Səhər və axşam zikrləri

اللَّهُمَّ بِكَ أَصْبَحْنَا وَبِكَ أَمْسَيْنَا وَبِكَ نَحْيَا وَبِكَ نَمُوتُ وَإِلَيْكَ الْمَصِيرُ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُعَلِّمُ أَصْحَابَهُ يَقُولُ «إِذَا أَصْبَحَ أَحَدُكُمْ فَلْيَقُلِ اللَّهُمَّ بِكَ أَصْبَحْنَا وَبِكَ أَمْسَيْنَا وَبِكَ نَحْيَا وَبِكَ نَمُوتُ وَإِلَيْكَ الْمَصِيرُ. وَإِذَا أَمْسَى فَلْيَقُلِ اللَّهُمَّ بِكَ أَمْسَيْنَا وَبِكَ أَصْبَحْنَا وَبِكَ نَحْيَا وَبِكَ نَمُوتُ وَإِلَيْكَ النُّشُورُ».

“Səhər belə deyilməlidir: Alla:hummə, bikə əsbəhnə:, va bikə əmseynə:, va bikə nəhyə:, va bikə nəmu:tu, va ileykəl-məsi:r! Axşam belə deyilməlidir: Alla:hummə, bikə əmseynə:, va bikə əsbəhnə:, va bikə nəhyə:, va bikə nəmu:tu, va ileykən-nuşu:r! Səhər belə deyilməlidir: Allahım! Sənin sayəndə səhərə çıxdıq, Sənin sayəndə axşama çıxdıq, Sənin sayəndə yaşayırıq, Sənin sayəndə ölürük! Dönüş Sənədir! Axşam belə deyilməlidir: Allahım! Sənin sayəndə axşama çıxdıq, Sənin sayəndə səhərə çıxdıq, Sənin sayəndə yaşayırıq, Sənin sayəndə ölürük! Qayıdış Sənədir! Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ səhabələrini öyrədərək belə deyərdi: “Sizdən biriniz səhərə çıxdıqda belə desin: “Allahım! Sənin sayəndə səhərə çıxdıq, Sənin sayəndə axşama çıxdıq, Sənin sayəndə yaşayırıq, Sənin sayəndə ölürük! Dönüş Sənədir! – (Alla:hummə, bikə əsbəhnə:, va bikə əmseynə:, va bikə nəhyə:, va bikə nəmu:tu, va ileykəl-məsi:r!)”. Axşama çıxdıqda isə belə desin: “Allahım! Sənin sayəndə axşama çıxdıq, Sənin sayəndə səhərə çıxdıq, Sənin sayəndə yaşayırıq, Sənin sayəndə ölürük! Qayıdış Sənədir! – (Alla:hummə, bikə əmseynə:, va bikə əsbəhnə:, va bikə nəhyə:, və bikə nəmu:tu, və ileykən-nuşu:r!)”.”

Əbu Hureyra
Həsən

Qeyd

ət-Tirmizi, 3391, 3719. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 353.

İstinad

Müsəlmanın qalası, 85 (Kitab 29, 6)

Hədislərlə müsəlmanın qalası — Səhər və axşam zikrləri