Səhər və axşam zikrləri

عَنْ مُعَاذِ بْنِ عَبْدِ اللَّهِ بْنِ خُبَيْبٍ عَنْ أَبِيهِ قَالَ خَرَجْنَا فِى لَيْلَةٍ مَطِيرَةٍ وَظُلْمَةٍ شَدِيدَةٍ نَطْلُبُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى لَنَا - قَالَ - فَأَدْرَكْتُهُ فَقَالَ «قُلْ». فَلَمْ أَقُلْ شَيْئًا ثُمَّ قَالَ «قُلْ». فَلَمْ أَقُلْ شَيْئًا. قَالَ «قُلْ». قُلْتُ مَا أَقُولُ قَالَ «قُلْ }هُوَ اللَّهُ أَحَدٌ{ وَالْمُعَوِّذَتَيْنِ حِينَ تُمْسِى وَتُصْبِحُ ثَلاَثَ مَرَّاتٍ تَكْفِيكَ مِنْ كُلِّ شَىْءٍ».

“əl-İxlas, əl-Fələq və ən-Nas surələrini üç dəfə oxumaq. Muaz ibn Abdullah ibn Xubeyb atasından ﵁ rəvayət edərək belə demişdir: “Qaranlıq və yağışlı bir gecədə Allah Elçisini ﷺ bizə namaz qıldırmaq üçün axtarmağa çıxmışdıq. Mən ona gəlib çatdıqda, o buyurdu: “De!” Mən heç nə demədim. O yenə buyurdu: “De!” Mən yenə heç nə demədim. O yenə: “De!”- buyurduqda, mən soruşdum: “Nə deyim?” O buyurdu: “Səhər və axşam üç dəfə: “O Allah Təkdir” (əl-İxlas surəsini) və Muavvizəteyni (əl-Fələq və ən-Nas surələrini) de! Bunlar sənə hər şeydən (qorunmaq üçün) kifayət edər”.”

Muaz ibn Abdullah ibn Xubeyb atasından
Həsən

Qeyd

ət-Tirmizi, 3575, 3924; Əbu Davud, 5084. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 4406.

İstinad

Müsəlmanın qalası, 83 (Kitab 29, 4)

Hədislərlə müsəlmanın qalası — Səhər və axşam zikrləri