Səhər və axşam zikrləri
Dua

اللَّهُمَّ فَاطِرَ السَّمَوَاتِ وَالأَرْضِ عَالِمَ الغَيْبِ وَالشَّهَادَةِ لاَ إِلَهَ إِلاَّ أَنْتَ رَبَّ كُلِّ شَيْءٍ وَمَلِيكَهُ ، أَعُوذُ بِكَ مِنْ شَرِّ نَفْسِي ، وَمِنْ شَرِّ الشَّيْطَانِ وَشِرْكِهِ ، وَأَنْ أَقْتَرِفَ عَلَى نَفْسِي سُوءًا أَوْ أَجُرَّهُ إِلَى مُسْلِمٍ

Alla:hummə, fə:tiras-səmə:və:ti val-ərdi a:liməl-ğaybi vaş-şəhə:dəti, lə: ilə:hə illə: ənt! Rabbə kulli şey in va məli:kəhu! Əu:zu bikə min şərri nəfsi: va min şərriş-şeyta:ni va şirkihi, va ən əqtərifə alə: nəfsi: su:ən əu əcurrahu ilə: muslimi:n!

Göyləri və yeri yaradan, qeybdə və aşkarda olanı Bilən Allahım! Səndən başqa ibadətə layiq məbud yoxdur! Hər şeyin Rəbbi və Hökmdarı! Nəfsimin şərindən, şeytanın şərindən və şirkindən, özümə pislik etməkdən yaxud onu bir müsəlmana yetirməkdən Sənə sığınıram!

Hədis

عَنْ أَبِي رَاشِدٍ الحُبْرَانِيِّ ، قَالَ : أَتَيْتُ عَبْدَ اللهِ بْنَ عَمْرِو بْنِ العَاصِ ، فَقُلْتُ لَهُ : حَدِّثْنَا مِمَّا سَمِعْتَ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَلْقَى إِلَيَّ صَحِيفَةً ، فَقَالَ : هَذَا مَا كَتَبَ لِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : فَنَظَرْتُ فِيهَا فَإِذَا فِيهَا : إِنَّ أَبَا بَكْرٍ الصِّدِّيقَ قَالَ : يَا رَسُولَ اللهِ عَلِّمْنِي مَا أَقُولُ إِذَا أَصْبَحْتُ وَإِذَا أَمْسَيْتُ ، فَقَالَ : يَا أَبَا بَكْرٍ قُلْ : اللَّهُمَّ فَاطِرَ السَّمَوَاتِ وَالأَرْضِ عَالِمَ الغَيْبِ وَالشَّهَادَةِ لاَ إِلَهَ إِلاَّ أَنْتَ رَبَّ كُلِّ شَيْءٍ وَمَلِيكَهُ ، أَعُوذُ بِكَ مِنْ شَرِّ نَفْسِي ، وَمِنْ شَرِّ الشَّيْطَانِ وَشِرْكِهِ ، وَأَنْ أَقْتَرِفَ عَلَى نَفْسِي سُوءًا أَوْ أَجُرَّهُ إِلَى مُسْلِمٍ.

“Rəvayət edilir ki, Əbu Rəşid əl-Hubrani ﵀ demişdir: “Mən Abdullah ibn Amr ibn əl-Asın yanına gəlib ona dedim: “Mənə Allah Elçisindən ﷺ eşitdiyin bir şey danışa bilərsənmi?” O, bir yazı çıxardı və dedi: “Bu, Allah Elçisinin ﷺ mənim üçün yazdırdığı bir şeydir”. Yazılana baxdım, orada bunlar yazılmışdı: “Əbu Bəkr əs-Siddiq dedi: “Ey Allahın Elçisi, səhər və axşam demək üçün mənə bir şey öyrət”. O dedi: “Ey Əbu Bəkr, belə de: “Qeybdə və aşkarda olanı, göyləri və yeri yaradan, Bilən Allahım! Səndən başqa ibadətə layiq məbud yoxdur! Hər şeyin Rəbbi və Hökmdarı! Nəfsimin şərindən, şeytanın şərindən və şirkindən, özümə pislik etməkdən, yaxud onu bir müsəlmana yetirməkdən Sənə sığınıram!””

Əbu Rəşid əl-Hubrani
Səhih

Qeyd

ət-Tirmizi, 3529, 3873. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 7813.

İstinad

Müsəlmanın qalası, 89 (Kitab 29, 10)

Hədislərlə müsəlmanın qalası — Səhər və axşam zikrləri