Hədislərlə müsəlmanın qalasıBazara girərkən edilən dua

Kitab 97

Bazara girərkən edilən dua

1

hədis

Dua

لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، يُحْيِي وَيُمِيتُ وَهُوَ حَيٌّ لاَ يَمُوتُ، بِيَدِهِ الْخَيْرُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

Lə: ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi: va yumi:tu va huvə həyyun, lə: yəmu:tu, biyədihil-xayru va huvə alə: kulli şey in qadi:r!

Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! Dirildir və öldürür! O, diridir və ölməzdir! Xeyir Onun əlindədir və O, hər şeyə Qadirdir!

Hədis

عَنْ سَالِمِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ عَنْ أَبِيهِ عَنْ جَدِّهِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ قَالَ فِى السُّوقِ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ يُحْيِى وَيُمِيتُ وَهُوَ حَىٌّ لاَ يَمُوتُ بِيَدِهِ الْخَيْرُ وَهُوَ عَلَى كُلِّ شَىْءٍ قَدِيرٌ كَتَبَ اللَّهُ لَهُ أَلْفَ أَلْفِ حَسَنَةٍ وَمَحَا عَنْهُ أَلْفَ أَلْفِ سَيِّئَةٍ وَبَنَى لَهُ بَيْتًا فِى الْجَنَّةِ ».

“Ömər ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim bazarda: “Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! Dirildir və öldürür! O, diridir və ölməzdir! Xeyir Onun əlindədir və O, hər şeyə Qadirdir!”- deyərsə, Allah ona milyon savab yazar, milyon günahını silər və Cənnətdə onun üçün bir ev bina edər”.”

Salim ibn Abdullah ibn Ömər atasından və babasından
HəsənMüsəlmanın qalası, 213 (Kitab 97, 1)

Qeyd

İbn Məcə, 2235, 2320; ət-Tirmizi, 3429, 3757; əl-Hakim, 1973. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 3139.