Səhər və axşam zikrləri

عَنْ أَبِي أَيُّوبَ قَالَ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ قَالَ إِذَا أَصْبَحَ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، عَشْرَ مَرَّاتٍ ، كُتِبَ لَهُ بِهِنَّ عَشْرُ حَسَنَاتٍ ، وَمُحِيَ بِهِنَّ عَنْهُ عَشْرُ سَيِّئَاتٍ ، وَرُفِعَ لَهُ بِهِنَّ عَشْرُ دَرَجَاتٍ ، وَكُنَّ لَهُ عَدْلَ عَتَاقَةِ أَرْبَعِ رِقَابٍ ، وَكُنَّ لَهُ حَرَسًا مِنَ الشَّيْطَانِ حَتَّى يُمْسِيَ ، وَمَنْ قَالَهُنَّ إِذَا صَلَّى الْمَغْرِبَ دُبُرَ صَلاَتِهِ فَمِثْلُ ذَلِكَ حَتَّى يُصْبِحَ.

“Sübh və Məğrib namazından sonra on dəfə: Rəvayət edilir ki, Əbu Əyyub ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim səhər on dəfə “Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! O, hər şeyə Qadirdir! – (Lə: ilə:hə illəlla:h vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r!)”- desə, ona on savab yazılar, onun on günahı silinər, on dərəcə yüksələr, bu onun üçün dörd qulu azad etməyə bərabər olar, axşamadək də şeytandan qorunmuş olar. Kim bunları Məğrib namazının ardı ilə desə, səhərədək eyni şeylər olar”.”

Əbu Əyyub
Səhih

Qeyd

İbn Hibban, 2023. Hədis həsən səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 474.

İstinad

Müsəlmanın qalası, 96 (Kitab 29, 17)

Hədislərlə müsəlmanın qalası — Səhər və axşam zikrləri