Səhər və axşam zikrləri
Dua

اللَّهُمَّ عَافِنِي فِي بَدَنِي، اللَّهُمَّ عَافِنِي فِي سَمْعِي، اللَّهُمَّ عَافِنِي فِي بَصَرِي، لاَ إِلَهَ إِلاَّ أَنْتَ. اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْكُفْرِ، وَالْفَقْرِ، وَأَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ، لاَ إِلَهَ إِلاَّ أَنْتَ

Alla:hummə, a:fini: fi: bədəni:, Alla:hummə, a:fini: fi: səm'i:, Alla:hummə, a:fini: fi: bəsari:, lə: ilə:hə illə: ənt! Alla:hummə, inni: əu:zu bikə minəl-kufri val-fəqri, va əu:zu bikə min azə:bil-qabri, lə: ilə:hə illə: ənt! (üç dəfə).

Allahım, bədənimi salamat et! Allahım, qulağımı salamat et! Allahım, gözümü salamat et! Səndən başqa ibadətə layiq məbud yoxdur. Allahım, küfrdən və yoxsulluqdan Sənə sığınıram! Qəbir əzabından Sənə sığınıram! Səndən başqa ibadətə layiq məbud yoxdur!

Hədis

حَدَّثَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ أَبِي بَكْرَةَ، أَنَّهُ قَالَ لِأَبِيهِ: يَا أَبَتِ، إِنِّي أَسْمَعُكَ تَدْعُو كُلَّ غَدَاةٍ: اللَّهُمَّ عَافِنِي فِي بَدَنِي، اللَّهُمَّ عَافِنِي فِي سَمْعِي، اللَّهُمَّ عَافِنِي فِي بَصَرِي، لاَ إِلَهَ إِلاَّ أَنْتَ، تُعِيدُهَا ثَلاَثًا حِينَ تُمْسِي، وَحِينَ تُصْبِحُ ثَلاَثًا، وَتَقُولُ: اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْكُفْرِ وَالْفَقْرِ، اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ، لاَ إِلَهَ إِلاَّ أَنْتَ، تُعِيدُهَا ثَلاَثًا حِينَ تُمْسِي، وَحِينَ تُصْبِحُ ثَلاَثًا، فَقَالَ: نَعَمْ، يَا بُنَيَّ، سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ بِهِنَّ، وَأَنَا أُحِبُّ أَنْ أَسْتَنَّ بِسُنَّتِهِ. قَالَ: وَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: دَعَوَاتُ الْمَكْرُوبِ: اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، وَلاَ تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ، وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لا إِلَهَ أَلا أَنْتَ.

“Rəvayət edilir ki, bir dəfə Abdur-Rahmən ibn Əbu Bəkrə ﵀ öz atasına dedi: “Atacan, mən hər səhər və hər axşam sənin üç dəfə belə dua etdiyini eşidirəm: “Allahım, bədənimi salamat et! Allahım, qulağımı salamat et! Allahım, gözümü salamat et! Səndən başqa ibadətə layiq məbud yoxdur! Allahım, küfrdən və yoxsulluqdan Sənə sığınıram! Allahım, qəbir əzabından Sənə sığınıram! Səndən başqa ibadətə layiq məbud yoxdur!” O, dedi: “Elədir ki, var! Oğlum, mən Peyğəmbərin ﷺ belə dua etdiyini eşitdim və istəyirəm ki, onun tutduğu yolla gedim. Peyğəmbər ﷺ demişdir: “Bəlaya düşmüş kimsənin duası belədir: “Allahım, Sənin mərhəmətini diləyirəm. Məni bir göz qırpımı belə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur! – (Alla:hummə, rahmətəkə ərcu: va lə: təkilni: ilə: nəfsi: tarfətə aynin, va əslih li: şə'ni: kulləhu, lə: ilə:hə illə: ənt!)”.”

Abdur-Rahmən ibn Əbu Bəkrə
Həsən

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 701. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1823.

İstinad

Müsəlmanın qalası, 87 (Kitab 29, 8)

Hədislərlə müsəlmanın qalası — Səhər və axşam zikrləri