بِسْمِ اللهِ الَّذِي لاَ يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ فِي اْلأَرْضِ وَلاَ فِي السَّمَاءِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ
Bismillə:hilləzi: lə: yədurru məa ismihi şey un fil-ərdi va lə: fis-səmə:i va huvəs-səmi:ul-ali:m!
Adı dilə gətirilərkən yerdə və səmalarda heç bir şeyin zərər verə bilməyəcəyi Allahın adı ilə! O, Eşidən və Biləndir! (üç dəfə).
Hədis
أَبَانَ بْنَ عُثْمَانَ ، يَقُولُ : سَمِعْتُ عُثْمَانَ يَعْنِي ابْنَ عَفَّانَ ، يَقُولُ سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ قَالَ بِسْمِ اللهِ الَّذِي لاَ يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ ، فِي الأَرْضِ ، وَلاَ فِي السَّمَاءِ ، وَهُوَ السَّمِيعُ الْعَلِيمُ ، ثَلاَثَ مَرَّاتٍ ، لَمْ تُصِبْهُ فَجْأَةُ بَلاَءٍ ، حَتَّى يُصْبِحَ ، وَمَنْ قَالَهَا حِينَ يُصْبِحُ ثَلاَثُ مَرَّاتٍ ، لَمْ تُصِبْهُ فَجْأَةُ بَلاَءٍ حَتَّى يُمْسِيَ ، وَقَالَ : فَأَصَابَ أَبَانَ بْنَ عُثْمَانَ ، الْفَالِجُ ، فَجَعَلَ الرَّجُلُ الَّذِي سَمِعَ مِنْهُ الْحَدِيثَ يَنْظُرُ إِلَيْهِ ، فَقَالَ لَهُ : مَا لَكَ تَنْظُرُ إِلَيَّ ؟ فَوَاللَّهِ مَا كَذَبْتُ عَلَى عُثْمَانَ وَلاَ كَذَبَ عُثْمَانُ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَلَكِنَّ الْيَوْمَ الَّذِي أَصَابَنِي فِيهِ مَا أَصَابَنِي غَضِبْتُ فَنَسِيتُ أَنْ أَقُولَهَا
“Rəvayət edilir ki, Əbən ibn Osman ﵀ demişdir: “Eşitdim ki, Osman ibn Affan Peyğəmbərin ﷺ belə dediyini eşitmişdir: “Kim bunu (axşam) üç dəfə “Adı dilə gətirilərkən yerdə və səmalarda heç bir şeyin zərər verə bilməyəcəyi Allahın adı ilə! O, Eşidən və Biləndir!”- desə, səhərə kimi ona qəflətən bir müsibət gəlməz və kim də səhərə çıxdıqda, bunu üç dəfə desə, axşama kimi ona qəflətən bir müsibət gəlməz”. Bir gün Əbən ibn Osman iflic oldu. Bu zaman hədisi dinləyən adam ona baxmağa başladı. Bunu görən Əbən dedi: “Nə üçün mənə belə baxırsan? Allaha and olsun ki, mən Osmanın adından yalan danışmamışam. Osman da Peyğəmbərin ﷺ adından yalan danışmayıb, lakin bu gün mənim başıma gələnlər gəldi. (İflic olduğum gün) mən hirslənmişdim və bu duanı oxumağı unutdum”.”
Qeyd
Əbu Davud, 5088, 5090. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6426.
İstinad
Müsəlmanın qalası, 90 (Kitab 29, 11)
Hədislərlə müsəlmanın qalası — Səhər və axşam zikrləri