Səhər və axşam zikrləri
Dua

يَا حَيُّ يَا قَيُّومُ بِرَحْمَتِكَ أَسْتَغِيثُ أَصْلِحْ لِي شَأْنِي كُلَّهُ وَلاَ تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ

Yə: Həyyu, yə: Qayyu:m! Birahmətikə əstəği:su, əslih li: şə'ni: kulləhu va lə: təkilni: ilə: nəfsi: tarfətə aynin!

Ey əbədi Yaşayan, ey Qəyyum (kainatı yaradan və onu idarə edən, bəndələrinin işlərini yoluna qoyan və onları qoruyan) mərhəmətinlə kömək diləyirəm! Mənim bütün işlərimi yoluna qoy! Məni bir göz qırpımı belə başlı-başına buraxma!

Hədis

أَنَسَ بْنَ مَالِكٍ ، يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِفَاطِمَةَ : مَا يَمْنَعُكِ أَنْ تَسْمَعِي مَا أُوصِيكِ بِهِ أَنْ تَقُولِي إِذَا أَصْبَحْتِ ، وَإِذَا أَمْسَيْتِ : يَا حَيُّ يَا قَيُّومُ بِرَحْمَتِكَ أَسْتَغِيثُ ، أَصْلِحْ لِي شَأْنِي كُلَّهُ ، وَلاَ تَكِلْنِي إِلَى نَفْسِي طَرَفَةَ عَيْنٍ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ Fatiməyə belə dedi: “Mənim sənə vəsiyyət etdiyimi dinləyərək səhər və axşam belə deməyinə nə mane olur? “Ey (əbədi) Yaşayan, ey Qəyyum (kainatı yaradan və onu idarə edən, bəndələrinin işlərini yoluna qoyan və onları qoruyan) mərhəmətinlə kömək diləyirəm! Mənim bütün işlərimi yoluna qoy! Məni bir göz qırpımı belə başlı-başına buraxma!””

Ənəs ibn Malik
Həsən

Qeyd

əl-Hakim, 2000. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 661.

İstinad

Müsəlmanın qalası, 92 (Kitab 29, 13)

Hədislərlə müsəlmanın qalası — Səhər və axşam zikrləri