Səhər və axşam zikrləri
Dua

سُبْحَانَ اللهِ وَبِحَمْدِهِ: عَدَدَ خَلْقِهِ وَرِضَا نَفْسِهِ وَزِنَةَ عَرْشِهِ وَمِدَادَ كَلِمَاتِهِ

Subhə:n-Alla:hi va bihəmdihi, adədə xalqihi, va rida: nəfsihi, va zinətə arşihi, va midə:də kəlimə:tihi!

Yaratdıqlarının sayı, Özünün razı olduğu, Ərşinin ağırlığı və kəlmələrinin çoxluğu qədər həmd edərək Allaha təriflər deyirik! - (səhər üç dəfə).

Hədis

عَنْ جُوَيْرِيَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ مِنْ عِنْدِهَا بُكْرَةً حِينَ صَلَّى الصُّبْحَ وَهِىَ فِى مَسْجِدِهَا ثُمَّ رَجَعَ بَعْدَ أَنْ أَضْحَى وَهِىَ جَالِسَةٌ فَقَالَ « مَا زِلْتِ عَلَى الْحَالِ الَّتِى فَارَقْتُكِ عَلَيْهَا ». قَالَتْ نَعَمْ. قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لَقَدْ قُلْتُ بَعْدَكِ أَرْبَعَ كَلِمَاتٍ ثَلاَثَ مَرَّاتٍ لَوْ وُزِنَتْ بِمَا قُلْتِ مُنْذُ الْيَوْمِ لَوَزَنَتْهُنَّ سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ عَدَدَ خَلْقِهِ وَرِضَا نَفْسِهِ وَزِنَةَ عَرْشِهِ وَمِدَادَ كَلِمَاتِهِ ».

“Cuveyriyə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ səhər tezdən onun yanından Sübh namazını qılmaq üçün çıxmışdı. Cuveyriyə namaz qıldığı yerdə idi və Allah Elçisi ﷺ günəş çıxandan sonra qayıdana qədər orada oturmuşdu. O: “Hələ də səni tərk etdiyim vəziyyətdəsən?”- deyə soruşdu. Cuveyriyə: “Bəli”- deyə cavab verdi. O buyurdu: “Səndən ayrıldıqdan sonra üç dəfə dörd kəlmə söylədim. Onlar sənin bu gün söylədiklərindən daha ağır gəlir: “Yaratdıqlarının sayı, Özünün razı olduğu, Ərşinin ağırlığı və kəlmələrinin çoxluğu qədər həmd edərək Allaha təriflər deyirik”.”

Cuveyriyə
Səhih

Qeyd

Muslim, 2726, 4905, 7088.

İstinad

Müsəlmanın qalası, 102 (Kitab 29, 23)

Hədislərlə müsəlmanın qalası — Səhər və axşam zikrləri