عَنْ أَبِي هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ قَالَ لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ مَنْ قَالَهَا عَشْرَ مَرَّاتٍ حِينَ يُصْبِحُ كُتِبَ لَهُ بِهَا مِائَةُ حَسَنَةٍ وَمُحِيَ عَنْهُ بِهَا مِائَةُ سَيِّئَةٍ وَكَانَتْ لَهُ عَدْلَ رَقَبَةٍ وَحُفِظَ بِهَا يَوْمَئِذٍ حَتَّى يُمْسِيَ وَمَنْ قَالَ مِثْلَ ذَلِكَ حِينَ يُمْسِي كَانَ لَهُ مِثْلُ ذَلِكَ
“Səhər və axşam on dəfə: Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim səhər on dəfə: “Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! O, hər şeyə Qadirdir! – (Lə: ilə:hə illəlla:h vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r!)”- deyərsə, ona yüz savab yazılar, yüz günahı silinər, onun üçün bir kölə azad etməyə bərabər olar və o gün axşama qədər (şeytandan) qorunar. Kim bunları axşam söyləyərsə, onun üçün bunun eynisi verilər”.”
Qeyd
Əhməd, 8704, 8719. Şueyb əl-Arnavut isnadının əl-Buxari və Muslimin şərtlərinə əsasən səhih olduğunu bildirmişdir.
İstinad
Müsəlmanın qalası, 97 (Kitab 29, 18)
Hədislərlə müsəlmanın qalası — Səhər və axşam zikrləri