Səhər və axşam zikrləri
Dua

رَضِيتُ بِاللهِ رَبًّا، وَبِاْلإِسْلاَمِ دِينًا، وَبِمُحَمَّدٍ (صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ) نَبِيًّا

Radi:tu billə:hi Rabbən, va bil-islə:mi di:nən, va bi Muhəmmədin (sallalla:hu aleyhi və səlləm) nəbiyyən!

Allahın Rəbb, İslamın din və Muhəmmədin ﷺ peyğəmbər olduğundan razıyam!

Hədis

عَنِ الْمُنَيْذِرِ، صَاحِبِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَكَانَ يَكُونُ بِإِفْرِيقِيَّةَ، قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:مَنْ قَالَ إِذَا أَصْبَحَ: رَضِيتُ بِاللَّهِ رَبًّا، وَبِالإِسْلامِ دِينًا، وَبِمُحَمَّدٍ نَبِيًّا، فَأَنَا الزَّعِيمُ لآخُذَ بِيَدِهِ حَتَّى أُدْخِلَهُ الْجَنَّةَ.

“Allah Elçisinin ﷺ səhabəsi əl-Munzir Afrikada olanda belə demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim səhər: “Allahın Rəbb, İslamın din və Muhəmmədin peyğəmbər olduğundan razıyam!”- deyərsə, əlindən tutaraq onu Cənnətə daxil etməyimə zamin dururam”.”

əl-Muneyzir
Həsən

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 17225. Hədis həsən li-ğeyrihidir. Bax: Silsilə əs-Səhihə, 2686; Səhih ət-Tərğib vat-Tərhib, 657.

İstinad

Müsəlmanın qalası, 91 (Kitab 29, 12)

Hədislərlə müsəlmanın qalası — Səhər və axşam zikrləri