عَنْ عُمَارَةَ بْنِ شَبِيبٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ قَالَ: لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيْكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ يُحْيِي وَيُمْيتُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِير، عَشْرَ مَرَّاتٍ عَلَى إِثْرِ الْمَغْرِبِ، بَعَثَ اللهَ لَهُ مَسْلَحهً يَحْفَظُونَهُ مِنَ الشَّيْطَانِ حَتَّى يُصْبِحَ، وَكَتَبَ اللهُ لَهُ بَهَا عَشْرَ حَسَنَاتٍ مُوجِبَاتٍ وَمَحَى عَنْهُ عَشْرَ سَيِّئاتٍ مُوْبِقَاتٍ وَكَانَتْ لَهُ بِعَدْلِ عَشْرِ رِقَابٍ مُؤْمِنَاتٍ».
“Məğribdən sonra on dəfə: Rəvayət edilir ki, Uməra ibn Şəbib ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim məğribdən sonra on dəfə: “Allahdan başqa ibadətə layiq məbud yoxdur! O, təkdir! Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! Dirildir və öldürür! O, hər şeyə Qadirdir! – (Lə: ilə:hə illəlla:hu, vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi: va yumi:tu va huvə alə: kulli şey in qadi:r!)”- deyərsə, Allah səhərədək onu şeytandan qoruyan silahlı mühafizəçilər göndərər, onun üçün (Cənnəti) vacib edən on savab yazılar, onu həlak edən on günahı silinər və ona on mömin köləni azad etməyə bərabər savab verilər”.”
Qeyd
ət-Tirmizi, 3534, 3877. Hədis həsəndir. Bax: Səhih Sunən ət-Tirmizi, 2800.
İstinad
Müsəlmanın qalası, 100 (Kitab 29, 21)
Hədislərlə müsəlmanın qalası — Səhər və axşam zikrləri