Səhər və axşam zikrləri
Dua

أَصْبَحْنَا عَلَى فِطْرَةِ اْلإِسْلاَمِ، وَعَلَى كَلِمَةِ اْلإِخْلاَصِ، وَعَلَى دِينِ نَبِيِّنَا مُحَمَّدٍ (صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ)، وَعَلَى مِلَّةِ أَبِينَا إِبْرَاهِيمَ، حَنِيفاً مُسْلِماً وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ

Əsbəhnə: alə: fitratil-islə:m, va alə: kəlimətil-ixlə:s, va alə: di:ni nəbiyyinə: Muhəmmədin (sallalla:hu aleyhi va səlləm) va alə: milləti əbi:nə: İbra:hi:m, həni:fən muslimən va mə: kə:nə minəl-muşriki:n!

İslam fitrətində, ixlas kəlməsində, Peyğəmbərimiz Muhəmmədin ﷺ dinində, hənif (tək Allaha ibadət edən), müsəlman olan və müşriklərdən olmayan atamız İbrahimin millətində olaraq səhərə çıxdıq!

Hədis

عَنْ عَبْدِ اللهِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى ، عَنْ أَبِيهِ : أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ إِذَا أَصْبَحَ ، وَإِذَا أَمْسَى : أَصْبَحْنَا عَلَى فِطْرَةِ الإِِسْلاَمِ ، وَعَلَى كَلِمَةِ الإِِخْلاَصِ ، وَعَلَى دِينِ نَبِيِّنَا مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَعَلَى مِلَّةِ أَبِينَا إِبْرَاهِيمَ حَنِيفًا مُسْلِمًا ، وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ.

“Abdur-Rahmən ibn Əbzə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ sabahladıqda və axşamladıqda belə deyərdi: “İslam fitrətində, ixlas kəlməsində, Peyğəmbərimiz Muhəmmədin ﷺ dinində, hənif (ixlasla Allaha ibadət edən), müsəlman olan və müşriklərdən olmayan atamız İbrahimin millətində olaraq səhərə çıxdıq!””

Abdullah ibn Abdur-Rahmən ibn Əbzə atasından
Səhih

Qeyd

Axşam isə: (Əsbəhnə: alə: fitratil-islə:m) əvəzinə (Əmseynə: alə: fitratil-islə:m...) deyilir. Əhməd, 15363, 15400, 15437. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2989.

İstinad

Müsəlmanın qalası, 93 (Kitab 29, 14)

Hədislərlə müsəlmanın qalası — Səhər və axşam zikrləri