Səhər və axşam zikrləri

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ فِي يَوْمٍ مِائَةَ مَرَّةٍ كَانَتْ لَهُ عَدْلَ عَشْرِ رِقَابٍ وَكُتِبَ لَهُ مِائَةُ حَسَنَةٍ وَمُحِيَتْ عَنْهُ مِائَةُ سَيِّئَةٍ وَكَانَتْ لَهُ حِرْزًا مِنْ الشَّيْطَانِ يَوْمَهُ ذَلِكَ حَتَّى يُمْسِيَ وَلَمْ يَأْتِ أَحَدٌ بِأَفْضَلَ مِمَّا جَاءَ إِلاَّ رَجُلٌ عَمِلَ أَكْثَرَ مِنْهُ.

“Gün ərzində yüz dəfə: Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Kim gün ərzində yüz dəfə: “Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O, hər şeyə Qadirdir! – (Lə: ilə:hə illəlla:h vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r!)”- deyərsə, on kölə azad etmiş sayılar, üstəlik ona yüz savab yazılar və onun yüz günahı silinər, (bundan başqa bu dualar) həmin gün axşama qədər onu şeytandan qoruyar və (bu duanı) ondan çox deyən kimsə istisna olmaqla heç kəs onun gətirdiyindən üstün başqa bir şey gətirə bilməz”.”

Əbu Hureyra
Səhih

Qeyd

əl-Buxari, 5923, 6403.

İstinad

Müsəlmanın qalası, 98 (Kitab 29, 19)

Hədislərlə müsəlmanın qalası — Səhər və axşam zikrləri