Subhə:n-Alla:hi va bihəmdihi, adədə xalqihi, va rida: nəfsihi, va zinətə arşihi, va midə:də kəlimə:tihi!

Yaratdıqlarının sayı, Özünün razı olduğu, Ərşinin ağırlığı və kəlmələrinin çoxluğu qədər həmd edərək Allaha təriflər deyirik! - (səhər üç dəfə).

Hədis

عَنْ جُوَيْرِيَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ مِنْ عِنْدِهَا بُكْرَةً حِينَ صَلَّى الصُّبْحَ وَهِىَ فِى مَسْجِدِهَا ثُمَّ رَجَعَ بَعْدَ أَنْ أَضْحَى وَهِىَ جَالِسَةٌ فَقَالَ « مَا زِلْتِ عَلَى الْحَالِ الَّتِى فَارَقْتُكِ عَلَيْهَا ». قَالَتْ نَعَمْ. قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لَقَدْ قُلْتُ بَعْدَكِ أَرْبَعَ كَلِمَاتٍ ثَلاَثَ مَرَّاتٍ لَوْ وُزِنَتْ بِمَا قُلْتِ مُنْذُ الْيَوْمِ لَوَزَنَتْهُنَّ سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ عَدَدَ خَلْقِهِ وَرِضَا نَفْسِهِ وَزِنَةَ عَرْشِهِ وَمِدَادَ كَلِمَاتِهِ ».

“Cuveyriyə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ səhər tezdən onun yanından Sübh namazını qılmaq üçün çıxmışdı. Cuveyriyə namaz qıldığı yerdə idi və Allah Elçisi ﷺ günəş çıxandan sonra qayıdana qədər orada oturmuşdu. O: “Hələ də səni tərk etdiyim vəziyyətdəsən?”- deyə soruşdu. Cuveyriyə: “Bəli”- deyə cavab verdi. O buyurdu: “Səndən ayrıldıqdan sonra üç dəfə dörd kəlmə söylədim. Onlar sənin bu gün söylədiklərindən daha ağır gəlir: “Yaratdıqlarının sayı, Özünün razı olduğu, Ərşinin ağırlığı və kəlmələrinin çoxluğu qədər həmd edərək Allaha təriflər deyirik”.”

Cuveyriyə
SəhihMüsəlmanın qalası, 102 (Kitab 29, 23)

Qeyd

Muslim, 2726, 4905, 7088.

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ عِلْماً نَافِعاً، وَرِزْقاً طَيِّباً، وَعَمَلاً مُتَقَبَّلاً

“Alla:hummə, inni: əs əlukə i'lmən nə:fian va rızqan tayyibən va amələn mutəqabbələn! Allahım! Səndən faydalı elm, təmiz ruzi və qəbul olunan əməl diləyirəm! – (Sübh namazından sonra).”

SəhihMüsəlmanın qalası, 103 (Kitab 29, 24)

Qeyd

77-ci zikrə aid hədisdədir.

Dua

أَسْتَغْفِرُ اللهَ وَ أَتُوبُ إِلَيْهِ

Əstəğfirulla:hə va ətu:bu ileyhi!

Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm! (gün ərzində yüz dəfə).

Hədis

عَنْ أَبِي هُرَيْرَةَ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنِّي لأَسْتَغْفِرُ اللَّهَ وَأَتُوبُ إِلَيْهِ فِي الْيَوْمِ مِئَةَ مَرَّةٍ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən hər gün Allahdan yüz dəfə bağışlanma diləyir və Ona tövbə edirəm”.”

Əbu Hureyra
SəhihMüsəlmanın qalası, 104 (Kitab 29, 25)

Qeyd

İbn Məcə, 3815. Hədis həsən səhihdir. Bax: Səhih Sunən İbn Məcə, 3076.

Dua

أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ

Əu:zu bikəlimə:tillə:hit-tə:mmə:ti min şərri mə: xaləq!

Yaratdıqlarının şərindən Allahın tam kəlamlarına sığınıram! (axşam üç dəfə).

Hədis

عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ قَالَ إِذَا أَمْسَى ثَلاَثَ مَرَّاتٍ : أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ ، لَمْ تَضُرَّهُ حُمَةٌ تِلْكَ اللَّيْلَةَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Kim axşam vaxtı üç dəfə: “Yaratdıqlarının şərindən Allahın tam kəlamlarına sığınıram! – (Əu:zu bikəlimə:tillə:hit-tə:mmə:ti min şərri mə: xaləq!)”- deyərsə, həmin gecə ona əqrəb sancması zərər verməz”.”

Əbu Hureyra
SəhihMüsəlmanın qalası, 105 (Kitab 29, 26)

Qeyd

Əhməd, 7885, 7898. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6472.