اللَّهُمَّ أَنْتَ رَبِّي لاَ إِلَهَ إِلاَّ أَنْتَ خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ، وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ، أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ، أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ، وَأَبُوءُ بِذَنْبِي، فَاغْفِرْ لِي فَإِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ
Alla:hummə, əntə Rabbi: lə: ilə:hə illə: ənt, xaləqtəni: va ənə: abdukə, va ənə: alə: ahdikə va va'dikə məstəta'tu, əu:zu bikə min şərri mə: sanə'tu. Əbu:u ləkə bini'mətikə aleyyə, va əbu:u bizənbi:, fəğfirli: fəinnəhu lə: yəğfiruz-zunu:bə illə: ənt!
Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa ibadətə layiq məbud yoxdur! Məni Sən yaratdın və mən Sənin qulunam. Gücüm çatan qədər Sənə verdiyim əhdə və vədə sadiqəm. Etdiklərimin şərindən Sənə sığınıram! Mənə verdiyin neməti etiraf edirəm və günahımı boynuma alıram. Məni bağışla! Şübhəsiz ki, günahları yalnız Sən bağışlayırsan!
Hədis
حَدَّثَنِى شَدَّادُ بْنُ أَوْسٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « سَيِّدُ الاِسْتِغْفَارِ أَنْ تَقُولَ اللَّهُمَّ أَنْتَ رَبِّى ، لاَ إِلَهَ إِلاَّ أَنْتَ ، خَلَقْتَنِى وَأَنَا عَبْدُكَ ، وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ ، أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ ، أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَىَّ وَأَبُوءُ بِذَنْبِى ، اغْفِرْ لِى ، فَإِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ » . قَالَ « وَمَنْ قَالَهَا مِنَ النَّهَارِ مُوقِنًا بِهَا ، فَمَاتَ مِنْ يَوْمِهِ قَبْلَ أَنْ يُمْسِىَ ، فَهُوَ مِنْ أَهْلِ الْجَنَّةِ ، وَمَنْ قَالَهَا مِنَ اللَّيْلِ وَهْوَ مُوقِنٌ بِهَا ، فَمَاتَ قَبْلَ أَنْ يُصْبِحَ ، فَهْوَ مِنْ أَهْلِ الْجَنَّةِ »
“Şəddad ibn Əus ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Ən üstün istiğfar sənin belə deməyindir: “Allahım, Sən mənim Rəbbimsən, Səndən başqa ibadətə layiq məbud yoxdur! Məni Sən yaratdın və mən Sənin qulunam. Bacardığım qədər Sənə verdiyim əhdə və vədə sadiq qalacağam. Etdiklərimin şərindən Sənə sığınıram! Mənə verdiyin neməti etiraf edirəm və günahımı boynuma alıram. Məni bağışla! Şübhəsiz ki, günahları yalnız Sən bağışlayırsan!” Sonra Peyğəmbər ﷺ buyurdu: “Kim gündüz vaxtı bu duanı yəqinliklə deyər və həmin gün axşam düşməzdən əvvəl ölərsə, Cənnət əhlindən olar. Habelə kim axşam ikən bunu yəqinliklə deyər və səhər açılmazdan əvvəl ölərsə, Cənnət əhlindən olar”.”
Qeyd
əl-Buxari, 5831, 6306.
İstinad
Müsəlmanın qalası, 86 (Kitab 29, 7)
Hədislərlə müsəlmanın qalası — Səhər və axşam zikrləri