Səhər və axşam zikrləri

عَنْ مُحَمَّدِ بن أُبَيِّ بن كَعْبٍ ، عَنْ أَبِيهِ ، أَنَّهُ كَانَ لَهُ جُرْنٌ مِنْ تَمْرٍ ، فَكَانَ يَنْقُصُ ، فَحَرَسَهُ ذَاتَ لَيْلَةٍ ، فَإِذَا هُوَ بِدَابَّةٍ شِبْهِ الْغُلامِ الْمُحْتَلِمِ ، فَسَلَّمَ عَلَيْهِ ، فَرَدَّ عَلَيْهِ السَّلامَ ، فَقَالَ : مَا أَنْتَ ، جِنِّيٌّ أَمْ إِنْسِيٌّ ؟ ، قَالَ : لا بَلْ جِنِّيٌّ ، قَالَ : فَنَاوِلْنِي يَدَكَ ، فَنَاوَلَهُ يَدَهُ ، فَإِذَا يَدُهُ يَدُ كَلْبٍ ، وَشَعْرُهُ شَعْرُ كَلْبٍ ، قَالَ : هَكَذَا خَلْقُ الْجِنِّ ، قَالَ : قَدْ عَلِمَتِ الْجِنُّ أَنَّ مَا فِيهِمْ رَجُلٌ أَشَدُّ مِنِّي ، قَالَ : فَمَا جَاءَ بِكَ ؟ قَالَ : بَلَغَنَا أَنَّكَ تُحِبُّ الصَّدَقَةَ ، فَجِئْنَا نُصِيبُ مِنْ طَعَامِكَ ، قَالَ : فَمَا يُنْجِينَا مِنْكُمْ ؟ قَالَ : هَذِهِ الآيَةُ الَّتِي فِي سُورَةِ الْبَقَرَةِ : {اللَّهُ لا إِلَهَ إِلا هُوَ الْحَيُّ الْقَيُّومُ} مَنْ قَالَهَا حِينَ يُمْسِي أُجِيرَ مِنَّا حَتَّى يُصْبِحَ ، وَمَنْ قَالَهَا حِينَ يُصْبِحُ أُجِيرَ مِنَّا حَتَّى يُمْسِيَ ، فَلَمَّا أَصْبَحَ أَتَى رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَ ذَلِكَ لَهُ ، فَقَالَ : صَدَقَ الْخَبِيثُ.

““Ayətul-Kursi”ni (əl-Bəqərə, 255) bir dəfə oxumaq. Muhəmməd ibn Ubey ibn Kəb atasından ﵁ rəvayət edir ki, onun xurma anbarı var idi. Bu anbardan xurma azalırdı. Bir gecə o, anbarın keşiyində durarkən yetkinlik yaşına çatmış oğlana bənzər bir heyvan gördü. Ubey ibn Kəb salam verdi, o da salamı aldı. Ubey ibn Kəb soruşdu: “Sən cinsən, yoxsa insan?” O dedi: “Mən cinəm”. Ubey ibn Kəb dedi: “Əlini mənə uzat!” O, əlini uzatdıqda əlinin it əli, tükünün də it tükü olduğunu gördü. Cin dedi: “Bu, cinlərin xilqətidir. Cinlər aralarında məndən daha qüvvətli kişi olmadığını bilirlər”. Ubey ibn Kəb dedi: “Səni bura gətirən nədir?” Cin dedi: “Bizə xəbər çatıb ki, sən sədəqə verməyi xoşlayırsan, biz də azuqənə zərər vermək üçün gəldik”. Ubey ibn Kəb dedi: “Bizi sizdən nə qoruyar?” Cin dedi: “əl-Bəqərə” surəsində olan bu ayə - “Allah, Ondan başqa ibadətə layiq məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur” (əl-Bəqərə, 255). Kim onu axşam oxuyarsa, səhər açılanadək bizdən qorunar. Kim də onu səhər oxuyarsa, axşamadək bizdən qorunar”. Səhər açıldıqda o, Allah Elçisinin ﷺ yanına gəlib olanları ona danışdıqda, Allah Elçisi ﷺ buyurdu: “Xəbis doğru söylədi”.”

Muhəmməd ibn Ubey ibn Kəb atasından
Səhih

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 542. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 662.

İstinad

Müsəlmanın qalası, 82 (Kitab 29, 3)

Hədislərlə müsəlmanın qalası — Səhər və axşam zikrləri